0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə29/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   61

 
 
94 
 
Afrikanın uzunluğu və hövzəsinin sahəsinə görə fərqlənən digər çayı Nigerdir. 
Çay axını boyunca quraqlıq ərazilərdən keçir, ona görə də böyük suvarma əhəmiy-
yətinə malikdir. Bu məqsədlə bəndlər və suvarma kanalları tikilmişdir. Bu problemin 
həllində su anbarları böyük rol oynayır. 
Afrikada yerləşən göllərin əksəriyyəti materikin şərqindədir. Onlar Şərqi Afrika 
tektonik qırılma zonasında yaranan ensiz və uzun çökəkliklərdə yerləşir. Bu göllər 
dərin və dik sahillərə malikdir. Buna misal olaraq dünyada dərinliyinə görə Baykal-
dan sonra ikinci, Afrikanın isə ən dərin gölü Tanqanika (1470 m) və ondan cənubda 
yerləşən Nyasanı göstərmək olar.  
Platformanın əyilmə zonasında yaranan, Afrikanın sahəsinə görə ən böyük, lakin 
nisbətən dayaz (80 m-ə qədər) gölü Viktoriyadır. Buradakı göllərin, demək olar ki, 
hamısı şirinsuludur.  
Böyük Səhranın cənubunda nəhəng hamar çökəklikdə Çad gölü yerləşir. O, geoloji 
keçmişdə Böyük Səhrada mövcud olmuş böyük bir gölün qalığıdır. Gölün dərinliyi 7 
m-dir. Quraqlıq dövründə onun sahəsi 2 dəfə azalır, lakin yağışlar yağan zaman yeni-
dən artır. Afrika səhralarında yeraltı suların rolu çox böyükdür. Onlardan içməli su 
kimi və suvarma məqsədilə istifadə olunur. 
 
 
 
1. Afrikanın iri çaylarını və göllərini fiziki 
xəritədə tapın, onları kontur xəritədə 
qeyd edin. 
2. Aşağıda göstərilən su anbarlarını 
xəritədə tapın və cədvəldə tamamlayın: 
 
Su 
anbarları 
Hansı çayın 
üzərində 
yerləşir 
Hansı dövlətin 
(dövlətlərin) 
ərazisindədir 
Volta 
 
 
Nasir 
 
 
Viktoriya  
 
 
Kaborra 
Bassa 
 
 
Kariba 
 
 
 
 
 
 
3. Konqo çayı üzərində su anbarlarının olmamasını nə ilə əlaqələndirmək olar? 
 
4. Afrikanın fiziki xəritəsindən istifadə edin. Nil çayının səciyyəvi xüsusiyyətlərini bildirən 7 sual 
yazın. Cədvəl şəklində tərtib edərək cavab üçün sinif yoldaşlarınızla mübadilə aparın. 
Nümunə. 
Suallar 
Cavablar 
1.  ... mənbəyi haradan başlayır? 
 
2... 
 
3... 
 
4... 
 
5... 
 
6... 
 
7... 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
1 
2 
3 
5 
4 


 
 
 
95 
 
•   III  fəsil  •  
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti  


 
A
VSTRALİYANIN DAXİLİ SULARI 
 
 
• Cəhrayı Hiller gölü – Avstraliyanın cənub sahili ya-
xınlığındakı adada yerləşir. Göl vaxtilə okeana bitişik 
olmuş, sonradan ayrılmışdır. Göldə suyun rəngi tünd-
çəhrayıdır. Gölün suyunu stəkana tökdükdə belə onun 
rəngi dəyişmir. Suya çəhrayı rəngi oradakı bakteriya və 
mikroskopik su yosunlarının həyat fəaliyyəti nəticəsində 
yaranan maddələr verir. Əvvəllər göldən duz 
çıxarırdılar. Hazırda isə göl təbiət abidəsi kimi turistləri 
cəlb edir. 
Müzakirə edin: 
  
 
Avstraliya iqliminin quraq olması materikdə çay və göllərin az olması ilə nəticə-
lənir. İl ərzində bütün Avstraliya ərazisindən okeana cəmi 350 km
3
 su axır (dünya 
çaylarının ümumi axınının  1%-dən az). 
 
Avstraliyanın səhra və yarımsəhralarında daimi axara malik çay  yoxdur. Lakin 
orada  quru  çay  dərələri  var.  Onlar  qısamüddətli  yağışlardan  sonra  su  ilə  dolur. 
Avstraliyada  dövri  olaraq  su  axan  çay  dərələrinə  kriklər  deyilir.  Mərkəzi  düzən-
liklərdə onlardan ən məşhuru Kuper-krikdir. 
Avstraliyanın ən böyük çay sistemi Murrey (Marri) – Darlinqdir. Bu çaylar Bö-
yük Suayırıcı silsilədən başlayaraq ovalıq tərəfə axır və Avstraliya körfəzinə tökülür. 
Murrey uzunluğuna görə Darlinqdən qısadır. Lakin sistemin əsas çayı Murreydir. 
Çünki Murrey Darlinqdən kifayət qədər bolsuludur.  
Murrey-Darlinq çay sisteminə daxil olan çayların qidasını Böyük Suayırıcı dağ-
larına düşən yağış və yeraltı suları təşkil edir. Çayların ən bolsulu vaxtı ilin isti döv-
ründə olur. Su anbarları və bəndlər tikilənə qədər Murrey çayının daşması fəlakətli 
xarakter alırdı. Bu zaman çaylar böyük miqdarda çöküntü materialları gətirirdi. Dərə 
boyunca  toplanan  materiallar  tirələr  şəklində  uzanaraq  qolların  əsas  çaya  tökül-
məsinə mane olurdu. Hazırda Murrey və onun bütün qolları çay çöküntülərindən tə-
mizlənmişdir. Çayların üzərində tikilən su anbarlarının sayı çoxdur.  
Qışda  Murrey  çayında  suyun  səviyyəsi  xeyli  aşağı  düşür,  lakin  bütün  il  ərzində 
fasiləsiz axın davam edir. Murrey-Darlinq çay sistemi böyük təsərrüfat əhəmiyyətinə 
malikdir.  Onların  suyundan  Murrey  düzənliyinin  münbit,  lakin  quraq  torpaqlarının 
suvarılmasında  istifadə  edilir.  Burada  taxıl,  meyvə,  üzüm,  tərəvəz  və  s.  yetişdirilir. 
60
10
30
Avstraliyada daxili suların hövzələr üzrə paylanması (%-lə)
Axarsız hövzə
Sakit okean hövzəsi
Hind okeanı hövzəsi
 
Mətn və şəkil üzrə iş
26 
1. Verilən məlumatlardan istifadə edərək Hiller gölünün axarlı və ya axarsız olduğunu müəyyən edin. 
2. Asiyada və Şimali Amerikada bu gölün oxşarı olan hansı göllər vardır? 
Hiller gölü. Avstraliya


 
 
96 
 
Murrey böyük gəmiçilik çayıdır. Sərnişin bərələri Böyük Suayırıcı dağların cənub his-
səsində yerləşən Olberi şəhərinə qədər 2000 km-ə yaxın məsafəni qalxa bilir.  
 
 
 
Sakit okean hövzəsinə Böyük Suayırıcı dağlarının şərq yamacından axan çaylar 
aiddir. Daimi passat küləklərinin gətirdiyi yağıntı hesabına bu çaylar il boyu bolsulu 
olurlar. Silsilənin şərq yamacı dik olduğundan Mərcan və Tasman dənizlərinə doğru 
qısa, sürətli və əyri-üyrü çaylar axır. Onların hamısı yuxarı axınlarında dar dərələrə 
malikdir. Silsiləni kəsən bir sıra çaylar astana və şəlalələr yaradır. Burada onlardan 
SES-lərin tikilməsində istifadə edilir. Aşağı axarlarında çaylar gəmiçiliyə yararlıdır.  
 
 
 
Avstraliyada  göllər  çoxdur,  lakin  onların  çoxu  axarsız  və  duzludur;  böyük  bir 
hissəsi yalnız yağış yağdıqdan sonra su ilə dolur. Şirinsulu göllər çox azdır.  
Materikin ən böyük gölü olan Eyr Mərkəzi düzənlikdə okean səviyyəsindən 16 m 
aşağıda yerləşir. Göl çökəkliyinə çoxlu sayda kriklər (Kuper,  Eyr və s.) axır. Fiziki 
xəritələrdə onun sərhədləri qırıq-qırıq xətlərlə verilmişdir.  
Quraq dövrdə gölün sahəsi kiçilir. Eyr gölü – Eyr-Nord və Eyr-Soutz göllərindən 
ibarətdir. Yağışlı dövrdə kriklər dağlardan çoxlu su gətirir və göl vahid bolsulu sututara 
çevrilir.  Ən  rütubətli  illərdə  Eyr  gölünün  sahəsi  15  min  km
2
-ə  çatır.  Göldəki  sular 
buxarlanır,  hər  yer  duzla  örtülür.  Göl  dayaz  hissələrə  parçalanır.  Qərbi  Avstraliya 
yaylasında da çoxlu axarsız göllər var. 
Müzakirə edin: 
1. Murrey çayının mənsəbi Sakit 
okean sahillərinə yaxın yerləşir. 
Ancaq çay şərqə doğru deyil, qərbə
doğru axır və Hind okeanına tökü-
lür. Bunu nə ilə izah etmək olar? 
2. Avstraliyanın su təminatı ərazi 
üzrə necə dəyişir? 
  
Xəritə-sxem üzrə iş
2–10 
 
10–25 
 
25–50 
 
50–100 
 
100-dən çox 
Avstraliyanın su təchizatı  
(hər nəfərə görə 1000m
3
/il)  
Şəkildə Eyr gölünün beş hissəyə 
bölündüyü aydın görünür. Lakin 
beş əsas göldən ancaq ikisində su 
vardır.  Mətndəki informasiyadan 
 gölün təsvirindən istifadə 
edərək şəklin hansı aylarda 
çəkildiyini müəyyənləşdirin.
 
 
  
Mətn və şəkil üzrə iş
Eyr gölü. Avstraliya 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə