0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə26/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   61

 
 
 
85 
 
•   III  fəsil  •  
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti  


Mərkəzi Asiyada  çay və göl şəbəkəsi seyrəkdir. Ən mühüm çaylar – Amudərya, 
Sırdərya, Kaşqadərya, Tarim uca dağlardan başlayaraq qumlu səhralara və axarsız 
hövzələrə (Balxaş, Aral) tökülür.  
Cənub-Qərbi  Asiyada  ən  nəhəng  çay  sistemləri  olan  Dəclə  və  Fərat  Mesopo-
tamiya ovalığı boyunca axır. Qızıl İrmaq çayı isə Anadolu yaylasında Qara dənizə 
tökülür.      
 
 
 
Dəclə və Fərat böyük tarixi çaylar olub, qədim zamanlardan əhalinin həyat və 
təsərrüfat fəaliyyətində mühüm rola malikdir.  
 Asiyanın  iri  gölləri  Aral  (Qazaxıstan–Özbəkistan),  Baykal,  Taymır  (Rusiya), 
Balxaş (Qazaxıstan), İssık-Kul (Qırğızıstan), Urmiya (İran), Kukunor, Lobnor (Çin), 
Van,  Tuz  (Türkiyə),  Xubsuqul  (Monqolustan),  Xəzər  dənizi  (Avropa  və  Asiya 
sərhədi), Ölü dəniz (İsrail–İordaniya) hesab edilir.  
 
 
 
 
1.  Mətndən  çayların  adını  seçib  cədvələ  yazın  və  onları  fiziki  xəritədə  tapıb  kontur 
xəritədə qeyd edin: 
Hövzə 
Çaylar 
Xüsusiyyətləri 
Şimal Buzlu okeanı 
... 
… 
Sakit okean 
 
 
Hind okeanı 
 
 
Atlantik okeanı 
 
 
Daxili axınlar  
 
 
 
 
 
 
• Türkiyəni Cənub-Qərbi Asiyanın “su kranı” adlandırırlar. Bu, Dəclə və Fə-
rat çayları üzərində ardıcıl tikilmiş nəhəng su anbarlarının (müvafiq olaraq 
“Keban” və “Atatürk” böyüklüyünə görə fərqlənir) olması ilə əlaqədardır.   
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
Verilən mətnləri oxuyun. Yantszı və Xuanxe çaylarını müqayisə edin. Onların 7 
ümumi cəhətini dəftərinizə yazın. 
a)  Yantszı çayı – Asiyanın ən uzun (5800 km)çayıdır. O, Çin ərazisindən axır. Yantszı çayı 
ətrafı əhalinin sıx məskunlaşdığı ərazilərdən biridir. Onun hövzəsində Çin əhalisinin 1/4 
hissəsi məskunlaşmışdır. Yantszının mənbəyi Tibetin şərq hissəsində yerləşir. Çay Şərqi-
Çin dənizinə tökülür. O, musson yağışları zamanı daşır. Yantszı çayının nəqliyyat 
əhəmiyyəti böyükdür. Aşağı axarda hətta okean gəmiləri də hərəkət edə bilir. Çayın  və 
onun qollarının suyundan  suvarmada  istifadə olunur. 
b)  Xuanxe çayı (çincə – “sarı”) –  uzunluğu 4670 km-ə bərabərdir. Çayın mənbəyi Tibetin 
şərq hissəsində yerləşir. Yay aylarında bolsulu olur. Orta axarında gil süxurları ilə örtülü 
olan Lyoss yaylasından keçir. Gilli süxurlar çayın suyuna sarı rəng verir. Çayın mənsəbi 
olan Sarı dənizin adı da bununla əlaqədardır. Xuanxe çayından əkin sahələrini, zəmilərini 
suvarılmasında geniş istifadə olunur. Xuanxe vadisi əhali ilə sıx məskunlaşmışdır.  
Xuanxe və Yantszı çayları bir-biri ilə 1700 km şimaldan cənuba uzanan “Böyük kanal” 
vasitəsilə birləşdirilmişdir. 
 
 
Dərsdən sonra
 


 
 
86 
 
 
Ş
İMALİ AMERİKANIN DAXİLİ SULARI 
 
 
Şimali Amerikada çay və göllər materik üzrə 
qeyri-bərabər yayılmışdır. Materikin daxili su-
ları Sakit, Şimal Buzlu və Atlantik okeanı və 
daxili  axarsız  hövzələrə  aiddir.  Çaylardan  ən 
böyüyü  Missisipidir  (yerli  hindi  dilində  – 
“çaylar atası”). Çay İtaska gölündən başlayır, 
Meksika körfəzinə tökülür. Missisipi ilə onun 
qolları Missuri və Arkanzas çay sistemi axıt-
dığı  suyun  həcminə  görə  dünyada  ilk  onluğa 
daxildir. Missisipi sularını Böyük və Mərkəzi 
düzənliklərdən, həmçinin Appalaç və Kordil-
yer dağlarından axan çaylardan yığır. Axdığı 
ərazilərdə  sənaye,  kənd  təsərrüfatı  və  məişət 
əhəmiyyətinə  malikdir.  Təsərrüfat  işlərinə 
daşqınların mənfi təsiri böyükdür.   
Şimali Amerika ərazisində Sakit okean hövzəsinə aid dağ çayları qısa və bolsulu 
olması ilə fərqlənir. Bu çayların dərələrində nəhəng kanyonlar vardır. Kolumbiya və 
Kolorado  çayları  dağlıq  ərazilərdən  axdıqlarına  görə  hidroenerji  ehtiyatları  ilə 
zəngindir. Bu çaylar üzərində tikilən SES-lər böyüklüyünə görə fərqlənir. Bunlardan 
Kolumbiya 
üzərindəki
 Qrand-Kuli SES (ABŞ-da ən böyük SES) xüsusilə fərqlənir. 
 
 
 
 
 
 
 
Mətn və xəritə üzrə iş
23 
 
“Katrina” fırtınasının nəticələri.  
Yeni Orlean, 2005-ci il 
 
Fırtına Yeni Orlean şəhəri ilə Missisipi 
çayı arasındakı dambanı  dağıtmış, 
nəticədə okean suları şəhəri basmışdı

Miqrantların 
hərəkət  istiqaməti 
Müzakirə edin: 
1. Çayların təbii sərhəd kimi qəbul edilməsinin hansı üstünlüyü vardır? 
2. “Türkmənçay” və “Gülüstan” müqavilələri bağlandıqdan sonra Azərbaycanın hansı çayı cənub 
sərhəd çayı olmuşdur?
• XIX əsrdə zənci-qullar Rio-Qrande çayından Mek-
sikaya qaçaraq böyük azadlıq axtarırdılar. Müasir 
dövrdə isə Meksika və digər Latın Amerikası ölkə-
lərindən yüz minlərlə qaçqın ABŞ-da yaxşı həyat  
axtarmaq məqsədilə Rio-Qrandedən keçməyə çalışır. 
• Rio-Qrande Şimali Amerikada uzunlu-
ğuna görə üçüncü çaydır. Çay ABŞ və 
Meksika arasında sərhəd təşkil edir.  
ABŞ-da Rio-Qrande çayında sərhəd xidməti. 
Sərhədçilər Meksikadan sərhədi keçməyə cəhd 
göstərən immiqrantların qarşısını alırlar. 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə