0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə18/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   61

 
 
 
60 
 
Aralıq dənizi sahilləri təbii turizm ehtiyatlarına görə də fərqlənir. Hər il Fransa, 
İspaniya və İtaliyaya ayrı-ayrılıqda 50 mln.-dan çox turistin gəlməsi də bununla əla-
qədardır.  
 
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
1. Xəritə-sxemdə göstərilən  ərazi üçün iqlim 
diaqramına əsasən suallara cavab verin: 
a) Yanvar ayında temperatur neçə dərəcə 
olur? 
b) Qışın 3 ayı ərzində nə qədər yağıntı düşdü-
yünü hesablayın. 
c) İyul ayında temperatur neçə dərəcə olur? 
d) Yayın 3 ayı ərzində cəmi nə qədər yağıntı 
düşdüyünü hesablayın. 
2. Cənubi Avropa ölkələri turizmin yaxşı inkişaf 
etməsi ilə səciyyələnir. Turizmin inkişafında 
iqlim hansı rol oynayır? 
3. Abşeron və Kür-Araz ovalığının iqlim şəraitinin 
Cənubi Avropa ilə hansı oxşar cəhətləri vardır?
4. Qərbi Avropanın iqlim 
qurşaqları və kənd 
təsərrüfatının ixtisaslaşma 
sahələri xəritə-sxemlərinə 
əsasən cədvəli 
tamamlayın. 
İqlim qur-
şaqları 
Kənd 
təsərrüfatı-
nın ixtisas-
laşma 
sahələri 
 
 
 
Qərbi Avropada kənd təsərrüfatının ixtisaslaşma sahələri 
 
  
Xəritə üzrə iş
Holfstrim Norveç və 
Şimali Atlantik cərəyanları 
Avropanın iqliminə necə 
təsir göstərir?  
Bu cərəyanların temperaturu aşağı düşərsə, Avropanın iqlimi necə dəyişər?  
 
 
Dərsdən sonra
 
İnternetdən  (https://az.wikipedia.org/wiki/
Avropa
) 
istifadə edərək bir neçə fərziyyə ilə tanış olun və 
razılaşdığınız ideyanı dəftərinizə yazın.  
 


 
 
61 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


 
A
SİYANIN İQLİMİ 
 
Asiya  iqliminin  formalaşmasına  müxtəlif  amillər  təsir  edir.  Qitənin  şimaldan 
cənuba doğru çox uzanması onun Şimal yarımkürəsinin bütün iqlim qurşaqlarında 
yerləşməsinə  səbəb  olur.  Zond  arxipelaqının  cənubundakı  adalar Cənub  yarımkü-
rəsinin subekvatorial qurşağında yerləşir.  
Ərazinin böyüklüyü və sahillərin xüsusiyyətləri  Asiyanın  iqliminə  güclü  təsir 
edir.  Geniş quru ərazi Asiyanın mərkəzi hissəsində iqlimin kontinentallığına səbəb 
olur.  Bu  ərazilər  sərt  qışı  və  isti  yayı,  illik  və  sutkalıq  temperatur  amplitudunun 
böyük olması ilə səciyyələnir.  
Tayfunlar – güclü yağışların müşa-
hidə olunduğu tropik siklonlardır. On-
ların  diametri  300–400 km-ə,  küləyin 
sürəti isə 300 km/saata çatır. Tayfunlar 
Asiya  üçün  səciyyəvi  olan  atmosfer 
hadisələrindən biridir. 
 
Sakit okean üzərində tayfunun yaranması. 
Kosmosdan çəkilmiş şəkil
Asiyanın  şimalında  iqlimə  daimi  küləklərdən  şimal-şərq,  cənub-qərb  hissəsinə 
isə passat küləkləri təsir göstərir. Lakin Asiyanın iqliminin formalaşmasına daha çox 
daimi küləklər deyil, mövsümi küləklər təsir edir. Cənubi, Cənub-Şərqi və Şərqi Asi-
ya sahilləri üçün yay aylarında bol yağıntıları ilə seçilən mussonlar səciyyəvidir.
 
 
15 
• 7 noyabr 2013-cü ildə Filippində baş verən tayfun 
müşahidə tarixində ən güclüsü hesab edilir. Kəndlərdə 
tikililərin 90%-i dağılmışdı. Fəlakətli hadisə nəti-
cəsində 2,5 mln. nəfərin ərzaq ehtiyacı yaranmış, 545 
min nəfər ev-eşiyini itirmiş, 130 min ev dağılmışdır. Su 
boruları və elektrik xətlərindəki qəzalar əhalini içməli 
sudan və elektrik enerjisindən məhrum etmişdi. İnfek-
siya mənşəli epidemiyalar yayılmışdı.  
Ölkədə sənaye, kənd təsərrüfatı, yaşayış məntəqələri və
infrastrukturu bərpa etmək üçün xeyli miqdarda xərc 
tələb olunurdu.  
Tayfundan ziyan çəkənlərə kömək üçün 1215 təxliyə 
mərkəzi açılmışdır. Filippinə ilk humanitar yardım 
göstərən ölkələr ABŞ və Böyük Britaniya olmuşdur.  
Filippində tayfunun fəsadları  
Suallara cavab verin: 
1. Filippindən tayfun keçərkən dağıntının daha çox şəhərlərdə yox, kənd yerlərində olması faktını 
nə ilə izah etmək olar? 
2. Nə üçün Filippinə ilk yardımı qonşuluqda yerləşən Cənub-Şərqi Asiya ölkələri deyil, ABŞ və 
Böyük Britaniya göstərmişdi? 
3. Filippin iqtisadiyyatının hansı sahələri tayfundan ziyan çəkmişdi? 
Mətn üzrə iş


 
 
 
62 
 
 
 
Cənubi və  Mərkəzi  Asiyanın  iqliminə relyefin təsiri daha  çoxdur.  Hindistanda 
Himalay dağlarının cənub yamacında yerləşən Çerrapunca məntəqəsində ildə orta 
hesabla  11  200  mm  yağıntı  düşür.  Bu,  dünyada  Havay  adalarından  sonra  2-ci  ən 
rütubətli yerdir.  
Asiyanın mərkəzi hissəsinin iqlimi kəskin və quraqdır. Bu, regionu əhatə edən 
dağ silsilələrinin rütubətli hava kütlələrinin qarşısını kəsməsi ilə izah edilir. Dağlıq 
regionların  iqlimi  yüksəklikdən  asılı  olaraq  dəyişir.  İqlimin  yüksəklik  qurşaqlığı 
Tyan-Şan və Himalay dağlarında daha aydın nəzərə çarpır.  
Şimal Buzlu okeanı sahilinin arktik iqlim qurşağında yerləşən əraziləri bütün il 
boyu  çox  soyuq  və  quru  hava  kütlələrinin  təsiri  altında  olur.  Burada  qışda  hava                
-40
o
C – -50
o
C, yayda isə 0
o
C +4
o
C-yə çatır. Şimal-şərq küləkləri il ərzində materikə 
doğru Şimal Buzlu okeanından əsir, lakin yağıntı gətirmir. Çünki okeanın səthi buzla 
örtülüdür və onun səthindən, demək olar, buxarlanma getmir.  
Subarktik iqlim qurşağı arktik və mülayim hava kütlələrinin mövsümi növbələş-
məsi ilə səciyyələnir. 
 
 
 
Subarktik qurşaqda yay mülayim keçir, çünki burada mülayim hava kütlələri ha-
kim olur. Lakin qış çox sərt olur ki, bu da arktik hava kütlələri ilə əlaqədardır. Bu 
ərazidə  əkinçiliyi  inkişaf  etdirmək  üçün  heç  bir  imkan  yoxdur.  Əhalinin  əsas 
məşğuliyyəti maralçılıq və xəz dəri heyvandarlığıdır.  
Mülayim iqlim qurşağı Asiyanın çox hissəsini əhatə edir. Qərbi və Şərqi Sibirin 
iqlimi kontinentallığı ilə seçilir. Bu ərazilər kənd təsərrüfatının inkişafı üçün əlve-
rişsizdir: yay qızmar, qış isə çox sərt olur. Şaxtalar bütün qış boyunca davam edir, 
temperatur –50
o
C-dən aşağı olur. Qitənin şimalında Şimal yarımkürəsinin soyuqluq 
Asiya ölkələrinin iqlim 
qurşaqlarına uyğun 
olaraq qruplaşdırın və 
cədvəli tamamlayın. 
 
İqlim qurşaqları 
Ölkələr 
Ekvatorial 
 
Subekvatorial 
 
Tropik 
 
Subtropik 
 
Mülayim 
 
Subarktik 
 
Arktik 
 
 
 
Xəritə üzrə iş
Asiyanın iqlim  qurşaqları 
1. Subarktik qurşaqda qışda yağıntı nə üçün az 
düşür?  
2. Subarktik qurşaqda ilin hansı dövründə şimal-
şərq küləkləri üstünlük təşkil edir? Niyə? 
 
Sxem üzrə iş
Qış 
Yay 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə