0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə44/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   61

 
 
141 
 
•   V  fəsil  •  
Qədim və müasir sivilizasiyalar


 
 
Azərbaycanın Avropa, yoxsa Asiya ölkəsi olmasına dair mülahizələrlə tanış olun və öz mövqeyinizi 
müəyyənləşdirin. Əlavə dəlillər gətirərək debatda iştirak edin. 
 

Azərbaycan  
Qərbə üzünü tutmalıdır: 
 
–  Ölkədə ən qədim 
zamanlardan qeyri-
müsəlman xalqlar rahat 
yaşamış, heç bir təzyiqə 
məruz qalmamışlar.  
–  Azərbaycanda Avropa 
sivilizasiyasının tərkib 
hissəsi olan demokrati-
ya, insan haqları, intellek-
tual potensial, elmi-
mədəni yenilik və texnolo-
giyalar, çoxpartiyalılıq 
prinsipləri mənimsənilmişdir. 
–  Azərbaycan dövləti və 
cəmiyyəti Qərb dünyasına 
daha yaxındır. Müasir 
azərbaycanlılar 
dünyagörüşünə görə 
Avropaya meyillidirlər.  
 
II 
Azərbaycan   
Şərq dövlətidir: 
 
–  Coğrafi mövqeyinə görə 
Şərqin mərkəz bölgəsi 
olan Azərbaycan, İslam 
ölkələri ilə  dini və mədəni 
birliyə malikdir. O, İslam 
sivilizasiyasının bir parça-
sıdır. 
–  Azərbaycan Şərq dövləti 
olmaqla möhkəm ailə 
strukturlarını saxlamaq 
imkanına malikdir, bu isə 
sosial problemlərin 
qarşısını almağa imkan 
verir.  
–  Azərbaycanın Şərqə üzünü 
tutması qədim tarixi 
köklərə malik olan 
ölkələrlə mədəni, iqtisadi 
əlaqələrin güclənməsinə 
imkan verə bilər.  
 
 
– Siz Azərbaycanın gələcəyi üçün  ən mütərəqqi inkişaf yolunu necə təsəvvür edirsiniz? 
 
 
 
 
 
 
  
Mətn üzrə iş
 
Debat
 


 
 
142 
 
 
T
ARİXİ-COĞRAFİ REGİONLARIN MÜASİR VƏZİYYƏTİ
 
 
Aralıq dənizi  və  ya  Mediterrana  3  qitəni  əhatə  edən  tarixi  regiondur.  Sahəsi               
4 mln km
2
-ə qədər olan bu ərazi oxşar coğrafi xüsusiyyətlərə malikdir. Dənizsahili 
ərazilərdə isti və quru yay, mülayim və rütubətli qış müşahidə olunur. 
 
 
 
 
 
40 
• Bizim eraya qədər Aralıq dənizinin sahilləri qədim 
məskunlaşma  mərkəzlərindən  olmuşdur.  Region 
daxilində  ərazilərin  iqtisadi  inkişaf  səviyyəsi  təq-
ribən eyni idi. 
•  XX  əsrədək  müxtəlif  tarixi  vaxtlarda  bu  region
imperiyalar arasında hərb meydanına çevrilmişdir. 
Regionda  Qədim  Roma,  Bizans,  Ərəb,  Osmanlı
imperiyalarının mədəniyyət izləri hələ də qalmaq-
dadır.  Sonradan  müxtəlif  dinlərin  yayılması  re-
gionda  yaşayan  əhalinin  həyat  tərzində  kəskin 
fərqlərin yaranmasına səbəb oldu. 
Müzakirə edin:  
– Tarixən eyni inkişaf səviyyəsinə malik olan Aralıq dənizi regionunun inkişafında kəskin fərqlərin
yaranmasına səbəb nədir? 
• Aralıq dənizi sahili regionları əvvəllər olduğu kimi, 
müasir  dövrdə  də  əhalinin  ən  sıx  məskunlaşdığı 
regionlardan  biridir.  Lakin  eyni  tarixi  köklərə
malik olan bu region ölkələri müasir dövrdə iqti-
sadi,  sosial,  etnik,  mədəni,  iqtisadi,  dil,  din  fərq-
lərinə görə kəskin seçilir. 
  
Mətn və şəkil üzrə iş


 
 
143 
 
•   V  fəsil  •  
Qədim və müasir sivilizasiyalar


Aralıq dənizi ən qədim dövrlərdən gəmiçiliyin inkişafı ilə seçilmişdir. Uzun müd-
dət  regionun  hər  tərəfində  inkişaf  səviyyəsi  təqribən  eyni  olmuşdur.  Regiondakı 
tikililər  memarlıq  baxımından  oxşar  olmuşdur.  Ticarət  əlaqələri  regionun  hər  tə-
rəfində  böyük  satış  bazarlarının  yaranmasına,  istehsal  alətlərinin,  kənd  təsərrüfatı 
məhsullarının mübadilə edilməsinə  şərait yaratmışdır.  
Baş verən hakimiyyət dəyişiklikləri, irimiqyaslı müharibələr, yaranan dini fərqlər 
regionun  inkişafının  zəifləməsinə,  yəni  ölkələrin  tənəzzülə  uğramasına  səbəb  ol-
muşdur. Hazırda Aralıq dənizi sahilində iqtisadi-siyasi, sosial fərqlərinə görə – Cə-
nubi Avropa, Cənub-Şərqi Avropa, Cənub-Qərbi Asiya  Şimali Afrika olmaqla 4 
region mövcuddur.   
  
 
 
Cənubi Avropa ölkələri  –  İtaliya,  İspaniya,  Yunansıtan,  Monako,  San-Marino 
iqtisadi inkişaf səviyyəsinə görə regionun ən qabaqcıl ölkələridir. Mineral ehtiyat-
larla zəif təmin olunmasına baxmayaraq, bu regionda sənayenin müxtəlif sahələri, 
xüsusilə də avtomobilqayırma, cihazqayırma, yüngül və yeyinti sənayesi güclü inki-
şaf etmişdir. Şərabçılıq bu ölkələrin ənənəvi sahələrindən biridir. Əkinçilik, xüsusilə 
də  sitrus  meyvəçiliyi,  zeytun  və  üzümçülük  geniş  yayılmışdır.  Ölkələr  turizmdən 
xeyli miqdarda gəlir əldə edir.   
Şimali Afrika ölkələri – Əlcəzair, Misir, Liviya, Tunis və Mərakeş əhalinin həyat 
səviyyəsinə görə aşağı – yəni geridə qalmış ölkələrdir. Lakin bu ölkələr iqtisadiy-
yatın inkişafına görə Afrikanın digər ölkələrindən daha irəlidədir. Bu onların Avropa 
regionuna yaxınlığı ilə izah olunur.    
Şimali Afrika ölkələri zəngin neft-qaz ehtiyatlarına malik olub, dünya bazarına 
xammal  ixrac  edir. İqlimin quraq olması əkinçiliyə mane olur;  bu  regionda  sitrus 
meyvəçiliyi, turizm və heyvandarlıq (qoyunçuluq, dəvəçilik) inkişaf etmişdir. 
 
Leptis-Maqna şəhərinin qalıqları. Liviya 
Qədim Romanın memarlıq abidələri.  İtaliya
Müxtəlif regionlarda yerləşən tarixi memarlıq abidələrinin qalıqları onların çox oxşar olduğunu əks 
etdirir.   
Müzakirə edin:  
1. Liviya və İtaliyada oxşar memarlıq abidələrinin olmasının hansı tarixi əsası ola bilər? 
2. İtaliyadakı abidələrə ildə yüz minlərlə turist axını olduğu halda, nə üçün Liviyada hazırda bu 
abidələr baxımsızlıqdan məhv olur? 
  
Şəkil üzrə iş
 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə