0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə20/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   61

 
 
 
66 
 
Alyaska və Şimali Sakit okean isti cərəyanları materikin qərb sahillərində tem-
peraturu  və  yağıntının  miqdarını  artırır.  Kaliforniya  yarımadası  sahillərini  yuyan 
soyuq Kaliforniya cərəyanı isə havanın temperaturunu aşağı salır və sahildə səhra-
ların yaranmasına səbəb olur.  
Şimali Amerika ekvatorial iqlim qurşağından başqa, Şimal yarımkürəsində bütün 
iqlim qurşaqları var. Hər bir iqlim qurşağı özünün temperatur rejimi və yağıntıların 
paylanması ilə səciyyələnir. 
 
 
 
 
 
İqlim diaqramlarını (A, B, C, D) təhlil edin və cədvəli tamamlayın. 
 
 
 
 
 
 
 
 
Mən-
təqə 
İqlim xüsusiyyətləri 
İqlim 
qur-
şağı 
Temperatur 
Yağıntı 
Yanvar 
İyul 
Yanvar
İyul 

 
 
 
 

 
 
 
 

 
 
 
 

 
 
 
 
 
• 
A
• 
B

 C
• 
D
A
 
C
B
D
 
 
Sxem üzrə iş
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 


 
 
67 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


 
C
ƏNUBİ AMERİKANIN İQLİMİ 
 
 
 
Cənubi Amerika coğrafi mövqeyinə görə çoxlu istilik ala bilir. Materik üzərində 
müxtəlif enliklərdə ekvatorial, tropik, subtropik və mülayim hava kütlələri forma-
laşır. İqlimə meridional istiqamətdə uzanan And dağları böyük təsir  göstərir. 
Materik  ərazisinə  yağıntıların  düşməsində  Atlantik  okeanının  rolu  böyükdür. 
Atlantik okeanında Cənubi Amerika sahilləri boyunca isti Braziliya cərəyanı keçir.  
Ekvatorial iqlim qurşağı  Amazon  ovalığının  böyük  bir  hissəsini  əhatə  edir. 
Burada orta illik temperatur +24° +26°C-dir. Yağıntının miqdarı 1500 mm-dən 3000 
mm-ə qədər dəyişir.  
 
 
17 
• Cənubi Amerikanın qərbində dünyanın 
ən quraq Atakama səhrası yerləşir. O, 
Çilidə Sakit okeanın sahilindədir. Son 
100 ildə bu səhrada cəmi 5 dəfə leysan 
yağış yağmışdır. Atakamanın yaranma-
sının səbəbi Cənubi Amerikanın qərb 
sahilləri boyunca hərəkət edən soyuq 
Peru cərəyanıdır. Sərin, ağır hava hün-
dürə qalxa bilmir, ona görə də bulud 
yaranmır və səhraya yağış düşmür. 
Lakin bura dünyanın ən dumanlı yerlə-
rindən biridir. Hava kütlələri And dağ-
larının yamacı boyunca yuxarı qalx-
dıqca hava soyuyur, sıx duman yaranır. 
Müzakirə edin:  
1. Dünyanın quraq regionlarında su əldə edilməsinin hansı qeyri-adi üsulları barədə eşitmisiniz? 
2. Azərbaycanın quraq rayonlarında suyun əldə edilməsinə dair fərziyyələr irəli sürün. Aran və 
Abşeron kimi quraq zonalarda suya olan tələbat haradan ödənilir? 
 
Mətn üzrə iş
Şəkildəki torun nə 
üçün istifadə olun-
duğunu ehtimal edin.
 
• Duman – atmosfer hadisə-
sidir. O, havadakı su buxarı-
nın kondensasiyası nəticəsin-
də yaranır. 
Quraqlıqdan əziyyət çəkən 
əhali şirin su problemini həll 
etmək üçün “duman tutan” 
şəbəkə yaradır. Şəbəkələrin 
altında kondensasiya olunmuş 
suyun toplanması üçün çənlər 
yerləşdirilir. Onlar sistem ha-
lında olur. Bu suları yerli əha-
li həm içməli su kimi, həm də 
kənd təsərrüfatında suvarma 
məqsədilə istifadə edir.   
 
 
 
Cənubi Amerikaya Şimal (a) və Cənub (b
passatları, Qərb küləkləri (c) təsir göstərir. Passat 
küləkləri isti cərəyanlar üzərində rütubətlə 
zənginləşir və materikə çoxlu yağıntı gətirir.  
 
1. Xəritə-sxemdə göstərilən cərəyanların adlarını 
müəyyən edin (1, 2, 3).  
2. Hansı yayla Şimal passatlarının təsirinə məruz 
qalır? 
3. Braziliya yaylasının hansı hissəsinə Cənub 
passatları yağıntı gətirir? 
  
Xəritə üzrə iş
 
a 
b 
с 


 
 
 
68 
 
Yağıntılar  il  boyu  bərabər  düşür,  bu  ərazilər  insanların  yaşayışı  və  təsərrüfat                   
fəaliyyəti üçün əlverişsizdir, çünki yağıntıların bolluğu səthin bataqlıqlaşmasına sə-
bəb olmuşdur.  
 
 
 
Ekvatorial iqlim qurşağından şimal və cənubda subekvatorial iqlim qurşağı yerləşir. 
Bu  qurşaq  yayda  rütubətli  ekvatorial  hava  kütlələrinin,  qışda  isə  quru  tropik  hava 
kütlələrinin təsiri altında olur. Fəsli dəyişkənlik rütubət azalmasına görə müəyyən edilir. 
İllik yağıntı 1000 mm-dən 2000 mm-ə qədər dəyişir.  
 
 
 
Tropik iqlim qurşağı cənub subekvatorial  qurşaqdan cənubda yerləşir.  O,  Bra-
ziliya yaylasının cənub-şərq rayonlarını, La-Plata ovalığının şimalını və Sakit okean 
sahillərini əhatə edir. Qurşağın qərb hissəsində iqlim quru, mərkəzi hissəsində də-
yişkən rütubətli, şərqdə isə rütubətlidir.  
Cənubi Amerikada 30–40° cənub enlikləri arasında subtropik iqlim qurşağı, ma-
terikin  cənubunda  mülayim iqlim qurşağı  yerləşir.  Şərqdə,  Atlantik  okeanı  sa-
hillərində  iqlimin  formalaşmasına  soyuq  Folklend  cərəyanı  təsir  göstərir.  Bura  il 
boyu yağıntı az düşür (100–250 мм). Mülayim qurşağın Sakit okean sahillərinə isə 
Cənubi Amerikada şimaldan cənuba doğru 6 
iqlim qurşağı formalaşır. 
Müzakirə edin: 
1. Cənubi Amerikada Qalinas burnundan Horn 
burnuna qədər hansı iqlim qurşaqları var? 
2. Hansı iqlim qurşağı iki dəfə təkrar olunur? 
3. Orinoko, Amazon və La-Plata ovalıqları 
hansı iqlim qurşaqlarında yerləşir?     
Cənubi Amerikanın iqlim qurşaqları
 
  
Xəritə üzrə iş
Şimal və Cənub yarımkürələrinin subekvatorial 
qurşaqlarının iqlim diaqramları
  
Müzakirə edin: 
1. İqlim diaqramları üçün 
hansı oxşar əlamətlər 
var? 
2. Diaqramlardan hansı 
Braziliya, hansı isə 
Qviana yaylasına aiddir?
3. İqlim diaqramlarının aid 
olduğu ərazilərdən 
hansında suvarma həyata 
keçirilir?  
 
  
Sxem üzrə iş
b) 
a) 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə