167
• VI fəsil •
Dünya əhalisinin müxtəlifliyi
•
6
ölkələrindən gəlir ki, onlara da işləmək və yaşamaq üçün xüsusi icazə almağa ehtiyac
yoxdur. Avropanın digər ölkələrinə gələn immiqrantlar, əsasən, inkişaf etməkdə olan
ölkələrdəndir.
ABŞ, Kanada və Avstraliyada da əhalinin sayı, əsasən, immiqrasiya hesabına ar-
tır. Amerika xalqının formalaşmasında kütləvi miqrasiyaların mühüm rolu olmuşdur.
Müasir amerikalılar dünyanın müxtəlif regionlarından gələnlərin etnik qarışmasının
nəticəsidir. ABŞ-da immiqrasiyanın xarakter və miqyası tarixən dəfələrlə dəyiş-
mişdir.
Müzakirə edin:
1. “Əhalinin miqrasiyası” xəritə-sxemindən istifadə edərək immiqrasiya və emiqrasiyanın üstün
olduğu Avropa ölkələrini qruplaşdırın və cədvəl şəklində dəftərinizdə yazın.
2. İnkişaf etmiş
region olsa da, Avropanın bəzi ölkələri emiqrasiya mərkəzləridir.
Bunun səbəbləri
barədə fərziyyələrinizi söyləyin.
Xəritə üzrə iş
İmmiqrasiya
ölkələri
Emiqrasiya
ölkələri
Miqrantların axın
istiqamətləri
168
İmmiqrant axınının əsas səbəbi kasıb ölkələrdən gələnlərin Avstraliya, Amerika
və Qərbi Avropa ölkələrində daha əlverişli həyat şəraiti, yüksək əməkhaqqı və nor-
mal əmək şəraitinə nail olmaq istəyidir.
1. ABŞ, Kanada, Avstraliya və Avropa ölkələrində demoqrafik hadisələr arasında
məntiqi ardıcıllığı müəyyən edin:
Doğulanların sayı azalır.
Yaşlı əhalinin sayı artır.
Əmək ehtiyatları azalır.
Əhalinin yaş
tərkibində uşaq və gənclərin
xüsusi çəkisi azalır.
Millət “qocalır”.
Demoqrafik yük artır.
İşçi qüvvəsi tələb edilir.
Miqrantların sayı çoxalır.
2. Mətndəki düzgün olmayan ifadələri müəyyən edin və doğruya çevirin:
a) Doğulanların sayının az olması və orta ömür müddətinin artması “millətin qocalması”na
səbəb olur.
b) Avropa ölkələrində həyata keçirilən demoqrafik siyasət doğumun artırılmasına yönəl-
dilmişdir.
c) Əhalinin ümumi sayında emiqrantların payının çox olması, əsasən, İsveçrə,
Latviya və
Lüksemburq üçün səciyyəvidir.
d) Fransa və Almaniya emiqrasiyanın üstünlük təşkil etdiyi ölkələrdir.
e) ABŞ-da əhalinin yaş tərkibində uşaqların payı 30%-dən çoxdur.
Biliklərin tətbiq edilməsi və yoxlanılması
169
• VI fəsil •
Dünya əhalisinin müxtəlifliyi
•
6
P
RAKTİK DƏRS.
AZƏRBAYCANDA DEMOQRAFİK VƏZİYYƏT
Qrafik, cədvəl və diaqramlarda verilmiş informasiyalardan istifadə etməklə Azər-
baycanda demoqrafik vəziyyət haqqında hesabat hazırlayın. Çıxardığınız nəticələrin
nə dərəcədə doğru olduğunu yoxlamaq üçün onları paraqrafın sonunda verilən məlu-
matlarla müqayisə edin.
Azərbaycan əhalisinin ümumi artımının illər üzrə dinamikası
Müzakirə edin:
– Azərbaycan Respublikasında əhalinin sayının dəyişməsini təhlil edin: 2000–2014-cü illər
arasında əhalinin ümumi artımı nə qədər olmuşdur?
48
Təbii
artımı
yüksək
olan
rayonlar
Təbii
artımı
aşağı
olan
rayonlar
1,0 – 10,0
10,1 – 15,0
15,1 – 20,0
20,1 – 26,7
Əhalinin hər
1000
nəfərinə
Xəritə üzrə iş
Xəritə-sxemə əsasən Azərbaycanda əhalinin təbii artımının (2015-ci il statistikasına əsasən) daha
yüksək və aşağı olduğu inzibati rayonları müəyyən edin və cədvəli dəftərinizdə tamamlayın.
0
20
40
60
80
100
120
140
2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014
m
in
nəfər
Sxem üzrə iş
illər