0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə21/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   61

 
 
69 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


yağıntı çox düşür (800–2000 мм). Onları okeandan yerli küləklər gətirir. Cənubdan, 
Antarktidadan  materikə  soyuq  hava  kütləsi  daxil  olur.  And  dağlarının  yüksək-
liklərində iqlim yaşayış və təsərrüfatın inkişafı üçün əlverişsizdir. 
 
 
 
 
Xəritə-sxemdəki məntəqələrin iqlim xüsusiyyətlərinin plan üzrə səciyyəsini 
yazın. 
1. Hansı iqlim qurşağında yerləşir? 
2. İl ərzində düşən yağıntılar fəsillər üzrə necə dəyişir? 
3. Məntəqələrdə iqlimin formalaşmasına hansı amillər təsir edir? 
 
 
 
 
 
A
FRİKANIN İQLİMİ 
 
 
 
Afrika materikinin əsas hissəsi tropik xətlər arasında yerləşdiyinə görə Yer kü-
rəsində ən isti materik hesab edilir. Materik üzərində günəş radiasiyasının illik kə-
miyyəti  160–220  kkal  sm
2
  arasında  dəyişir.  Əksər  ərazilərdə  il  ərzində  Günəş  iki 
dəfə zenitdə olur. Ona görə də ilboyu temperatur 20
o
C-dən aşağı düşmür.  
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
18 
• Sahel – Afrikanın Böyük Səhradan cənubda səhra və savanna zona-
ları arasında yerləşən hissəsidir. Bura üçün mövsümi rütubətlənmə
səciyyəvidir.  Bəzən  yağışlı  dövrdə  yağıntı  düşmür.  Bu,  quraqlıq
adlanır.  
Quraqlıq – Sahel ölkələrinin kənd təsərrüfatının inkişafını məhdud-
laşdıran əsas amildir. Əkilən bitkilər məhsul vermədən birbaşa tar-
lada quruyur, heyvanlar su və yemək çatışmazlıdığından məhv olur. 
Nəticədə əhali çox əziyyət çəkir.  
Heyvanların çox otarılması, eyni bitkilərin təkrar əkilməsi, torpaq-
ları gücdən salması, kolluqların və ağacların yanacaq kimi istifadə
olunması və s. səhralaşmaya gətirib çıxarır.  
Böyuk Səhra 
Sahel 
Müzakirə edin:  
1. Siz  BMT ekspertlərinin rəyi ilə razısınızmı?  
2. Ölkələrin inkişafının aşağı səviyyədə olmasının səbəbini yalnız əlverişsiz iqlim şəraiti və tez-tez 
təkrarlanan quraqlıqla izah etmək olarmı? Cavabınızı əsaslandırın. 
Qərbi Afrikada quraqlıq 
dövrü. Məhsulu qurumuş tarla. 
Şərqi Afrikada quraqlıq dövrü. Su 
və qida qıtlığından tələf olmuş 
heyvanlar
 
  
Mətn və şəkil üzrə iş
• BMT ekspertlərinin 
məruzəsindən: “Afrika 
ölkələrinin iqtisadi gerili-
yinin və kənd təsərrüfatı-
nın zəif inkişaf səviyyə-
sinin əsas səbəblərindən 
biri quraqlıqdır”. 


 
 
 
70 
 
Alçaq  təzyiq  qurşağında  yerləşən  Mərkəzi  Afrika  daha  çox  yağıntı  düşür  və 
yağıntılar ilboyu bərabər paylanır. Bu ərazilərdə səpələnən günəş radiasiyası üstündür. 
Buna  səbəb  həmin  ərazilərdə  buludluluğun  yüksək  olmasıdır.  Mərkəzi  Afrikada, 
Qvineya körfəzi sahilində, Kamerun vulkanının cənub-qərb yamacında yerləşən De-
buncada illik yağıntının miqdarı 10,470 mm-ə çatır. 
Afrika, demək olar ki, ekvatora nəzərən simmetrik yerləşir. Ona görə də Şimal və 
Cənub yarımkürələrində ilin fəsilləri əksinədir. Şimalda – iyun, iyul, avqust, cənubda 
isə dekabr, yanvar və fevral yay aylarıdır. Materikin şimal hissəsi cənuba nisbətən daha 
genişdir. Ona görə də şimal hissəsinin iqlimi daha quru və kontinentaldır.  
 
Xəritə-sxemə əsasən cədvəli dəftərinizdə tamamlayın:   
Günəşin 
zenitdə 
olduğu 
məntəqələr 
Günəşin 
zenitdə 
olmadığı 
məntəqələr 
Uyğun günlərdə Günəşin zenitdə 
olduğu məntəqələr 
Yaz ge
cə-
gündüz 
bərabər
liyi 
Yay 
gündönümü 
Payız g
ecə-
gündüz 
bərabər
liyi 
Qış gündö-
nümü 
 
 
 
 
 
 
 
Afrika sahillərini yuyan Kanar, Bengel, Somali soyuq cərəyanları sahilboyu ərazi-
lərdə quru iqlimin formalaşmasına səbəb olur. Materikin cənub-şərq sahilləri boyunca 
axan isti Mozambik və İynə burnu cərəyanları isə yağıntının miqdarını artırır. 
İqlimdə kəskin dəyişmələrin səbəblərindən biri də relyefdir. Məsələn, Kiliman-
caronun zirvəsində il ərzində temperatur 0
o
C-dən aşağıdır. Ekvator yaxınlığında yer-
ləşməsinə baxmayaraq, yamacların ekspozisiyası, hakim küləklər düşən yağıntıların 
miqdarına  təsir  edir.  Madaqaskar  adasının  və  Əjdaha  dağlarının şərq  yamaclarına 
çoxlu  miqdarda  yağıntı  düşür.  Buna  səbəb  onların  Hind  okeanından  gələn  passat 
küləklərinin yolu üzərində yerləşməsidir.  
Ekvatorial iqlimin əsas xüsusiyyəti il ərzində hər gün təkrarlanan hava şəraitinin 
olmasıdır. Səhər hava aydın olur, gündüz güclü qızan Yer səthindən isinən hava yuxarı 
qalxır,  tez-tez  şimşək  və  ildırımla  müşayiət  olunan  leysan  yağışlar yağır.  Yağışdan 
sonra hava açılır. Axşam hava yenidən sakit, buludsuz olur.  
Subekvatorial iqlim qurşağının  xüsu-
siyyəti  temperatur  və  yağıntının  fə-
sillər üzrə dəyişməsidir. Mövcud olan 
hava  şəraiti  və  yağıntının  rejimi  əra-
zinin bitki və heyvanat aləminə, eləcə 
də kənd təsərrüfatına təsir edir.   
Tropik iqlim qurşağında yağıntılar 
az  düşür.  Sutkalıq  temperatur  ampli-
tudu 40°C-yə çatır və illik amplitud-
dan çox olur. Tropik qurşaq daxilində 
 
Xəritə üzrə iş
 
Cədvəli tamamlayın. 
İglim 
qursaqları      
Ölkələr 
Ekvatorial 
 
Subekvatorial   
Tropik 
 
Subtropik 
 
Xəritə üzrə iş
 
Afrikanın iqlim qurşaqları 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə