0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə50/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   61

 
 
 
160 
 
 
P
RAKTİK DƏRS. 
YAŞ-CİNS  PİRAMİDASININ QURULMASI
 
 
Yaş-cins piramidaları əhalinin yaş və cins üzrə paylanmasını göstərən diaqram-
lardır. Onlar əhalinin say (yaş və cins) strukturunu əyani şəkildə əks etdirir. Bu de-
moqrafik göstəricilər dövlət büdcəsinin (məktəbəqədər, orta və ali təhsil müəssisə-
lərinin, səhiyyə xidmətlərinin və s.) planlaşdırılmasında, həmçinin mənzil tikintisi, 
kommunal xidmətlərin, ərzaqla təchizat və digər işlərin təşkili üçün vacibdir.  
Əhalinin yaş-cins piramidasının  təhlili: 
I. Əhalinin yaş-cins piramidaları demoqrafik vəziyyətdən asılı olaraq müxtəlif formalarda 
olur. 
II. Piramidanın enli hissəsi həmin yaş qrupunda əhalinin sayının çox olduğunu, ensiz hissəsi 
isə əksinə, az olduğunu göstərir. 
III. Piramidaları təhlil edərkən onu üç hissəyə ayırmaq lazımdır. 0–15 yaş: uşaqlar; 16–65 
yaş: gənc və yetkin insanlar; 65 yaşdan yuxarı yaşlılar.  
Nümunə: 
1.  Əhalinin yaş-cins piramidasına diqqət yetirin. Ortada yuxarıya doğru əhalinin yaş qrupları 
yazılmışdır. 
2.  Əhalinin 16–65 yaş arasında olan hissəsi əmək qabiliyyətli insanlardır. Onların da sayı 
üstündür (əmək qabiliyyətli əhali arasında işləyənlərin sayı nə qədər çox olursa, dövlət 
büdcəsinə bir o qədər çox vergi daxil olur. Vergi ilə daxil olan pullar xidmət və sosial 
sahələrə (yeni məktəblər, xəstəxanalar, idman kompleksləri və s.)  xərclənir). 
3.  Əhalinin sayında  25–29 yaşlılar daha çoxdur.   
4.   65 yaşdan yuxarı yaş qrupuna daxil olan əhalinin sayı azdır. Piramidanın yuxarı hissəsinin 
ensiz olması  bunu  ifadə edir.  
5.  Piramidada qırmızı zolaqlar qadınların, goy zolaqlar isə kişilərin sayını göstərir.  
6.
 
Əhalinin  30  yaşa  qədər  olan  hissəsində  kişilərin,  30-dan  yuxarı  hissəsində  isə  (əsasən, 
yuxarı yaş  (75–79 yaş)  qruplarında qadınların sayı kişilərdən çoxdur (bu, kişilər arasında 
ölüm hallarının çox olması (təhlükəli peşələr, müharibələr) və qadınların uzunömürlü 
olması ilə əlaqədardır).  
 
 
45 


 
 
161 
 
•   VI  fəsil  •  
Dünya əhalisinin müxtəlifliyi 


 
 
 
 
 
 
 
 
 
Yaş-cins piramidasının qurulması. 
Ölkə əhalisinin 2015-ci il üçün yaş-cins piramidasını qurun:  
1. Kağız üzərində mərkəzdən iki şaquli ox çəkin (koordinat oxu).  
2. Şaquli xətt boyunca yuxarıya doğru yaş intervallarını yazın (0–4 yaş, 5–9 yaş, 10–14 
yaş, 15–19 yaş və s.).  
3. Oxun oturacağından ona perpendikulyar üfüqi xətt (absis oxu) çəkin.  
4. Üfüqi xətt  üzərində müvafiq olaraq sağda qadınların, solda kişilərin sayını qeyd 
edin.  
5. Cədvəldə verilmiş statistik rəqəmlərdən istifadə edərək diaqramın sol tərəfində 
kişilərin, sağ tərəfində isə qadınların sayını əks etdirən zolaqlar çəkin.  
Diqqət:  
• Çəkilmiş zolaqlar hər yaşa uyğun insanların sayını göstərməlidir.  
Yaş  qrupları, il 
Cəmi (min nəfər) 
Kişilər (min nəfər) 
Qadınlar (min nəfər) 
00–04 
671 
341 
330 
05–09 
689 
350 
339 
10–14 
774 
393 
381 
15–19 
819 
419 
400 
20–24 
620 
306 
314 
25–29 
402 
196 
206 
30–34 
248 
120 
128 
35–39 
267 
128 
139 
40–44 
384 
188 
196 
45–49 
308 
156 
152 
50–54 
251 
119 
132 
55–59 
138 
52 
86 
60–69 
183 
35 
148 
70–79 
152 
52 
100 
80+ 
72 
26 
46 
 
Qeyd. Bu tapşırığı kompüterdə diaqramlarla işləməyə imkan verən”Microsoft Word”, “Excel” 
proqramları vasitəsilə yerinə yetirmək daha rahatdır.   
 
 
Tapşırıq
 


 
 
 
162 
 
 
A
SİYA, AFRİKA VƏ LATIN AMERİKASININ ƏHALİSİ 
 
 
Dünya əhalisinin 
regionlar üzrə 
paylanması 
 
Müzakirə edin:  
–  Diaqrama əsasən dünya 
əhalisinin ümumi sayında 
Asiya, Afrika və Latın 
Amerikası əhalisinin 
payını faizlə təqribi he-
sablayın. Aldığınız 
nəticəni necə  izah edə 
bilərsiniz?  
Asiya, Afrika və Latın Amerikası dünyada əhalinin çox olması ilə fərqlənən re-
gionlardır. Bu regionlarda doğumun yüksək olmasına bir çox amillər təsir edir:  
– milli adət-ənənələr: erkən nikahlar, çoxuşaqlılıq, ailədə oğlan uşaqlarına üstünlük 
verilməsi;          
– dinin təsiri: ailədə uşaqların sayının məhdudlaşdırılmasının qadağan edilməsi
– gender problemi:  qadınların  əksəriyyətinin  evdar  qadın  olması,  cəmiyyət  həya-
tında fəal iştirak etməməsi, təhsil hüquqlarının pozulması və s.  
– ailənin iqtisadi tələbatı: aqrar iqtisadiyyat şəraitində uşaqların  əlavə işçi qüvvəsi 
olması, yaşlı valideynlərin övladlarının himayəsində yaşaması.  
Asiya, Afrika və Latın Amerikasında əhalinin sayının çox olması təkcə doğumun 
yüksək olması ilə deyil, eləcə də ölümün nisbətən aşağı göstəricisi ilə əlaqədardır. 
Səhiyyənin inkişafı, əhali arasında kütləvi peyvəndlərin aparılması, ana və körpələrə 
keyfiyyətli tibbi xidmətin göstərilməsi əhali arasında ölümün sayını azaldır. Lakin 
bu regionların hər birinin özünəməxsus xüsusiyyətləri vardır.  
Müasir Afrika  dünyada  doğumun  ən  yüksək  olduğu  region  olub  “demoqrafik 
partlayış”la səciyyələnir. Afrika ölkələrinin əksəriyyətində təbii artım 25–35 nəfər-
dir. Təbii artıma görə Uqanda (35 nəfər) və Burundi (32 nəfər) dünyada ilk yerləri 
tuturlar. Şimali Afrika regionuna daxil olan ölkələrdə son zamanlar doğum göstərici-
lərinin azalması müşahidə edilir.  
Demoqrafik partlayış bir çox iqtisadi, sosial və ekoloji problemlərin yaranmasına 
səbəb olur. Bunlardan ən başlıcası ərzaq problemidir. Əhalinin 2/3 hissəsi kənd tə-
sərrüfatında çalışsa da, illik təbii artım istehsal olunan ərzaq  məhsullarının illik həc-
mindən yüksəkdir.  
Əhalinin sürətlə artması təhsil və səhiyyədə müxtəlif problemlərin yaranmasına 
səbəb olur: müəllim və tibb işçilərinin, məktəb və tibb ocaqlarının, müvafiq texniki 
təchizatın çatışmazlığı və s.  
 
Sxem üzrə iş
46 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə