141
• V fəsil •
Qədim və müasir sivilizasiyalar
•
5
Azərbaycanın Avropa, yoxsa Asiya ölkəsi olmasına dair mülahizələrlə tanış olun və öz mövqeyinizi
müəyyənləşdirin. Əlavə dəlillər gətirərək debatda iştirak edin.
I
Azərbaycan
Qərbə üzünü tutmalıdır:
–
Ölkədə ən qədim
zamanlardan qeyri-
müsəlman xalqlar rahat
yaşamış, heç bir təzyiqə
məruz qalmamışlar.
–
Azərbaycanda Avropa
sivilizasiyasının tərkib
hissəsi olan demokrati-
ya, insan haqları, intellek-
tual potensial, elmi-
mədəni yenilik və texnolo-
giyalar, çoxpartiyalılıq
prinsipləri mənimsənilmişdir.
–
Azərbaycan dövləti və
cəmiyyəti Qərb dünyasına
daha yaxındır. Müasir
azərbaycanlılar
dünyagörüşünə görə
Avropaya meyillidirlər.
II
Azərbaycan
Şərq dövlətidir:
–
Coğrafi mövqeyinə görə
Şərqin mərkəz bölgəsi
olan Azərbaycan, İslam
ölkələri ilə dini və mədəni
birliyə malikdir. O, İslam
sivilizasiyasının bir parça-
sıdır.
–
Azərbaycan Şərq dövləti
olmaqla möhkəm ailə
strukturlarını saxlamaq
imkanına malikdir, bu isə
sosial problemlərin
qarşısını almağa imkan
verir.
–
Azərbaycanın Şərqə üzünü
tutması qədim tarixi
köklərə malik olan
ölkələrlə mədəni, iqtisadi
əlaqələrin güclənməsinə
imkan verə bilər.
– Siz Azərbaycanın gələcəyi üçün ən mütərəqqi inkişaf yolunu necə təsəvvür edirsiniz?
Mətn üzrə iş
Debat
142
T
ARİXİ-COĞRAFİ REGİONLARIN MÜASİR VƏZİYYƏTİ
Aralıq dənizi və ya
Mediterrana 3 qitəni əhatə edən tarixi regiondur. Sahəsi
4 mln km
2
-ə qədər olan bu ərazi oxşar coğrafi xüsusiyyətlərə malikdir. Dənizsahili
ərazilərdə
isti və quru yay, mülayim və rütubətli qış müşahidə olunur.
40
• Bizim eraya qədər Aralıq dənizinin sahilləri qədim
məskunlaşma mərkəzlərindən olmuşdur. Region
daxilində ərazilərin iqtisadi inkişaf səviyyəsi təq-
ribən eyni idi.
• XX əsrədək müxtəlif tarixi vaxtlarda bu region
imperiyalar arasında hərb meydanına çevrilmişdir.
Regionda Qədim Roma, Bizans, Ərəb, Osmanlı
imperiyalarının mədəniyyət izləri hələ də qalmaq-
dadır. Sonradan müxtəlif dinlərin yayılması re-
gionda yaşayan əhalinin həyat tərzində kəskin
fərqlərin yaranmasına səbəb oldu.
Müzakirə edin:
– Tarixən eyni inkişaf səviyyəsinə malik olan Aralıq dənizi regionunun inkişafında kəskin fərqlərin
yaranmasına səbəb nədir?
• Aralıq dənizi sahili regionları əvvəllər olduğu kimi,
müasir dövrdə də əhalinin ən sıx məskunlaşdığı
regionlardan biridir. Lakin eyni tarixi köklərə
malik olan bu region ölkələri müasir dövrdə iqti-
sadi, sosial, etnik, mədəni, iqtisadi, dil, din fərq-
lərinə görə kəskin seçilir.
Mətn və şəkil üzrə iş
143
• V fəsil •
Qədim və müasir sivilizasiyalar
•
5
Aralıq dənizi ən qədim dövrlərdən gəmiçiliyin inkişafı ilə seçilmişdir. Uzun müd-
dət regionun hər tərəfində inkişaf səviyyəsi təqribən eyni olmuşdur. Regiondakı
tikililər memarlıq baxımından oxşar olmuşdur. Ticarət əlaqələri regionun hər tə-
rəfində böyük satış bazarlarının yaranmasına, istehsal alətlərinin, kənd təsərrüfatı
məhsullarının mübadilə edilməsinə şərait yaratmışdır.
Baş verən hakimiyyət dəyişiklikləri, irimiqyaslı müharibələr, yaranan dini fərqlər
regionun inkişafının zəifləməsinə, yəni ölkələrin
tənəzzülə uğramasına səbəb ol-
muşdur. Hazırda Aralıq dənizi sahilində iqtisadi-siyasi, sosial fərqlərinə görə –
Cə-
nubi Avropa, Cənub-Şərqi Avropa, Cənub-Qərbi Asiya və
Şimali Afrika olmaqla 4
region mövcuddur
.
Cənubi Avropa ölkələri – İtaliya, İspaniya, Yunansıtan, Monako, San-Marino
iqtisadi inkişaf səviyyəsinə görə regionun ən qabaqcıl ölkələridir. Mineral ehtiyat-
larla zəif təmin olunmasına baxmayaraq, bu regionda sənayenin müxtəlif sahələri,
xüsusilə də avtomobilqayırma, cihazqayırma, yüngül və yeyinti sənayesi güclü inki-
şaf etmişdir. Şərabçılıq bu ölkələrin ənənəvi sahələrindən biridir. Əkinçilik, xüsusilə
də sitrus meyvəçiliyi, zeytun və üzümçülük geniş yayılmışdır. Ölkələr turizmdən
xeyli miqdarda gəlir əldə edir.
Şimali Afrika ölkələri – Əlcəzair, Misir, Liviya, Tunis və Mərakeş əhalinin həyat
səviyyəsinə görə aşağı – yəni
geridə qalmış ölkələrdir. Lakin bu ölkələr iqtisadiy-
yatın inkişafına görə Afrikanın digər ölkələrindən daha irəlidədir. Bu onların Avropa
regionuna yaxınlığı ilə izah olunur.
Şimali Afrika ölkələri zəngin neft-qaz ehtiyatlarına malik olub, dünya bazarına
xammal ixrac edir. İqlimin quraq olması əkinçiliyə mane olur; bu regionda sitrus
meyvəçiliyi, turizm və heyvandarlıq (qoyunçuluq, dəvəçilik) inkişaf etmişdir.
Leptis-Maqna şəhərinin qalıqları. Liviya
Qədim Romanın memarlıq abidələri. İtaliya
Müxtəlif regionlarda yerləşən tarixi memarlıq abidələrinin qalıqları onların çox oxşar olduğunu əks
etdirir.
Müzakirə edin:
1. Liviya və İtaliyada oxşar memarlıq abidələrinin olmasının hansı tarixi əsası ola bilər?
2. İtaliyadakı abidələrə ildə yüz minlərlə turist axını olduğu halda, nə üçün Liviyada hazırda bu
abidələr baxımsızlıqdan məhv olur?
Şəkil üzrə iş