0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə24/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   61

 
 
79 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


3.  
 
 
 
4. Günəş şüalarının düşmə bucağının hesablanması. 
Məsələ 1. Qış gündönümündə Azərbaycanın şimal 
ucqar nöqtəsində günəş şüalarının düşmə bucağını 
hesablayın. 
Məsələ 2. Yay gündönümündə Azərbaycanın şimal 
ucqar nöqtəsində günəş şüalarının düşmə bucağını 
hesablayın. 
Məsələ 3. Qış gündönümündə Azərbaycanın cənub 
ucqar nöqtəsində günəş şüalarının düşmə bucağını 
hesablayın. 
Məsələ 4. Yay gündönümündə Azərbaycanın 
cənub ucqar nöqtəsində günəş şüalarının düşmə 
bucağını hesablayın. 
 
 
5. Vaxtın   təyin   edilməsinə dair hesablamalar. 
Məsələ 1. Azərbaycanın şərq və qərb ucqar nöqtələri arasında yerli vaxt fərqini hesablayın.  
Məsələ 2. Bakı  səhəri ilə III saat qurşağının orta meridianı arasında olan yerli vaxt fərqini  hesablayın. 
  
Verilən ərazilər üçün hansı iqlim 
hadisələri və prosesləri səciyyə-
vidir? Onların əhalinin təsərrüfat 
fəaliyyətinə təsirini izah edin.  
________________________ 
________________________ 
________________________ 
Xəritə üzrə iş
 

 Quton d. 41°55’ şm.en. 
 
• 
Astaraçay  
38°25’ şm. en 
• 
Neft daşları  
51°45’ ş.u 
 
 
• 
Sədərək  
44°46’ ş.u


 
 
80 
 
 
 
 
 
 
 
 
A
VROPANIN DAXİLİ SULARI 
 
 
 
Relyef və iqlimindən asılı olaraq Avropanın hər bir regionunda özünəməxsus çay 
şəbəkəsi  mövcuddur.  Çaylar  rejiminə,  qidalanmasına  və  onlardan  təsərrüfat  məq-
sədilə istifadə edilməsinə  görə bir-birindən fərqlənir.  
Şimali Avropada Skandinaviya dağlarından axan çaylarda çoxsaylı astana və şəla-
lələr vardır. Ona görə də onlar gəmi nəqliyyatı üçün əlverişli deyil, lakin onlardan ağac 
axıdılmasında geniş istifadə olunur. Avropanın şimalında olan çayların böyük hidro-
enerji ehtiyatları vardır ki, bundan da Norveç, İsveç və Finlandiya çox səmərəli istifadə 
edirlər.  
 
Orta Avropanın çay şəbəkəsinə ərazinin düzənlik relyefi güclü təsir edir. Çaylar 
enli dərələrlə axır və mühüm iqtisadi əhəmiyyət kəsb edir
.
 
İl ərzində çaylarda suyun səviyyəsinin yüksək olması, suların donmaması Avro-
panın qərbində axan çaylardan gəmiçilik məqsədilə istifadə etməyə imkan yaradır. 
Bir çox iri çayların estuarilərində (Reyn, Sena, Luara) limanlar yerləşir. Qabarma 
vaxtı onlara okean gəmiləri daxil ola bilir.  
21 
Avropanın iri çayları 



4
5
6
7
8
9
10
11
12 13
14 
 
Xəritə-sxem üzrə iş
Avropanın çaylarını töküldüyü dənizlərə
(körfəz, boğaz) görə qruplaşdırın və tər-
tib etdiyiniz cədvəldə yazın. 
 
Müzakirə edin: 
1. Avropanın hansı regionunda çaylar 
daha azdır? 
2. Çayların sayının çox və ya az olma-
sını nə ilə izah etmək olar? 
• Hidroenerji ehtiyatlarına görə Norveç Avro-
panın bütün ölkələrindən irəlidədir:  
Burada 937 SES fəaliyyət göstərir. Ölkənin 
enerjiyə  olan  tələbatının  95%-i  SES-lərin 
hesabına  ödənilir.  Adambaşına  düşən 
elektroenerji  istehsalına  görə  dünyada  bi-
rinci yeri tutur. 
       
 
SU EHTİYATLARI VƏ 
ONLARIN İQTİSADİ 
ƏHƏMİYYƏTİ 
Alta SES-in bəndi
 


 
 
 
81 
 
•   III  fəsil  •  
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti  


 
Hidroenerji resurslarının Fransada 92%-i, İsveçrədə 91%-i, İtaliyada 86%-i mə-
nimsənilmişdir.  
Avropanın cənub hissəsinin dağlıq relyefi, quru, isti yayı olan subtropik iqlimi 
çay şəbəkəsinin formalaşmasına təsir edir. Alp dağlarının yamaclarından Balkan və 
Pireney yarımadalarına doğru axan çayların böyük hidroenerji ehtiyatı vardır. Cənu-
bi Avropanın iri çaylarından olan Taxo, Po və digər çaylar böyük suvarma əhəmiy-
yətinə malikdir.  
Şərqi  Avropanın  çayları  düzənliklərlə  sakit  axır,  çay  dərələri  genişdir.  Volqa, 
Dnepr, Don, Peçora, Ural bu regionun iri çaylarındandır. Şərqi Avropanın ən uzun 
çayı Volqadır. Onun üzərində kaskad, yəni ardıcıl tikilmiş su anbarları sistemi yara-
dılmışdır. Kaskad sistemində yaradılan xüsusi qurğular (şlüzlər) iri gəmilərin hərəkət 
etməsinə imkan yaradır. 
Düzənlik relyefin üstünlük təşkil etməsi müxtəlif çay sistemlərini birləşdirən gəmi-
çilik kanallarının  yaradılmasını  asanlaşdırır.  Gəmiçilik  kanalları  iki  çay 
sistemini
 
birləşdirməklə məntəqələr arasında yolların maksimum qısalmasına səbəb olur. 
 
Volqa çayını Don çayı ilə birləşdirən Volqa-Don gəmiçilik kanalının rolu böyük-
dür. O, Xəzər hövzəsini Qara dəniz hövzəsi ilə birləşdirir. Şərqi Avropanın çayları 
(Volqa, Don, Peçora, Ural və s.) qışda donur, yazda isə daşır. 
Avropada göllər çoxdur. Sahəsinə görə fərqlənən iri göllərdən Ladoqa və Oneqa 
(Rusiya), Venern, Vettern (İsveç), Sayma, İnari (Finlandiya), Balaton (Macarıstan), 
Boden (Almaniya), Cenevrəni (Fransa və İsveçrənin sərhədində) misal göstərmək 
• Temza çayı İngiltərə üçün mühüm iqtisadi və nəqliyyat əhə-
miyyətinə malikdir. Qabarmalar zamanı okean gəmiləri Lon-
dona qədər (mənsəbdən 64 km) gedir. London sakinləri Tem-
za çayından hər gün 583 milyon litr içməli su istifadə edir. 
• Dunay çayının uzunluğu 2850 km-dir. O, Alp, Karpat və 
Balkan dağlarından çoxlu sayda qollar qəbul edir. Yazda 
qarların əriməsi ilə əlaqədar olaraq çayın suyunun səviyyəsi 
qalxır. Çayın böyük nəqliyyat əhəmiyyəti vardır. Dunay-
Mayn-Reyn gəmiçilik kanalı Qara dənizdən Şimal dənizinə 
qısa yolla çıxmağa imkan verir.  
Müzakirə edin: 
1. Siyasi xəritədən istifadə edərək Dunayın hansı Avropa öl-
kələrindən keçdiyini müəyyən edin.  
2. Temza və Dunay çaylarının təsərrüfat əhəmiyyətini müqa-
yisə edin. 
  
Mətn üzrə iş
Temza çayı. London
Dunay çayı. Xəritə-sxem
 
Qara d
əniz
 
1. Volqa-Don kanalının respublikamızın 
iqtisadiyyatında hansı rol oynadığına dair 
fikirlərinizi şərh edin. 
2. Bakıdan İstanbula gedən gəminin hansı 
su hövzələrindən keçdiyini ardıcıl yazın.
  
Xəritə-sxem üzrə iş
Volqa-Don 
kanalı 
Azov 
Xəzər 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə