0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə22/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   61

 
 
71 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


suvarma tətbiq etmədən əkinçiliyi inkişaf etdirmək qeyri-mümkündür. Ona görə də 
bu ərazilər zəif məskunlaşmışdır.  
Subtropik qurşaq  Afrikanın  şimalında  Aralıq  dənizi  sahillərini  və  materikin 
cənub hissəsini əhatə edir. Bu qurşaqda fəsillər daha aydın nəzərə çarpır.  
 
 
 
 
  
Afrikanın kənd təsərrüfatı xəritə-sxeminə əsasən cədvəli tamamlayın. 
  
 
 
 
 
 
Kənd təsərrüfatının sahələri 
İqlim qurşağı 
Ölkələr 
Taxılçılıq (qarğıdalı,  darı, kalış), kökümeyvəlilər (yams, maniok, batat), 
köçəri heyvandarlıq (iribuynuzlu mal-qara, qoyunçuluq). 
 
 
Texniki bitkilər (pambıq, şəkər qamışı), taxıl bitkiləri (çəltik, qarğıdalı, 
buğda), yerfındığı. Vahələrdə Finikiya palması, tərəvəzçilik, meyvəçilik. 
 
 
Qoyunçuluq  (yunluq və qaragül) və anqor keçiləri. 
 
 
Taxılçılıq (buğda, arpa, qarğıdalı) və otlaq heyvandarlığı (qoyunçuluq, 
iribuynuzlu mal-qara), suvarılan əkinçilik, meyvəçilik (sitrus, üzüm, zey-
tun).   
 
 
Heyvandarlıq (qoyun, keçi, dəvə) və qismən əkinçilik. İstifadə olunmayan 
və az istifadə olunan ərazilər.  
 
 
Yığıcılıq və meşə təsərrüfatı. 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
 
Xəritə üzrə iş
 


 
 
 
72 
 
  
A
VSTRALİYANIN İQLİMİ 
 
 
Avstraliyanın iqlim xəritəsi 
 
 
 
Müzakirə edin:
 
 
1. Nə üçün Avstraliyada yay ayları dekabr–fevral hesab olunur? 
2. Nə üçün Avstraliya ərazisinin 50%-dən çoxunda  az miqdarda yağıntı olur? 
3. Avstraliyada ən yüksək temperaturun 127,0° müşahidə olunmasına baxmayaraq, dünyanın ən isti 
məntəqəsinin Liviyada Tripoli (+58°C) hesab edilməsini necə izah edə bilərsiniz?  
4. Avstraliyanın şimalında orta illik temperatur materikin cənubuna nisbətən yüksəkdir. Bunu necə 
izah etmək olar? 
5. Yağıntının miqdarı necə dəyişir? Hansı ərazilərdə yağıntı daha çox, hansında isə daha az düşür?
 
 
Avstraliyanın mərkəzi hissəsinin okeanlardan uzaqda yerləşməsi okeanların daxili 
əraziyə təsirinin az olması ilə nəticələnir. Tropik iqlimin hakim olduğu ərazilərdə bitki 
örtüyü kasıbdır. İlin soyuq dövründə bu ərazilər otlaqlar kimi istifadə olunur. 
 
 
  
Xəritə üzrə iş
 
19 
Cənub subekvatorial qurşağında yağıntılar yayda, yəni dekabr, yanvar və fevral aylarında düşür.  
Qış quraqdır. Yanvarda orta yay temperaturu 30°C, iyulda isə orta temperatur 19°C təşkil edir.  
Avstraliyanın subekvatorial qurşağının iqlim diaqramı
 
  
Sxem üzrə iş
 
Müzakirə edin:
 
 
1. Dekabrda yağıntıların 
miqdarı neçə mm-
dir? 
2.  İyulda yağıntıların 
miqdarı neçə mm-
dir? 
3.  Qış aylarında düşən 
yağıntının ümumi 
miqdarı nə qədərdir?
Avstraliyanın iqliminə aid maraqlı faktlar:  
1. Mövsümlər:  Yay: dekabr–fevral; qış: iyun–
avqust; yaz: sentyabr–noyabr; payız: mart–
may.   
2. Avstraliya ən quraq materikdir. Materik 
ərazisinin 50% -dən çoxu yüksək atmosfer 
təzyiq zonasında yerləşir.   
3. Avstraliyada ən yüksək temperatur 2 yanvar 
1960-cı ildə 127,0°F qeydə alınmışdır. 
Coğrafiya və Fizika 


 
 
73 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


Avstraliyanın qərb sahillərinə soyuq Qərbi Avstraliya cərəyanının təsiri böyük-
dür. Sahilboyu səhraların yaranması da bununla izah olunur. Materikin şərq sahilləri 
isti Şərqi Avstraliya cərəyanının təsiri altındadır ki, bu da çoxlu miqdarda atmosfer 
yağıntılarının düşməsinə və zəngin üzvi aləmin formalaşmasına səbəb olur.  
 
 
 
Hündür olmayan Böyük Suayırıcı silsiləsi Sakit okeandan gələn rütubətli hava 
axınının qarşısını alır. Sakit okeandan əsən cənub passatları il ərzində Şərqi Avstra-
liya sahillərinə çoxlu yağıntı gətirir.  
Avstraliyada  ən  yüksək  temperatur  Darlinq  çayının  orta  axınında  müşahidə 
edilmişdir (+52,8°C); qışda dağlıq ərazilərdə temperatur –20°C-yə qədər enə bilir. 
Müzakirə edin:
 
 
1.  Avstraliyanın böyük bir 
hissəsində qoyunçuluq və 
maldarlığın inkişaf etməsinin 
səbəbi nədir?  
2. Avstraliyanın hansı hissəsində 
əkinçilik üstündür? 
3. Əkinçiliyin sahilboyundan  
materikin mərkəz hissəsinə 
doğru zəifləməsinin səbəbləri nə 
ola bilər? 
4. Avstraliyanın cənub-qərbi ilə 
Cənubi Avropanın iqlim şəraiti 
arasında hansı oxşarlıq vardır? 
5. Avstraliyanın əksər hissəsinin 
tropik iqlim qurşağında 
yerləşməsi orada kənd 
təsərrüfatının ixtisaslaşmasına 
necə təsir edir? 
 
Xəritə üzrə iş
 
Xəritə-sxemə əsasən cədvəli tamamlayın. 
Kənd təsərrüfatı sahələri 
İqlim qurşaqları 
Otlaq, qoyunçuluq 
 
Ətlik-südlük, heyvandarlıq (maldarlıq və qoyunçuluq)  
 
Taxılçılıq və ətlik-yunluq, qoyunçuluq 
 
İstifadə olunmayan və az istifadə olunan ərazilər 
 
Avstraliyanın iqlim qurşaqları
Subekvatorial
 
 
Tropik
 
 
 
Subtropik
 
 
 
Mülayim
 
Avstraliyanın kənd təsərrüfatı xəritə-sxemi


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə