0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə40/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   61

 
 
 
126 
 
 
 
1. Sxemi dəftərinizə çəkib tamamlayın: 
 
 
2.  Cədvəli tamamlayın: 
Məntəqə   Təbii 
zona 
Bioehtiyatlarla 
təminolunma 
yüksək 
zəif 
1. ... 
 
 
 
2. ... 
 
 
 
3. ... 
 
 
 
 
3. Ekoloji qiymətləndirmənin mərhələlərini ardıcıl qeyd edin: 
1) Qiymətləndiriləcək təbii komponentlər seçilir. 
2) ...    
3) ...    
4) ...  
5) ...  
 
4. Сədvəli tamamlayın: 
 
№  Ərazi 
Landşaft 
Landşaft 
tipi 
Yaranma 
səbəbləri 
1  Kür-Araz 
ovalığı 
Tuqay 
meşələri 
İntrazonal 
Kür cayının 
suları 
2   
Çəmən-
meşə 
 
 
3  Talış dağları  Dağ kserofit 
bitkiləri 
 
 
4  Cənub-Şərqi 
Şirvan  
 
 
 
5   
Alp, subalp 
çəmənlikləri 
 
 
 
5.  Ekoloji monitorinqin keçirilməsində stasionar, mobil və mini-laboratoriyaların necə 
işlədiyini müqayisə edin. 
 
Ü m u m i l ə ş d i r i c i   t a p ş ı r ı q l a r
 
BİOEHTİYATLAR 
 Bitki ehtiyatları 
 ...
 ... 
 ... 
 Xəz və ov üçün nəzərdə tutulan heyvanlar 
 ... 
5




9
10 
11
8
7
6


5

3 


 
 
II
 bölmə 
CƏMİYYƏT VƏ 
İQTİSADİYYAT 
2
 
V   
•  
Qədim və müasir sivilizasiyalar  

 
 
VI  
 
•  
Dünya əhalisinin müxtəlifliyi  

 
 
VII   
•  
İqtisadi-sosial həyat və onun inkişaf yolları 
 
• 
 
 
 
 


 
 
128 
 
 
 
 
 
 
 
S
İVİLİZASİYALARIN TARİXİ-COĞRAFİ İNKİŞAFI 
 
 
 
Sivilizasiya (lat. – “dövlət”, “vətəndaşlıq”) – insan cəmiyyətinin inkişaf səviy-
yəsini göstərir. Oxşar dil, din, adət-ənənə, əxlaqa malik olan xalqlar sivilizasiyanın 
müxtəlif mərhələsindədir. Müxtəlif xalq və ya ölkələr bu mərhələni fərqli zaman-
larda qət edir; məsələn, Qədim Misir və Şumer sivilizasiyalarının tarixi daha erkən 
dövrlərə təsadüf edirsə, Mərkəzi Afrika, Cənubi Amerika və Cənub-Şərqi Asiyanın 
bəzi yerli qəbilələri hələ də sivilizasiya mərhələsinə qədəm qoymamışlar. Müharibə, 
epidemiya, təbii fəlakət və digər səbəblər sivilizasiyaların inkişafını ləngidə bilər.  
36 
Anlayışları cəmiyyətin tarixi inkişafına uyğun olaraq qruplaşdırın və cədvəli tamamlayın: 
dulusçuluq, odlu silah, yığıcılıq, dəmir qılınc, daş silah, maldarlıq, qəbilə, ovçuluq, 
əkinçilik, manufaktura, heyvanlara sitayiş, kağız istehsalı. 
Sivilizasiyadan qabaq 
Sivilizasiya mərhələsi 
... 
... 
... 
... 
Müzakirə edin: 
– Sivilizasiya mərhələsi cəmiyyətin inkişafında hansı dəyişikliklərə səbəb olmuşdur?  
  
Mətn və şəkil üzrə iş
 
 
 
 
 
Qəbilələr  sivilizasiyadan əvvəl 
yaranan ilk insan birlikləridir.
 
İlk dövlətlərin yaranması, sinifli cəmiyyətin 
formalaşması ilə bəşəriyyət sivilizasiya 
mərhələsinə qədəm qoydu.
 
QƏDİM VƏ MÜASİR 
SİVİLİZASİYALAR 
 
5


 
 
129 
 
•   V  fəsil  •  
Qədim və müasir sivilizasiyalar


 
Tədqiqatçılar Yer üzərində 21 fərqli sivilizasiyanın mövcud olduğunu bildirirlər. 
Hazırda isə özünəməxsus  xüsusiyyətlərə  malik olan  Qərb, Şərq, Konfutsi, Yapon, 
Hind, Slavyan-pravoslav, Latın Amerikası və Afrika sivilizasiyaları və s. mövcuddur. 
Sivilizasiyalar əbədi deyildir. Tarixən yüksək inkişaf səviyyəsinə malik olmuş güclü 
sivilizasiya  tədricən  zəifləyib  məhv  olar,  zəif  sivilizasiyanın  yerində  isə  daha 
güclüsü  yarana  bilər.  Məsələn,  vaxtilə  yüksək  sivilizasiyaya  malik  olan  Qədim 
İraqda hazırda ağır həyat şəraiti hökm sürür. Orta əsrlərdə əyalət kimi tanınan Av-
ropa isə müasir dövrdə yüksək Qərb sivilizasiyasının mərkəzinə çevrilmişdir.  
Müasir dövrdə dünyada ən güclü olan sivilizasiyalar Şərq və Qərb sivilizasiya-
larıdır. Qərb sivilizasiyası Qərbi Avropa, Amerika və Avstraliyada formalaşmışdır. 
Bu  sivilizasiya  yeniliklərə  meyilliyi,  həmçinin  elm  və  texnikanın  yüksək  inkişaf 
sürəti ilə səciyyələnir. Cənub-Qərbi Asiya və Şimali Afrikada yayılan Şərq sivili-
zasiyası isə daha çox ənənələrə sadiq olması ilə səciyyələnir. 
Adətən, sivilizasiyalar müəyyən təbii landşaft – çay, dəniz, dağ, səhra və çöl da-
xilində  formalaşır.  Yarandığı  landşaftdan  kənara  keçdikdə  sivilizasiyanın  inkişafı 
zəifləyir.  Misir  sivilizasiyası  Nil  çayı  sahilində,  Finikiya  sivilizasiyası  Aralıq  də-
nizinin şərq sahilində, İnk, Astek və Mayya sivilizasiyaları And və Kordilyer dağ-
larında, Ərəb sivilizasiyası Cənub-Qərbi Asiyanın və Şimali Afrikanın səhralarında, 
Türk sivilizasiyası isə Mərkəzi Asiyanın çöl landşaftında formalaşmışdır.  
Müzakirə edin: 
1. Ən qədim sivilizasiya mərkəzləri hansı ərazilərdə yayılmışdır? 
2. Eramızdan əvvəl III minillikdə mövcud olan sivilizasiyalar hazırda hansı ölkənin ərazisindədir?  
3. Çin sivilizasiyası hansı minillikdə meydana gəlmişdir? 
Qədim sivilizasiya mərkəzləri
E.ə. IV minillik
E.ə. III minillik
E.ə. II minillik
E.ə. I minillik
 
Sivilizasiyalar 
 
  
Xəritə üzrə iş


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə