0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə36/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   61

 
 
 
116 
 
 
 
Müzakirə edin: 
1. 
Antarktidanın buz səhralarındakı 
vahələrinin əsas əlamətləri nədir?
 
2.  Antarktidanın bioloji ehtiyatlarla kasıb 
olmasını təsdiq  edən 3 ifadə yazın. 
3.  Antarktidanın bioloji cəhətdən  
kasıblığının iqlim göstəriciləri ilə əlaqədar 
olduğunu izah edin.  
 
TAPŞIRIQ 7.  
Antarktidanın iqtisadi vəziyyəti. Antarktida daimi əhalisi olmayan materikdir. Burada ABŞ, 
Rusiya Federasiyası, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya, Yaponiya və digər ölkələrin 
elmi-tədqiqat stansiyalarında müvəqqəti işləyən ixtisaslı kadrlar yaşayır. Son illərdə materik tu-
ristlərin diqqətini cəlb etməyə başlamışdır. Hazırda Antarktidaya ildə 6000-dən çox turist gəlir.  
– Nə üçün Antarktidada turizm və elmi-tədqiqat işləri dekabr, yanvar, fevral aylarında daha 
fəal olur? 
 
 
 
 
 
 
A
ZƏRBAYCANIN LANDŞAFTI BİOEHTİYATLARIN MƏNBƏYİDİR 
 
 
 
Təbii komponentlərin qarşılıqlı təsirindən yaranan eynicinsli sahələr təbii ərazi 
kompleksi yaradır ki, bu, landşaft adlanır (almanca “land” – torpaq + “schaft” – 
əlaqə). Landşaftların ölçüləri (bir neçə km
2
-dən, bir neçə yüz km
2
-ə qədər) müxtəlif 
 
Şəkil üzrə iş
32 
Müzakirə edin: 
1. Təbii kompleksin komponentləri arasında hansı əlaqə müşahidə 
olunur? 
2. Təbii komponentlərdən birinin dəyişməsi digərlərinə necə təsir edə 
bilər? 
a
b
• Verilən ifadələri şəkillərə uyğun olaraq qruplaşdırın:  
1. Yay aylarında havanın temperaturu + 26–28°C-yə bərabər olur.  
2. Yağıntının miqdarı mümkün buxarlanmadan daha çoxdur.  
3. Torpaqlar qeyri-münbit və açıqrənglidir.  
4. Düz  radiasiya üstündür.  
5. Qış aylarında havanın temperaturu –20°C-yə qədər düşə bilir.  
6. Əkinçiliyin inkişafı suvarma şəraitində mümkündür.  
7. Yay otlaqları kimi istifadə oluna bilər. 


 
 
  
Şəkil üzrə iş
Antarktidada oazis  


 
 
 
117 
 
•   IV  fəsil  •  
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə 


olur.  Lakin  əsas  odur  ki,  eyni  landşaftın  mövcud  olduğu  ərazi  daxilində  geoloji 
bünövrə, relyef, iqlim, torpaq örtüyü, bitki və heyvanlar aləmi bir-birinə oxşar olsun. 
Landşaft daxilində komponentlərin yaranması və onların inkişaf tarixi, adətən, eyni 
olur.  Azərbaycan  ərazisində  bir-birindən  kəskin  fərqlənən  landşaftlar  mövcuddur. 
Bu, ərazinin relyefinın müxtəlif olması ilə əlaqədardır. İqlimin fərqliliyi bilavasitə 
torpaq, bitki və heyvanlar aləmini formalaşdırır. 
İnsanların landşaftlara təsirinə görə onlar təbii və antropogen ola bilər.  
Təbii landşaftlar  insan təsirinə məruz qalmadan yaranan komplekslərdir. Ha-
zırda dünyada və Azərbaycanda belə ərazilər  azdır.  
Antropogen landşaftlar – insanların yaratdığı landşaflardır: su anbarları, yaşayış 
məntəqələri, parklar və s. Belə ərazilər təbii amillərin təsirinə indi də məruz qalsa 
da, əvvəlki vəziyyətlərindən kəskin fərqlənir. Bəzən antropogen landşafları “mədəni 
landşaftlar”  da  adlandırırlar.  Belə  landşaftlara  yeni  salınan  meşələri  və  əkin 
sahələrinı misal gətirmək olar.    
 
 
 
Hər hansı ərazidə təbii və antropogen landşaftların bir-birinə olan nisbəti ərazinin 
relyef  və  iqlim  şəraitindən  asılıdır.  Məsələn,  Böyük  və  Kiçik  Qafqazın,  Talış  və 
Naxçıvanın yüksək dağlıq ərazilərində təbii landşaftlar, dağətəyi ərazilərdə isə ant-
ropogen landşaftlar üstünlük təşkil edir. Düzənlik olmasına baxmayaraq, Acınohur-
Ceyrançöl, Cənub-Şərqi Şirvan zəif, Samur-Dəvəçi, Qazax-Qarabağ, Lənkəran ova-
lıqları  isə  güclü  mənimsənilmişdir.  Bu,  düzənliklərin  iqlimi,  yeraltı  suların  səthə 
yaxınlığı ilə əlaqədardır.     
Oxşar əlamətlər landşaftları sistemləşdirməyə və  on-
ları  təsnif  etməyə  imkan  verir.  Landşaftların  təsnifatı 
sinif, yarımsinif, tip, yarımtip, növ ardıcıllığı ilə aparılır. 
Azərbaycanda  landşaftlar  iki  sinfə  –  dağ   düzənlik 
landşaftlarına bölünür. Onları fərqləndirən əsas əlamət 
relyefidir.  Dağlıq  ərazilərdə  yaranan  landşaftlar  alçaq, 
orta və yüksək dağ landşaftları yarımsiniflərinə  ayrılır. 
Daha  kiçik  landşaft  vahidləri  rütubət  və  istiliyin  nis-
bətinə,  süxurların  tərkibinə,  torpaq  və  bitki  örtüyünün 
müxtəlifliyinə  görə  landşaft  tiplərinə  və  yarımtiplərinə 
bölünür. Ən kiçik landşaft vahidi növdür. Landşaft növ-
ləri ərazidə süxurun tərkibi, torpaq-bitki örtüyünün müx-
təlifliyi və s. ilə fərqlənən sahələrdir.  
Relyef və iqlim göstəricilərinin müxtəlifliyinə görə 
landşaftlar  zonal, azonal  intrazonal qruplara  bölünür.  Eyni  iqlim  və  relyef 
Müzakirə edin: 
1. Fotoşəkillərdən hansı təbii, 
hansı isə antropogen landşafta 
aiddir? 
2. a və b landşaftlarına insanın 
təsirini müəyyən edin. 


 
Şəkil üzrə iş
• Zonal landşaft, əsasən, dü-
zənliklərdə formalaşır. Belə 
landşaftlar yerləşdiyi təbii 
zonaya və iqlim şəraitinə 
uyğun gəlir.  Məsələn, Kür-
Araz  və Samur-Dəvəçi ova-
lıqlarında yarımsəhra və quru 
çöllər yayılmışdır.  
 
Yarımsəhra. Kür-Araz ovalığı  


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə