0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə33/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   61

 
 
 
106 
 
 
 
 
 
 
 
 
 
Ş
İMAL MATERİKLƏRİNİN  BİOEHTİYATLARI VƏ ÖLKƏLƏRİN  
İQTİSADİ İNKİŞAFINDA ONLARIN ROLU  
 
 
 
Şimal materiklərinin insan təsirinə daha çox məruz qalan təbii zonaları, əsasən, 
dəyişmişdir. Bu, əhalinin daha sıx məskunlaşdığı – Şərqi  Çin, Qərbi Avropa, Dekan, 
Mərkəzi düzənliklər və ABŞ-ın Atlantiksahili  ərazilərində müşahidə olunur. Təbii 
zonalardan  meşə, meşə-çöl və çöllər, codyarpaqlı  həmişəyaşıl meşə  və kolluqlar, 
savanna, seyrək və musson  meşələri  daha çox mənimsənilmişdir. Bu, təbii zonaların 
yerləşdiyi ərazilərdə relyefin mənimsənilmə üçün yararlı, iqliminin əlverişli olması, 
torpaqların  münbitliyi,  ərazinin  bioloji  ehtiyatlarının  zənginliyi  ilə  əlaqədardır. 
Bioloji ehtiyat – insanların istifadə edə biləcəyi bitki və canlı aləmə deyilir.  
29 
Avrasiya və Şimali Amerika materiklərinin təbii zonalarını müqayisə edin. 
  
Xəritə-sxem üzrə iş
Şimal materiklərinin təbii zonaları  
Müzakirə edin: 1. Materiklərdə hansı təbii zona daha böyük sahə tutur? 2. Şimali Amerikada hansı 
təbii  zona  meridian  boyunca  uzanır?  3.  Avrasiyada  hansı  təbii zonalar  enlik  boyunca tam  zolaq 
təşkil etmir? 4. Hansı təbii zona Avrasiyada olduğu halda, Şimali Amerikada yoxdur?  
BİOEHTİYATLARIN 
MÜXTƏLİFLİYİ  VƏ 
ONDAN İSTİFADƏ 


 
 
 
107 
 
•   IV  fəsil  •  
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə 


Bitki ehtiyatlarına oduncaq tədarük etmək üçün meşələr, biçənək və otlaqlar, 
göbələk və yosunlar və eyni zamanda, qida (qoz, fındıq və s.) və dərman (müalicə 
üçün bitki yarpaqları, kökləri və s.) məqsədilə istifadə olunan ağac və kollar daxildir. 
Avrasiya meşələrində bitən müalicəvi yabanı giləmeyvələr, Şimali Amerikada isə 
qayınağacından alınan şirə sənaye əhəmiyyətinə görə dünyada məşhurdur.  
 
Canlı orqanizmlərə isə xəz və ov üçün nəzərdə tutulan heyvanlar, eləcə də  balıq 
və  quşlar  aiddir.  Şimal  materikləri  meşələrində  məskunlaşan  qiymətli  xəz  olan 
canlılar  –  sincab,  gəlincik,  su  samuru,  tülkü,  dələ,  dovşan  və  s.  yüngül  sənayedə 
mühüm xammal bazası rolunu oynayır. Meşələrdə ağac koğuşlarında olan yabanı arı 
balı qiymətli qida məhsulu olmaqla yanaşı, müalicəvi xüsusiyyətə malikdir. Bioloji 
ehtiyatlar tükənən, lakin bərpaolunan ehtiyat növüdür. Onlar ən qədim zamanlardan 
insanların  istifadəsindədir.  Əhalinin  sayının  art-
ması adambaşına düşən bioloji ehtiyatların təmin 
olunmasında  problemlərin  yaranmasına  gətirib 
çıxarır.  Lakin  bioehtiyatların  miqdarını  artırmaq 
və onları bərpa etmək mümkündür.  
Çöl və meşə çöllər  mülayim iqlim qurşağının 
cənub  hissəsində  geniş  yer  tutan  təbii  zonadır. 
Avrasiyanın çölləri paralel istiqamətdə Şərqi Av-
ropa ölkələrini; Rusiyanın cənubunu, Qazaxıstan, 
Monqolustan və Çinin şimalını əhatə edir. Şimali 
Amerika  çölləri  isə  meridian  istiqamətində  ABŞ 
və Kanadanın mərkəzi hissəsində yerləşir. Çöl zo-
nası  bitkiçilik  (xüsusilə  də  taxılçılıq)  və  hey-
vandarlığın (əsasən, maldarlıq) inkişafı üçün geniş 
imkanlara malikdir.  
Codyarpaqlı  həmişəyaşıl meşə  və kolluqlar  – 
Cənubi Avropanın Aralıq dənizi sahilləri və Şimali 
Amerikanın subtropik iqlim qurşağında Sakit okean sahilində yayılmışdır. Bu zonanın 
iqlimi  əkinçilik,  heyvandarlıq  üçün  əlverişlidir.  İstisevən  portağal,  narıngi,  limon, 
feyxoa, zeytun, üzüm və s.-nin becərilməsi üçün imkan daha böyükdür. 
 
• Çin və qismən Rusiyada bitən jenşen bitkisini 
“həyat  kökü” adlandırırlar. Bu, təkcə bitkinin 
xarici görünüşünün insan bədəninə bənzəməsi 
ilə əlaqədar deyil. Jenşendən təbabətdə geniş 
istifadə olunur. 
• Portağal – Aralıq dənizi sahilində ən geniş yayılan bitkilərdən biridir. Bu 
bitki öz görkəmi ilə ətrafa gözəllik verir. Cənubi Avropa ölkələrinin əksə-
riyyətində gəlinlərin örpəyində portağal çiçəyinin olması milli ənənələrlə 
bağlıdır. Bu bitki ABŞ-da Florida və Kaliforniya ştatlarında becərilir. 
• Şimal tülküsü – qiymətli xəzi 
olan, tundra və meşə-tundrada ən 
mühüm sənaye əhəmiyyətli hey-
vandır. Onları artırmaq üçün bu 
zonada yerləşən ölkələrdə (Kana-
da, Rusiya, Norveç və s.) fermalar 
yaradılmışdır.     
 
Müzakirə edin:  
– Fermalarda xəzdərili heyvanların 
yetişdirilməsinin üstün cəhətləri 
nədir? 


 
 
 
108 
 
 
 
Şimal materiklərinin musson meşələrinin yayıldığı şərq sahilləri əlverişli iqlim 
şəraitinə malikdir. Buranın iqlim şəraitinin əlverişliliyi əhalinin son dərəcə sıx məs-
kunlaşması və təbii kompleksin tamamilə itməsi ilə nəticələnmişdir. Hazırda musson 
meşələrinin  yayıldığı  Çin,  Yaponiya  və  bu  kimi  ölkə-
lərdə  meşələr  çay,  tərəvəz,  qarğıdalı  tarlaları  ilə  əvəz 
olunmuşdur.  Bu  ərazilər  dünyanın  ən  mühüm  çəltik 
zonalarındandır. 
Savanna   seyrək meşələrdəki  qırmızı-qonur  tor-
paqlar ilboyu əkinçilikdə istifadə edilir. Burada əkinçi-
lik qış aylarında suvarma tələb edir. Şimali Amerikanın 
savannaları materikin cənubunda, nisbətən kiçik ərazini 
tutur. Avrasiyada isə Cənubi Asiya, Cənub-Şərqi Asiya 
regionunda savanna zonası geniş yayılmışdır. Buradakı 
ölkələrin əksəriyyətində əhalinin təbii artımı yüksək, iq-
tisadi inkişaf səviyyəsi nisbətən aşağıdır. Əhalinin çox 
hissəsi kənd təsərrüfatında çalışır. Onlar dünyanın mü-
hüm pambıq, qəhvə, çəltik, çay, cut ixracatçılarıdır.    
Ekvatorial meşələr zonası Şimali Amerikada yoxdur. Avrasiyanın cənub-şərqin-
də bu zona əhali tərəfindən mənimsənilmişdir; burada çay, çəltik, tərəvəz becərilir. 
Ərazinin xarakterik bitkisi təbii kauçukdur (heveya).    
Şimal  materiklərinin  qütb  səhralarından  sonra  ən  az  mənimsənilən  əraziləri-
lərindən biri tropik səhralardır. Qütb səhralarının zəif mənimsənilməsinin səbəbləri  
ifrat rütubət, süxurların donmuş vəziyyətdə olması, bitkilərin becərilməsi üçün günəş 
istiliyinin çatışmazlığı sayılırsa, bu, tropik səhralarda əksinədir.  
• Çöl zonası – tamamilə mənimsənilmişdir. 
Bu zona mövcud olduğu ölkələrdə ən mü-
hüm kənd təsərrüfatı rayonudur. Bu, ərazi-
lərin  düzənlik  relyefi,  iqlimin  əkinçilik 
üçün yararlı olması və münbit torpaqların 
yayılması ilə əlaqədardır.  
Çöl zonasında, əsasən, taxıl bitkiləri, buğ-
da, qarğıdalı, kətan və s. bitkilər əkilir. Gü-
nəş işığı və istiliyinə tələbatından asılı ola-
raq taxılın müxtəlif sortları becərilir. Xü-
susilə  Şimali  Amerikada  çöl  zonasında 
(preri) yüksək mexanikləşdirilmiş kənd tə-
sərrüfatı kompleksləri yaradılmışdır. ABŞ 
ABŞ-ın əkinçilik təsərrüfatı 
  
Mətn və şəkil üzrə iş
Müzakirə edin:  
1. ABŞ-da yazlıq taxılın şimal, payızlıq taxılın isə cənubda əkilməsi nə ilə əlaqədardır?   
2. ABŞ-da pambıq və çəltik torpaqlarının münbit çöl zonasından kənarda əkilməsinin iki səbəbini 
söyləyin.   
3. Avrasiyada  çöl  zonasında yerləşən və buğda istehsalçısı olan iki ölkənin adını söyləyin.  
və  Kanadanın  dünyanın  ən  mühüm  taxıl  ixracatçısı  olması  onların  ərazilərindəki  çöl  zonasından 
intensiv istifadə etmələri ilə əlaqəqardır.   
• Çəltikçilik çoxlu işçi 
qüvvəsi tələb edən sahəd-
ir. Çin, Hindistan və 
Tailandda hətta müasir 
dövrdə də çəltiyin becə-
rilməsində əl əməyini 
kənd təsərrüfatı texnikası 
əvəz edə bilmir. 
 
Çəltik tarlası. Çin
– Əkin sahələri


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə