0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə46/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   61

 
 
148 
 
istehsal olunan məhsul və göstərilən xidmətlərin həcminə görə Çin 2-ci yeri tutur. 
Müasir  dövrdə  Çini  “Dünya emalatxanası”  adlandırırlar.  Dünyanın  tanınmış  şir-
kətləri Çin iqtisadiyyatına böyük həcmdə sərmayə qoyur. Onlar öz müəssisələrini 
burada yerləşdirməkdə maraqlıdırlar. Buna səbəb ölkədəki zəngin xammal və kifayət 
qədər ucuz işçi qüvvəsidir. Bu amillər Çin məhsullarının istehsal və daşınma xərc-
lərinin xeyli aşağı olmasına imkan verir. Məhsulların ucuz olmasının digər səbəbi 
isə  işçilərin  əməkhaqqının  –  yəni  onların  gördükləri  işin  müqabilində  ödənilən 
xərclərin az olmasıdır.  
Hazırda iqtisadçılar əhalinin milli gəlirlərinə və iqtisadiyyatın müxtəlif sahələri-
nin inkişafına görə ilk 20 sırada olan ölkələri dünyanın “güc mərkəzləri” (“G–20”) 
hesab edir. Avstraliya, Braziliya, CAR, Argentina kimi ölkələrin güc mərkəzlərinə 
çevrilməsi  onların  zəngin  xammal  ixracatçısı  olması,  dəniz  nəqliyyatının  məhsul 
mübadiləsində fəal iştirak etməsi, kənd təsərrüfatının intensivləşdirilməsi ilə əlaqə-
dardır.  
 
  
1.  Xəritə-sxemdən istifadə edərək “G–20”-yə daxil olan ölkələrin adını yazın 
(Qeyd. Xəritə-sxemdə 6 rəqəmi Avropa Şurasına daxil olan ölkələri bildirir). 
 
2. Çin Xalq Respublikasında gəlirlərin kəskin şəkildə artması nə ilə əlaqədardır? 
ÇXR və Rusiya Federasiyasında gəlirlərin dəyişməsi 
 
3. Cədvəldəki rəqəmlər (2015-ci il üçün) əsasında diaqram qurun və təhlil edin. 
İqtisadi güc  mərkəzləri 
Adambaşına düşən gəlir  (ABŞ dolları ilə) 
ABŞ 
22 049 
Avropa Birliyi 
15 497 
Yaponiya 
25 469 
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
ABŞ dolları ilə, trln.    Rusiya       Çin 
    2005                2007                 2009                2011                 2013             2015 
ABŞ 
Avropa Birliyi 
Yaponiya 


 
 
149 
 
•   V  fəsil  •  
Qədim və müasir sivilizasiyalar


 
Y
ER KÜRƏSİNİN MƏNİMSƏNİLMƏSİ 
 
 
Əhalinin məskunlaşması 
 
 
Xəritə-sxemə əsasən əhalinin məskunlaşma səviyyəsini müəyyən edin və cədvəli tamamlayın. 
№ 
Adı 
Əhalinin sıxlığı (seyrək/sıx) 
Səbəbi 

Böyük Çin düzənliyi 
 
 
… 
... 
 
 
 
Müzakirə edin:
 
– Əhalinin məskunlaşmasına təsir edən əsas səbəblər hansılardır?
 
 
Əhalinin  sayının  artması  insanları,  əlverişli  təbii  şəraitə  malik,  sürətlə  mənim-
sənilmiş, yəni əhalisinin sıxlığı yüksək olan ərazilərdən kənarlara köçməsinə səbəb 
olur. Belə ərazilərdə mövcud olan yeraltı sərvətlər tükənmək üzrə olur. Torpaqlardan 
fasiləsiz istifadə onun məhsuldarlığının azalmasına gətirib çıxarır. Antropogen təsir 
nəticəsində ərazinin təbii vəziyyəti pozulur. Belə olan halda insanlar yaşayış üçün 
daha az əlverişli olan yeni mənimsənilən ərazilərə köçmək məcburiyyətində qalırlar.  
Bu əraziləri mənimsəmək üçün elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbi-
qi tələb olunur. Nəticədə faydalı qazıntıların çıxarılması, yeni müəssisələrin tikilmə-
si, yol və magistralların çəkilməsi daha çox xərc tələb edir və son məhsulun maya 
dəyəri  yüksək olur.   
Əhalinin sıxlığı  (nəfər/km
2

10 









<2 
2–10 
11–100
>100
 
  
Xəritə üzrə iş
42 


 
 
150 
 
 
 
Yüksək daglıq ərazilər  And, Kordilyer, Himalay, Alp, Pamir, Tyan-Şan, Qafqaz 
dağları  zəngin  mineral  ehtiyatlara,  müalicəvi  sulara,  dağ  meşələrinə,  rekreasiya 
ehtiyatlarına malikdir. Lakin ağır texnikanın yüksək dağlıqlara daşınması, çıxarılan 
faydalı qazıntı süxurlarının saflaşdırılması və emal müəssisələrinə çatdırmaq üçün 
nəqliyyat yolları, xüsusilə dəmir yolu xətti  tələb olunur. Meyilliyi 12–15°-dən çox 
olan ərazilərdə isə vaqonların hərəkəti mümkün deyil.  
Yamacların  meyilliyinin  20–25°  olduğu  ərazilərdə  əkinçilik  fəaliyyəti  üçün 
yamaclarda terraslaşdırma işləri aparılır. Belə ərazilər həm də heyvandarlıq üçün  
yay otlaqları kimi istifadə oluna bilər.  
Səhra və yarımsəhralar – vegetasiya müddətində daha çox Günəş istiliyi tələb 
edən qiymətli bitkilərin – pambıq, qəhvə, kakao, çəltik, şəkər qamışı və s.-nin becə-
rilməsi  üçün  imkan  vardır.  Lakin su  çatışmazlığı  bu  ərazilərin  mənimsənilməsinə 
mane  olur.  Məsələn,  pambığın  becərilməsi  üçün  tələb  olunan  temperatur  şəraiti 
+25...+30°C  olsa  da,  vegetasiya  müddətində  hər  hektara  6000–8000  m
3
  su  tələb 
olunması bu bitkinin yetişdirilməsində problemlər yaradır. Hazırda səhralarda vahə-
şəhərlər  yaradılır,  qumlu  səhralar  əkinçilik  üçün  yararlı  hala  gətirilir,  avtomobil 
yolları çəkilir. Səhrada daim mövcud olan küləklər də  güclü enerji mənbəyidir.   
Rütubətli həmişəyaşıl ekvatorial meşə  və  cəngəlliklər  –  Cənubi  Amerika,  Mərkəzi 
Afrika və Cənub-Şərqi Asiyada yağıntıların həddən çox olması ərazinin bataqlıqlaşmasına 
səbəb olmuşdur. Bu ərazilərdə keçilməz meşə landşaftı mövcuddur. Zəngin bioloji eh-
tiyatları və yeraltı sərvətləri mənimsəmək üçün ərazilərdə qurutma işləri aparılır. 
Çoxillik  əbədi buzlaq və donuşluq zonası  –  ABŞ,  Kanada,  Rusiya  və  Norveçin 
Şimal qütbünə yaxın əraziləri mis, qızıl, almaz, neft, torf ehtiyatları ilə zəngindir. La-
kin donmuş bərk süxur qatı qazıntı işlərini aparmağa mane olur. Qısa yay müddətində 
donuşluğun üst qatı buzdan azad olur, bu yerlər göl bataqlıqlarına çevrilir. Vəziyyət 
nəqliyyat  yollarının  çəkilməsinə  mane  olur  ki,  bu  da  ərazinin  mənimsənilməsində 
çətinlik törədir.  
  
Xəritə üzrə iş
 
Müzakirə edin:
– Göstərilən məntəqələrdə əraziləri mənimsəmək üçün hansı təklifləri verərdiniz?
 
Xəritə-sxemdəki rəqəmləri 
dəftərinizdə çəkdiyiniz 
cədvəldə qeyd olunmuş 
ərazilərə müvafiq xanalara 
yazın.
 
Yüksək  dağlıqlar 
Səhr

və 
ya
rımsəh
ral
ar
 
Ekvatorial meşələr
 
Çoxillik donuşluq 
zonası 
 
 
 
 
 
• 4
• 2
• 1
• 8
• 9
• 7
• 5
 
• 6
• 10
• 3


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə