0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə48/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   61

 
 
 
154 
 
XX  əsrin  əvvəlində  səhiyyənin  inkişafı,  insanların  həyat  şəraitinin  yaxşılaşması 
ölümün azalmasına səbəb olmuşdur. Doğumun yüksək səviyyədə qalması əhalinin tə-
bii artımının çoxalması və sayının kəskin artması ilə nəticələnmişdir.  
XX əsrin ikinci yarısından başlayaraq elmin, təbabətin inkişafı, ailə planlaşdırması 
siyasəti, qadınların ictimai fəallığının artması, şəhər həyat tərzinin yayılması nəticəsində 
təbii artım səviyyəsi aşağı düşdü. Sənayenin inkişafı kənd əhalisinin şəhərlərə köçməsinə 
səbəb  oldu.  Şəhərlərdə  yaşayan  ailələrdə  isə  uşaqların  sayı  kənd  ailələrinə  nisbətən 
həmişə az olmuşdur.  
Hazırda dünyanın müxtəlif region və ölkələrində demoqrafik vəziyyət fərqlidir. Af-
rika, Asiya və Latın Amerikası ölkələrinin əksəriyyətində əhalinin təbii artımı yüksək-
dir. Belə ölkələrdə demoqrafik partlayış baş verir, yəni ölümün az, doğumun çox ol-
ması nəticəsində əhalinin sayının yüksək templə artması müşahidə edilir.   
Avropa, Şimali Amerika və Avstraliyada isə təbii artım göstəriciləri aşağıdır. Bu 
ölkələrdə əhali artımının I tipi – doğumun və ölümün aşağı olması (hər 1000 nəfərə 
12-dən az) nəticəsində təbii artımın aşağı göstəricisi səciyyəvidir. Bəzi ölkələrdə isə 
təbii artım mənfidir, yəni yerli əhalinin ümumi sayında azalma baş verir. Bu proses 
demoqrafik böhran adlanır.   
Hər hansı ölkədə demoqrafik vəziyyətə uyğun olaraq demoqrafik siyasət yürüdülür. 
Demoqrafik siyasət əhalinin sayının tənzimlənməsi məqsədilə həyata keçirilən  inzi-
bati, iqtisadi, təbliğatı və s. tədbirlər sistemidir. Adətən demoqrafik siyasət təbii artı-
mın yüksək olduğu ölkələrdə doğumu azaltmağa doğru, təbii artımın aşağı düşdüyü 
ölkələrdə isə onu yüksəltməyə doğru aparılır. Demoqrafik  siyasət  nəticəsində  təbii 
artım kəskin dəyişə – doğum arta və ya azala bilər. Əhalinin təbii artımının kəskin 
şəkildə dəyişməsi demoqrafik inqilab adlanır.  
 
 
 
 Müavinətlərin verilməsi 
 Çoxuşaqlı  ailələrə və yeni evlənənlərə  güzəştlər       
 Uzunmüddətli ödənişli analıq məzuniyyətinin 
verilməsi 
 Tibbi xidmət və təhsil ödənişlərinin dövlət 
hesabına olması 
 Körpələrin uşaq müəssisələrinə  cəlb edilməsi və s. 
 Nikah yaşının artırılması 
 Müxtəlif  təbliğat  tədbirləri  
 Ali təhsil müəssisələrində təhsil alanların 
ailə qurmasının qarşısının alınması   
 Azuşaqlı ailələrdə uşaqların təhsil və tibb 
xidmətlərinə üstünlük verilməsi 
 Uşağı az olan valideynlərə iqtisadi və 
sosial güzəştlərin verilməsi və s. 
İNKİŞAF ETMİŞ ÖLKƏLƏR 
İNKİŞAF ETMƏKDƏ OLAN  ÖLKƏLƏR
 
DEMOQRAFİK  SİYASƏT
 
Doğum göstəricilərinin artırılması üçün
 
Doğum göstəricilərinin aşağı salınması üçün
 
Aşağı doğum 
 “Demoqrafik böhran” 
Yüksək  doğum 
“Demoqrafik  partlayış” 


 
 
155 
 
•   VI  fəsil  •  
Dünya əhalisinin müxtəlifliyi 


Azərbaycan Respublikasının Ailə Məcəlləsində üçuşaqlı ailələr ideal ailə kimi qiy-
mətləndirilir. Beş uşağı olan analar isə vaxtından xeyli əvvəl pensiya almaq hüququ 
qazanır. 
 
 
 
 
1. Mətndə verilən xəritə-sxemdən istifadə edərək, a) Nigeriya, Argentina, ABŞ,  Fransa, Estoniya, İran, 
Hindistan, Avstriya və Meksika dövlətlərinin adlarını cədvəlin uyğun xanalarına qeyd edin: 
Demoqrafik  siyasət 
Doğum göstəricilərinin artırılmasına yönələn 
Doğum göstəricilərinin aşağı salınmasna 
yönələn 
 
 
b) Dünyanın siyasi xəritəsindən istifadə edərək cədvələ daha  10 digər ölkə əlavə edin.   
 
2. Sinfinizdə sorğu aparın. Üçuşaqlı ailələrin sayını müəyyən edin. Bu ailələrin digərlərinə nis-
bətən neçə faiz olduğunu hesablayın. 
 
 
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
1. İnternet  axtarış  sistemindən  istifadə  edərək  Çin,  Yaponiya,  Almaniya  və 
Rusiya  ölkələrinin  hansı  demoqrafik    siyasət    apardığını    müəyyən  edin. 
Axtarışın nəticələri haqqında qısa mətn hazırlayın.  
2. İnternet  axtarış  sistemindən  istifadə  edərək  hazırda  dünyanın  müxtəlif 
ölkələrində yayılmış “Ailənin 3-cü övladı” layihəsinə aid məlumat toplayın. 
Ailədə  3-cü  övlad  olan  məşhurların  siyahısını  yaradın.  Onların  uğurları 
haqqında maraqlı faktlar toplayın. 
 
 
Dərsdən sonra
 


 
 
 
156 
 
 
D
ÜNYA ƏHALİSİNİN YAŞ-CİNS TƏRKİBİ. ƏMƏK EHTİYATLARI 
 
 
Ölkənin  demoqrafik  vəziyyəti,  ilk  növbədə,  əhalinin  yaş  tərkibindən (struktu-
rundan) asılıdır. Yaş tərkibi əhalinin müxtəlif yaş qrupları üzrə paylanmasıdır.  
Əhalinin yaş tərkibinə doğulan uşaqların sayı və orta ömür müddəti və miqrasiyalar 
təsir  edir.  Əhalinin  yaş  tərkibində  doğumun  yüksək  olması  uşaqların,  orta  ömür 
müddətinin çox olması isə yaşlıların payını artırır.  
 
 
44 
Müzakirə edin:  
1. Əhalinin yaş 
tərkibinə görə hansı 
qrupları vardır? 
2. Hansı regionlarda 
uşaqlar  üstünlük  
təşkil  edir?  
3. Hansı regionlarda 
yaşlılar üstünlük  
təşkil  edir?  
  
Sxem üzrə iş
 
Dünyanın müxtəlif regionlarında əhalinin yaş tərkibinin 
qruplar üzrə paylanması (%-lə)  
Uşaqlar:  
0–15 yaş 
Yaşlılar: 
65 yaşdan yuxarı 
Yetkinlər: 
16 yaşdan 65 yaşadək
Əhalinin ən aşağı  və ən  yuxarı orta  ömür  müddətinə malik olan ölkələri  siyasi xəritəyə əsasən 
müəyyən edin və adlarını dəftərinizə yazın.  
Müzakirə edin:  
– Əhalinin orta ömür müddəti ilə ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi arasında hansı əlaqə  möv-
cuddur? 
Dünya əhalisinin orta ömür müddəti 
  
Xəritə üzrə iş
 
Orta ömür müddəti (il)


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə