0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə52/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   61

 
 
 
166 
 
 Dövlət büdcəsindən təqaüdlərə ayrılan vəsaitin artması tələb olunur. 
 Yaşlılara göstərilən tibbi və sosial xidmətlərin genişləndirilməsi tələb olunur. 
 İşləyən əhalidən dövlət büdcəsinə vergi daxilomalarının miqdarı azalır.
 
 
 
Əhalinin ümumi sayının dəyişməsinə yalnız təbii artım deyil, mexaniki artım da 
səbəb olur. Böyük Coğrafi kəşflər dövründən başlayaraq emiqrasiya regionu hesab 
olunan Avropa hazırda dünyanın əsas immiqrasiya regionuna çevrilmişdir. Hazırda 
Avropada 18–20 mln. nəfər əcnəbi işçi vardır ki, onların çoxu vətəndaş statusunda 
deyil, qastarbayter (almanca “gast“ – qonaq + “arbeiter”– işçi) kimi bu regionda 
yaşayır. Məsələn, əcnəbi işçilər Lüksemburqda (ümumi əhalinin 39%-i), İsveçrədə  
(20,1%) üstünlük təşkil edir. Bu ölkələrə xarici işçi qüvvəsi, əsasən, Avropa Birliyi 
Diaqrama əsasən cədvəli dəftərinizdə tamamlayın. 
Təbii artımı sıfırdan  aşağı 
olan ölkələr (1000 nəfərə görə) 
Təbii artımı  sıfırdan yuxarı olan 
ölkələr (1000 nəfərə görə) 
Təbii artımı sıfıra  bərabər olan 
ölkələr (1000 nəfərə görə) 
... 
... 
... 
... 
... 
... 
 
 
Sxem üzrə iş


 
 
167 
 
•   VI  fəsil  •  
Dünya əhalisinin müxtəlifliyi 


ölkələrindən gəlir ki, onlara da işləmək və yaşamaq üçün xüsusi icazə almağa ehtiyac 
yoxdur. Avropanın digər ölkələrinə gələn immiqrantlar, əsasən, inkişaf etməkdə olan 
ölkələrdəndir.  
 
 
ABŞ, Kanada və Avstraliyada da əhalinin sayı, əsasən, immiqrasiya hesabına ar-
tır. Amerika xalqının formalaşmasında kütləvi miqrasiyaların mühüm rolu olmuşdur. 
Müasir amerikalılar dünyanın müxtəlif regionlarından gələnlərin etnik qarışmasının 
nəticəsidir.  ABŞ-da  immiqrasiyanın  xarakter  və  miqyası  tarixən  dəfələrlə  dəyiş-
mişdir.   
Müzakirə edin: 
1. “Əhalinin miqrasiyası” xəritə-sxemindən istifadə edərək immiqrasiya və  emiqrasiyanın üstün 
olduğu Avropa ölkələrini qruplaşdırın və cədvəl şəklində dəftərinizdə yazın.  
2. İnkişaf etmiş region olsa da, Avropanın bəzi ölkələri emiqrasiya mərkəzləridir. Bunun səbəbləri 
barədə fərziyyələrinizi söyləyin.  
  
Xəritə üzrə iş
 
İmmiqrasiya 
ölkələri
 
Emiqrasiya 
ölkələri
 
Miqrantların axın 
istiqamətləri
 


 
 
 
168 
 
İmmiqrant axınının əsas səbəbi kasıb ölkələrdən gələnlərin Avstraliya, Amerika 
və Qərbi Avropa ölkələrində daha əlverişli həyat şəraiti, yüksək əməkhaqqı və nor-
mal əmək şəraitinə nail olmaq istəyidir.  
 
 
 
1.  ABŞ,  Kanada,  Avstraliya  və  Avropa  ölkələrində  demoqrafik  hadisələr  arasında  
məntiqi ardıcıllığı müəyyən edin:   
 
 Doğulanların sayı azalır.  
 Yaşlı əhalinin sayı artır.  
 Əmək ehtiyatları azalır.  
 Əhalinin yaş tərkibində uşaq və gənclərin 
xüsusi çəkisi azalır.  
 Millət “qocalır”.  
 Demoqrafik yük artır.  
 İşçi qüvvəsi tələb edilir. 
 Miqrantların sayı çoxalır.  
  
2. Mətndəki düzgün olmayan ifadələri müəyyən edin və doğruya çevirin:  
a) Doğulanların sayının az olması və orta ömür müddətinin artması “millətin qocalması”na  
səbəb  olur.   
b) Avropa  ölkələrində həyata keçirilən demoqrafik siyasət doğumun artırılmasına yönəl-
dilmişdir. 
c) Əhalinin ümumi sayında emiqrantların payının çox olması, əsasən, İsveçrə, Latviya və 
Lüksemburq üçün səciyyəvidir.  
d) Fransa və Almaniya emiqrasiyanın üstünlük təşkil etdiyi ölkələrdir. 
e) ABŞ-da əhalinin yaş tərkibində uşaqların payı 30%-dən çoxdur. 
 
 
 
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 


 
 
169 
 
•   VI  fəsil  •  
Dünya əhalisinin müxtəlifliyi 


 
P
RAKTİK DƏRS. 
AZƏRBAYCANDA DEMOQRAFİK VƏZİYYƏT  
 
Qrafik, cədvəl və diaqramlarda verilmiş informasiyalardan istifadə etməklə Azər-
baycanda demoqrafik vəziyyət haqqında hesabat hazırlayın. Çıxardığınız nəticələrin 
nə dərəcədə doğru olduğunu yoxlamaq üçün onları paraqrafın sonunda verilən məlu-
matlarla müqayisə  edin. 
 
 
 
Azərbaycan əhalisinin ümumi artımının illər üzrə dinamikası 
Müzakirə edin:  
– Azərbaycan Respublikasında əhalinin sayının dəyişməsini təhlil edin: 2000–2014-cü illər 
arasında əhalinin ümumi artımı nə qədər olmuşdur? 
 
 
 
48 
Təbii 
artımı 
yüksək 
olan 
rayonlar 
Təbii 
artımı 
aşağı 
olan 
rayonlar 
 
 
1,0 – 10,0
 
 
 
10,1 – 15,0
 
 
 
15,1 – 20,0
 
 
 
20,1 – 26,7
 
Əhalinin hər 
1000 nəfərinə
 
  
Xəritə üzrə iş
 
Xəritə-sxemə  əsasən  Azərbaycanda əhalinin təbii  artımının  (2015-ci  il  statistikasına  əsasən)  daha 
yüksək və aşağı olduğu inzibati rayonları müəyyən edin və cədvəli dəftərinizdə tamamlayın. 
0
20
40
60
80
100
120
140
2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014
m
in
nəfər
 
Sxem üzrə iş
illər


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə