0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə17/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   61

 
 
57 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


 
A
VROPANIN İQLİMİ 
 
 
 
Avropa iqlimin daha dəqiq öyrənildiyi qitələrdən biridir. Bu qitədə fəlakətli hava 
hadisələri tez-tez baş vermir, həmçinin belə hadisələrin miqyası planetimizin digər 
hissələrinə nisbətən daha kiçikdir. Meteoroloji stansiyalarda kosmosdan müntəzəm 
aparılan müşahidələr havanın dəqiq proqnozunu, fəlakətli hava hadisələrini qabaq-
cadan xəbər verməyə imkan verir, onlara uyğun olaraq tədbirlərin vaxtında görül-
məsinə şərait yaradır.  
14 
 
Atmosferin aşağı qatlarının fiziki vəziyyəti sinoptik xəritədə qeyd olunur. Sinoptik xəritə –  müəyyən 
olunmuş  vaxtlarda  meteoroloji  stansiyaların  müşahidə  məlumatlarının  rəqəmlər  və  simvollar 
vasitəsilə  göstərildiyi  xəritədir.  Hava  xidmətində  belə  xəritələri  gün  ərzində  bir  neçə  dəfə 
hazırlayırlar. Onların təhlili havanın proqnozunu verməyə şərait yaradır. 
Avropanın sinoptik xəritəsi 
(fraqment) 
(9 mart  2014-cü il, 18:00) 
– izobarlar 
AT – siklon 
YT – antisiklon 
 – soyuq cəbhə  
 – isti cəbhə 
– Sinoptik xəritəni fiziki xəritə ilə müqayisə edin və suallara сavab verin: 
1. Ən alçaq atmosfer təzyiqi harada müşahidə edilir? 
2. Ən yüksək atmosfer təzyiqi harada müşahidə edilir? 
3. Hansı ölkələrin ərazisindən soyuq atmosfer cəbhəsi keçir? 
4. Xəritəyə görə, “Külək İslandiyadan Böyük Britaniyaya  doğru əsir” ifadəsi doğrudurmu?” 
Cavabı izah edin. 
 
            9 mart 2014-cü il  
 
Qasırğalı siklon 
Qərbi Avropada 
tüğyan edir 
  
 
  
Xəritə üzrə iş
B
u  gün  Skandinaviyanın  şimalında  güclü  siklon,  fırtı-
nalı külək və çox güclü yağışla müşayiət olunmuşdur. Kü-
ləyin sürəti 38 m/san-yə çatmışdır. 
Siklon bir həftə bundan əvvəl Atlantik okeanının mərkə-
zində yaranmış və az sonra Avropanın şimal-qərbinə doğ-
ru istiqamət almışdır. Sabah siklonun Finlandiyaya daxil 
olacağı gözlənilir. 
 
 


 
 
 
58 
 
Avropada iqlimin formalaşmasında müxtəlif amillər iştirak edir. Onlardan ən mü-
hüm olanı coğrafi mövqedir. Şimal yarımkürəsinin, əsasən, mülayim iqlim qurşa-
ğında, Atlantik okeanı sahilində yerləşən Qərbi Avropa ümumilikdə yumşaq iqlimlə 
səciyyələnir. Avropada il ərzində günəş şüalarının düşmə bucağı kəskin dəyişdiyi 
üçün fəsillər aydın nəzərə çarpır. Lakin ərazi dəniz sahilində yerləşdiyinə görə yay 
və qış temperaturları arasındakı fərq azdır.  
Avropanın iqlimində hakim küləklərin rolu böyükdür. Mülayim iqlim qurşağında 
daimi qərb küləkləri əsir. Bu küləklər Atlantik okeanından Avropaya daxil olur və 
qitəyə  rütubətli  dəniz  hava  kütlələri  gətirir.  Qitənin  içərilərinə  doğru  irəlilədikcə 
hava öz rütubətini itirir və yağıntıların miqdarı azalır.   
 
 
 
Avropa sahillərinin girintili-çıxıntılı, həmçinin dəniz və körfəzlərin quruya çox 
daxil  olması  rütubətli  dəniz  hava  kütlələrinin  qitənin  içəri  hissələrinə  qədər  gəlib 
çıxmasına səbəb olur. Bu isə Avropaya yağıntının daha çox düşməsi ilə nəticələnir.  
Havanın rütubətlə doymasına Şimali Atlantik və Norveç isti cərəyanları səbəb 
olur.  İsti  cərəyanlar  yalnız  səth  sularının  buxarlanması  nəticəsində  rütubətin  art-
masına deyil, həm də Avropada qış aylarında havanın temperaturunun yüksəlməsinə 
səbəb olur. Ona görə də Şimali Avropada qışda havanın temperaturu Asiya və Şimali 
Amerikanın eyni enliklərində yerləşən ərazilərindən xeyli yüksəkdir.  
 
 
Avropa ölkələrini iqlim qurşaqlarına uyğun olaraq 
qruplaşdırın və cədvəli tamamlayın: 
 
 
 
Arktik iqlim qurşağında Şimali Avropanın adaları yerləşir. Yalnız yayda tempe-
ratur 0°C-dən yuxarı olur.  
  
Xəritə üzrə iş
1. Avropanın hansı hissəsində  yağıntının miqdarı  
daha azdır?  
2. Qitənin hansı hissəsinə daha çox yağıntı düşür?  
3. Qərbdən şərqə doğru hərəkət etdikcə yağıntının 
miqdarı necə dəyişir?   
4. Siyasi xəritədən və illik yağıntıların miqdarı  
sxemindən istifadə edərək daha çox yağıntının 
düşdüyü  iki  Avropa ölkəsini və bu ölkələrdə 
yağıntının miqdarını müəyyən edin. 
  
Xəritə üzrə iş
Avropada illik yağıntıların miqdarı (mm-lə)  
İqlim qurşaqları 
Ölkələr 
Subtropik 
 
Mülayim 
 
Subarktik 
 
Arktik 
 


 
 
59 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


Skandinaviyanın şimalını əhatə edən subarktik qurşaqda yağıntılar fəsillər üzrə 
qeyri-bərabər düşür. Yayda yağıntıların maksimum miqdarda düşməsi əraziyə daxil 
olan mülayim dəniz hava kütlələri ilə əlaqədardır. Qışda arktik hava kütlələrinin da-
xil olması havanın soyuq və quru keçməsinə səbəb olur. Subarktik iqlim qurşağında 
yerləşən Şimali Avropa ölkələrində ərazinin cəmi 2–8%-i kənd təsərrüfatında isti-
fadə olunur. 
Mülayim qurşaq Avropanın böyük bir hissəsini tutur. Qitənin qərb hissəsi daha 
rütubətli, şərqi isə nisbətən qurudur. Mülayim iqlim qurşağında hava şəraiti heyvan-
darlıq və bitkiçiliyin inkişafına imkan verir.  
 
 
 
Cədvəli dəftərinizə çəkin və onu tamamlayın. London və Moskvanın temperatur qrafiklərini 
müqayisə edərək hansı nəticəyə gəlmək olar? 
 
London 
Moskva 
Ən isti ay 
 
 
Ən isti ayın temperaturu 
 
 
Ən soyuq ay 
 
 
Ən soyuq ayın temperaturu 
 
 
İllik temperatur amplitudu 
 
 
Müzakirə edin:  
– Günəş enerjisinin qeyri-bərabər paylanması Avropada nə ilə nəticələnir?
 
 
Subtropik qurşaq Cənubi  Avropanı  əhatə  edir.  Bu  ərazilərdə  yay ayları  isti  və 
quru olur, yağıntı, əsasən, ilin soyuq dövründə düşür. Cənubi Avropanın kənd təsər-
rüfatı iqlimə uyğunlaşmışdır. Bu regionda bitkiçilik heyvandarlıqdan daha üstündür. 
Yay aylarında suvarma işləri aparılır. Cənubi Avropa zeytun, sitrus meyvələri, üzüm, 
şəkər  çuğunduru  və  s.  əkinlərinə  görə  fərqlənir.  Üzüm  yığımında  İtaliya,  zeytun 
yığımında isə İspaniya dünyada birinci yerdədir.  
• Orta illik temperatur amplitudu ilin ən isti ayının orta temperaturu ilə ən soyuq ayının orta 
temperaturu arasındakı fərqə deyilir. 
–  Temperaturun  illik  gedişi  qrafiklərinə  baxın,  London  və  Moskva  şəhərləri  ücün  orta  illik 
temperatur amplitudunu müəyyən edin. 
– Qrafiklərin iki fərqli cəhətini göstərin. Suallara əsasən cədvəli tamamlayın:
Londonda temperaturun illik gedişi 
(Qərbi Avropa) 
Moskvada temperaturun illik gedişi 
(Şərqi Avropa) 
 
Sxem üzrə iş


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə