0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə25/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   61

 
 
82 
 
olar. Göllərin əksəriyyəti axarlı və şirinsuludur. Onlar çayların rejiminin tənzimlən-
məsində böyük rol oynayır. 
Skandinaviya  yarımadasında  və  düzənliklərində  yerləşən  göl  çökəkliklərinin 
əksəriyyəti buzlaq və tektonik mənşəlidir.  
 
Avropanın cənubuna doğru göllərin sayı azalır. Çayların məcralarında axmazlar,  
dəniz sahilində laqunlar, Pireney, Apennin və Balkan yarımadalarında karst gölləri 
mövcuddur. Avropada regionlar üzrə su təchizatının müxtəlifliyi ölkələrin əksəriy-
yətinin iqtisadiyyatına öz təsirini göstərir.  
 
 
 
 
2. Xəritə-sxem və cədvəldən alınan məlumatları mətn formasında təqdim edin. 
 
 
• Qarda – İtaliyanın ən böyük gölü olub, Alp dağlarının 
cənubundadır. Buzlaq-tektonik çökəklikdə yerləşir. 
Qardanın məşhur  Milan və Venesiya turizm bazaları ara-
sında yerləşməsi isə gölün sahillərində  əyləncə, şou, 
məşhur moda nümayişlərinin keçirilməsinə imkan verir. 
Müzakirə edin:  
– Avropa iqtisadiyyatında iri göllərin hansı əhəmiyyəti 
vardır? 
  
Mətn üzrə iş
Qarda gölü. 
İtaliya  
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
1. Cədvəli tamamlayın.
Su təchizatı  (hər nəfərə 
görə min m
3
/il) 
Ölkələr 
100-dən çox 
 
50–100 
 
25–50 
 
10–25 
 
2,5–5 
 
0,5–2,5 
 
 •
  
Su anbarları 
  
Xəritə-sxem üzrə iş
Mətndə  rast gəldiyiniz çay adlarını cədvələ yazın. Avropanın fiziki və siyası xəritəsindən, 
coğrafi lüğət və ensiklopediyalardan, internet məlumatlarından istifadə edərək onu tamam-
layın

Avropanın çaylarını kontur xəritədə qeyd edin.
 
Adı 
Çayın 
uzunluğu 
(km-lə) 
Çayın yerləşdiyi region 
Çayın tökül-
düyü okean 
(dəniz) 
Çayın axdığı 
ölkə (ölkələr) 
Şimali 
Avropa 
Orta 
Avropa 
Şərqi Avropa 
Cənubi Avropa 
 
Volqa 
3530 
 
 

 
Xəzər dənizi 
Rusiya 
 
 
 
 
 
 
 
 
 
 
Dərsdən sonra
 


 
 
 
83 
 
•   III  fəsil  •  
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti  


 
 A
SİYANIN DAXİLİ SULARI   
 
 
Cədvəli dəftərinizə cəkib xəritə-sxem və siyasi xəritədən 
istifadə etməklə cədvəli tamamlayın: 
Su təchizatı (hər nəfərə görə min m
3
/il) 
Ölkələr 
100-dən çox 
 
50–100 
 
25–50 
 
10–25 
 
2,5–5 
 
0,5–2,5 
 
 
 
 
 
Asiyanın bütün iqlim qurşaqlarında yerləşməsi, hündür dağ və geniş düzənliklərə 
malik olması daxili sulara təsir edir. Şimali Asiyada Sibir çaylarının (Ob, Yenisey, 
Lena,  Yana,  İndiqirka,  Kolıma  və  s.)  əksəriyyəti  Şimal  Buzlu  okeanına  tökülür. 
Uzunluqlarına görə Ob (5410 km) və 
Lena 
(4400 km) 
çayları fərqlənir
. Sutoplayıcı 
sahənin böyüklüyünə görə Ob (təxminən 3 mln. km
2
), bol sululuğuna görə isə Yeni-
sey çayı (630 min m
3
/san) fərqlənir. Sibir çaylarının qidalanmasında qar və yağış 
suları üstünlük təşkil edir. Yazda çaylar daşır, suyun səviyyəsi 7–18 m qalxaraq ətraf 
sahələri  basır.
 
  
Sibirin çayları üzərində nəhəng SES-lər tikilir. Çayda suyun təzyiqini artırmaq 
üçün çay dərəsində bənd tikilir. Bənddən yuxarıda – dərənin daha enli hissəsində 
yaradılan “anbarda” su toplanır. Su anbarında toplanan suyun təzyiqi artır və SES-
in gücünün artmasına imkan verir. Su anbarları balıqçılıq, turizm, içməli su, suvarma 
məqsədləri üçün də istifadə edilir.  
 
 
 
SES-lər nəhəng sənaye komplekslərinin formalaşmasına təsir edir. Onların ya-
xınlığında  enerji  tələb edən sənaye sahələri yaradılır.  Məsələn,  Yenisey çayı üzə-
rində tikilmiş Sayan-Şuşenski SES-in yaxınlığında onun enerjisindən istifadə edən 
alüminium zavodları və molibden kombinatı fəaliyyət göstərir.    
22 
  
Şəkil üzrə iş
Su anbarı
Bənd
Müzakirə edin:   
1. Çay hansı istiqamətə axır? 
2. Nə üçün SES-lər su anbarının 
aşağı hissəsində tikilir?  
Asiyanın su təchizatı ilə Avropanın su təchizatını müqayisə edin və fikirlərinizi əsaslandırın.  
Müzakirə edin:   
–  Asiyanın hansı regionları və ölkələri  ən az və ən çox su ilə təchiz olunmuşdur? 
 
Xəritə-sxem üzrə iş
 

 
Su anbarları 


 
 
84 
 
Şərqi, Cənub-Şərqi və Cənubi Asiyanın iri çayları – Amur, Xuanxe, Yantszı, Me-
konq, Qanq, Hind və s. yay aylarında daşır. Bu, musson yağışları ilə əlaqədardır. 
Daşqınlar zamanı çaylar ətrafda fəlakətli təbiət hadisəsi yaradır,  milyonlarla hektar 
əkin sahələri məhv olur. Bu çaylardan qış aylarında suvarmada istifadə olunur. Bu 
ərazilər əhalinin tarixən sıx məskunlaşdığı və dünyadakı ən mühüm əkinçilik rayon-
larından biridir. 
 
 
 
 
 
• 1992-ci ildə Çində Yantszı çayı üzərində nəhəng “Üç 
dərə”  Su Elektrik Stansiyasının tikintisinə başlanıldı. 
Çayın üzərindəki bənd 185 m hündürlüyə və 2 km-dən 
artıq uzunluğa malikdir. Bəndin tikintisinin çoxsaylı 
tərəfdarları ilə yanaşı, əleyhdarları da var idi. 
 
Mətn üzrə iş
Tapşırıq (debat). Bəndin tikintisinin lehinə və əleyhinə olanların dəlillərini təhlil edin və öz 
fərziyyənizi irəli sürün. 
“Lehinə olanlar”
“Əleyhinə olanlar” 
 Son minillikdə Yantszı çayında 215 dəfə daşqın baş 
vermişdir. 
 1998-ci ildə daşqınlar nəticəsində 4000 insan həyatını 
itirmiş, 14 milyon sakin öz evlərindən məhrum olmuş, 
iqtisadiyyata 24 milyard ABŞ dolları məbləğində zərər 
dəymişdir.  Bənd tikildikdən sonra daşqınların başver-
mə ehtimalı sıfıra bərabərdir. 
 “Üç dərə” SES-də 15 AES-in istehsal etdiyi miqdarda 
enerji istehsal olunacaqdır. 
 Su anbarı suvarılan əkin sahələrinin çoxalmasına səbəb 
olacaq. 
 Hər il minlərlə litr tullantı və çirkli  su Yantszı çayına 
axıdılır. “Üç dərə” layihəsinə əsasən isə bu tullantılar 
təmizləndikdən sonra çaya axıdılacaqdır.   
 Yeni SES bu ərazidə yeni müəssisələrin yaranmasına 
şərait yaradacaqdır.   
 “Üç dərə” SES  hər il 40 mln. ton kömürə qənaət 
edilməsinə imkan verəcək, bu isə milyonlarla ton 
karbon  qazının, tozun, kükürd 2-oksidin atmosferə 
atılmasının qarşısını alacaq. 
“Üç dərə” ərazisi çoxsaylı turist axınını cəlb edəcəkdir. 
 Üç dərə” tikintisi zamanı 13 şəhər, 
140 qəsəbə və 1300 kənd su altında 
qalmış, 1,3 milyon insan öz yaşayış 
yerini tərk etməyə məcbur olmuşdur. 
 Çinin 1300 arxeoloji abidəsi məhv 
edilmiş və həmişəlik su altında qal-
mışdır. 
 Ekoloji dəyişikliklər baş vermiş, 
əsasən də, bir çox balıq növləri yox 
olmuşdur. 
 Minlərlə  zavod və  mədən  su 
altında qalmışdır. Bu isə  suya 
zəhərli maddələrin daxil olmasına 
şərait yaratmışdır. 
 Su bəndindən aşağıda yaşayan 360 
milyon nəfərdən artıq  insan daim 
ciddi təhlükə altındadır. 
Yeni sənaye müəssisələrinin 
yaradılması ətraf aləmin çirklənməsi, 
həmçinin zəhərli qazların havaya 
atılması ilə nəticələnəcəkdir. 
• İndoneziyanın Yava adasında Sita-
rium çayı Yer kürəsinin ən çirkli 
çayıdır. Digər su mənbələri olmadı-
ğına görə yerli əhali bu çirkli çay-
dan istifadə etmək məcburiyyətin-
dədir.  
Sitarium çayı. İndoneziya


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə