163
• VI fəsil •
Dünya əhalisinin müxtəlifliyi
•
6
Afrika ekoloji böhrana – quraqlıq, səhralaşma, torpaqların məhsuldarlığının azal-
ması və şirin su çatışmazlığına məruz qalmış bir regiondur. Əhalinin sürətlə art-
ması bu problemlərin daha da kəskinləşməsi ilə nəticələnir.
Asiyanın da əhalisi sürətlə artmaqdadır. Lakin Asiyanın müxtəlif regionlarında
demoqrafik vəziyyət fərqlidir.
Ölkələrin demoqrafik və iqtisadi göstəricilərini müqayisə edin.
Region
Ölkə
İstehsal olunan
məhsul
və xid-
mətlərin ümumi
dəyəri (mlrd. $)
Təbii artım
(1000 nəfərə
görə)
Region
Ölkə
İstehsal olunan
məhsul və xid-
mətlərin ümumi
dəyəri (mlrd. $)
Təbii artım
(1000
nəfərə
görə)
Şərqi Asiya
Yaponiya
4751
–1
Cənubi Asiya
Nepal
62,4
19
Çin
17617
6
Pakistan
835
20
Cənubi
Koreya
1697
6
Banqladeş
496
15
Əfqanıstan
58,8
24
Qeyd. 2013-cü ilin statistik məlumatlarına əsasən tərtib edilmişdir.
Müzakirə edin:
– Demoqrafik və iqtisadi göstəricilər arasında hansı əlaqə vardır?
Çin, Yaponiya və Cənubi Koreya əhali təzələnməsinin birinci tipinə keçməyə nail
olmuşlar. Bu proses həmin ölkələrdə aparılan demoqrafik siyasətin nəticəsidir,
xüsusilə Yaponiyada ciddi demoqrafik islahatlar aparılmışdır. Bu ölkə dünyada uşaq
ölümünün ən aşağı səviyyəsinə çatmışdır.
Cənubi və Mərkəzi Asiyanın əhalisi isə sürətlə artır. Bu regionlarda doğumun
azalmasına doğru aparılan demoqrafik siyasət milli və dini
adət-ənənələrə görə istə-
nilən nəticəni vermədi. Cənub-Qərbi Asiyanın iqtisadi göstəriciləri yüksək olan öl-
kələrində – Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Bəhreyndə isə, ümumiyyətlə, do-
ğumun məhdudlaşdırılması qadağandır. Bu ölkələrdə əhalinin artımı yüksək olsa da,
hökumət təbii artımı yüksəltmək üçün müxtəlif istiqamətli tədbirlər (doğulan uşaq-
lara müavinət verilir, çoxuşaqlı ailələrə güzəştlər edilir və s.) görür.
Cədvəl üzrə iş
Dünya
Asiya
Müzakirə edin:
– Dünya əhalisinin payında Asiyanın
üstün mövqeyinə aid 5 səbəb yazın.
Dünya əhalisinin payında Asiyanın xüsusi çəkisi
Sxem üzrə iş
164
Latın Amerikasında da əhali sürətlə artır. ХХI əsrin başlanğıcında Latın Ame-
rikasının əhalisi 520 mln. nəfər olmuşdur. Braziliya və Meksikanın əhalisi isə artıq
100 mln. nəfəri keçmişdir. Ən yüksək təbii artım regionun ən az inkişaf etmiş ölkə-
ləri
olan Qvatemala, Beliz, Honduras, Salvador və Paraqvayda müşahidə edilir.
Əhalinin yaş strukturu
Asiya, Afrika və Latın Amerikası ölkələrində əmək emiqrasiyası müşahidə
olunur. Bu regionlardan iqtisadi cəhətdən fəal əhali inkişaf etmiş ölkələrə – Qərbi
Avropa və ABŞ-a miqrasiya edirlər. İstisna olaraq Asiyada varlı ərəb ölkələri əmək
immiqrasiya mərkəzlərinə çevrilmişdir. BƏƏ və Küveytdə işləyən əhalinin
80–90%-i mühacirlərdir.
1. Asiya, Afrika və Latın Amerikası ölkələrində demoqrafik hadisələr arasında məntiqi ardıcıllığı
müəyyən edin:
İşsizlik artır.
Ərzaq çatışmazlığı baş verir.
Doğulanların sayı yüksəlir.
Əhalinin sayı sürətlə artır.
Yoxsulluq artır.
2. Yaş-cins piramidalarının hansı Çinə, hansı isə Banqladeşə aiddir? Cavabınızı əsaslandırın.
Kişi Qadın
Kişi Qadın
Biliklərin tətbiq edilməsi və yoxlanılması
Sxem üzrə iş
52%
45
%
3%
Afrika
62%
33%
5%
Asiya
62%
32%
6%
Latın Amerikası
Əməkqabiliyyətli
əhali
16
yaşa qədər
65 yaşdan yuxarı
A
B
165
• VI fəsil •
Dünya əhalisinin müxtəlifliyi
•
6
A
VROPA, ŞİMALİ AMERİKANIN VƏ AVSTRALİYANIN ƏHALİSİ
Avropa, Şimali Amerika və Avstraliya həyat səviyyəsinin yüksək olduğu region-
lardır. Bu regionlarda doğum və ölümün aşağı göstəriciləri və bunun nəticəsi kimi
təbii artımın azlığı müşahidə olunur. Keyfiyyətli qidalanma və tibbi xidmət səviy-
yəsinin yüksəlməsi orta ömür müddətinin artmasına səbəb olmuşdur. 2012-ci ilin
göstəricilərinə görə, orta ömür müddəti İtaliyada 83 il, Fransada isə 82 il təşkil edir.
Son illərdə Avropa, Şimali Amerika və Avstraliyada doğulanların sayının azal-
ması isə bir çox amillər bağlıdır:
– qadınların ictimai fəallığının artması (ali təhsil almaları, müxtəlif vəzifələrdə
çalışmaları və s.)
– gecikmiş nikahların üstünlük təşkil etməsi (təhsilin gec başa çatması, gələcək
üçün karyera və yüksək maddi təminat istəyi);
– uşaqların təhsil və tərbiyəsinə sərf olunan xərclərin artması;
– ailə təməllərinin zəifləməsi;
– əhalinin maddi və mədəni tələbatlarının artması;
– yaşlı valideynlərin övladlarının deyil, dövlət himayəsində yaşaması.
Bəzi Avropa ölkələrində
təbii artım sıfıra bərabərdir, yəni doğulan və ölənlərin
sayı eynidir. Məsələn, İspaniya, Avstriya, Danimarka və s. ölkələrdə, sadəcə, nəsil-
lərin əvəz olunması baş verir. Bir sıra ölkələrdə isə əhalinin
təbii artımı sıfırdan
aşağıdır, yəni təbii azalma prosesi baş verir.
ABŞ, Avstraliya, Avropa ölkələrində doğulanların sayının azalması və orta ömür
müddətinin artması əhalinin yaş tərkibinə də təsir edir. Onlar üçün uşaq və gənclərin
xüsusi çəkisinin azalması, yaşlıların isə artması səciyyəvidir. Bu proses
“millətin
qocalması” adlanır. Yaşlıların xüsusi çəkisinin 12–14% olması demoqrafik qocal-
manın başlanğıcı, 16–18%-dən artıq olması isə yüksək həddi hesab edilir.
Əhalinin yaş tərkibində baş verən dəyişikliklər əmək ehtiyatlarının azalmasına,
demoqrafik yükün artmasına və digər sosial problemlərin yaranmasına səbəb olur:
47
Dünya əhalisinin sayında Avropanın payı
Müzakirə edin:
– “Əhali təzələnməsinin birinci tipi”, “əhalinin təbii azalması”, “demoqrafik böhran” terminlə-
rindən istifadə edərək dünya əhali sayında Avropa ölkələrinin payının dəyişməsini izah edin.
Sxem üzrə iş
Digər ölkələr
Avropa