0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə27/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   61

 
 
 
87 
 
•   III  fəsil  •  
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti  


 Şimali Amerikanın şimal-qərbindəki Yukon çayı Asiyadakı Sibir çaylarını xatır-
ladır. Yukon çayı Sakit okeana axır. 
Şimal Buzlu okeanı hövzəsinə aid olan çaylar ilin çox hissəsini buzla örtülü olur. 
Bu  hövzənin  ən  böyük  çayı  Böyük  Kölə  gölündən  başlayan  Makkenzidir.  Şimali 
Amerika çaylarının qidalanma rejimi və səviyyəsi müxtəlifdir. 
Göllərinin  ümumi sahəsinə görə Şimali Amerika yalnız Avrasiyadan geri qalır. 
Göllərdən ən böyükləri Böyük Ayı, Böyük  Kölə, Vinnipeq və Atabaska tektonik və 
buzlaq  mənşəlidir.  Şimali  Amerikanın  Böyük  gölləri  dünyada  ən  böyük  şirinsulu 
göllərdir.  
Böyük Göllər kompleksinin tərkibinə beş göl daxildir. Bu göllər qrupu Müqəddəs 
Lavrenti çayı vasitəsilə Atlantik okeanına birləşir.  
 
 
 
Bu göllər qışda donmur. Onların hər biri özünəməxsus xüsusiyyətə malikdir. Göl-
lərin ABŞ və Kanada iqtisadiyyatında mühüm rolu vardır. Onların sahilləri əhalinin 
sıx məskunlaşdığı ərazilərdəndir.  Göllər şirin su mənbəyi olmaqla yanaşı, turizm 
baxımından  da  əhəmiyyətlidir.  Yuxarı  göldən  Atlantik  okeanına  qədər  gəmiçilik 
kanallarının uzunluğu 3900 km-dir.  
 
 
 
 
 
 
 
 
 
 
1. Böyük göllərin tərkibinə daxil olan gölləri 
mütləq hündürlüyə görə ardıcıl yazın.  
2. Ən dərin və sahəsinə görə ən böyük göl 
hansıdır? 
3. Niaqara şəlaləsi hansı göllər arasındadır?  
 
Müzakirə edin:  
– Göllərin və şəlalənin iqtisadi əhəmiyyətini 
şərh edin. 
 
• Niaqara hindi dilində “guruldayan su” deməkdir. Onun səsi 25 km-dən 
eşidilir. Şəlalənin  hündürlüyü 53 m, eni isə 1100 m-dir. 
Niaqara şəlaləsi dün-
yanın ən görməli yer-
lərindən biridir. Bura 
il ərzində orta 
hesabla 25 milyon 
turist gəlir. 
 
1 – Yuxarı, 2 – Miçiqan, 3– Huron, 4 – Eri, 
5 – Ontario. 
Şimali Amerika. Böyük göllər  
1 
1 
3 
2 
3 
2 
4 
5 
Niaqara şəlaləsi 
Niaqara şəlaləsi
4 
5 
 
Sxem üzrə iş


 
 
88 
 
 
1.  Mətndəki hidronimləri (su obyektlərini bildirən coğrafi adlar) dəftərə yazın.  
2.  Şimali Amerikanın kontur xəritəsində onlara uyğun gələn rəqəmləri qeyd edin.  
 
 
 
3.  Aşağıdakı plan əsasında Missisipi və Kolorado çaylarını müqayisə edin: 
 
Suallar 
Missisipi  Kolorado 
a) Çayların mənbəyi və mənsəbi haradır? 
b) Çaylar hansı istiqamətdə axır? 
c) Çayların axın xüsusiyyətinə relyef necə təsir edir? 
d) Çaylar nə ilə qidalanır? 
e) Çayların rejimi necədir və iqlimdən necə asılıdır? 
f)  Çaylardan  təsərrüfat məqsədilə necə  istifadə olunur?  
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 


 
 
 
89 
 
•   III  fəsil  •  
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti  


 
C
ƏNUBİ AMERİKANIN DAXİLİ SULARI 
 
 
 
Cənubi Amerika ən sıx çay şəbəkəsinə malikdir və burada  planetin ən bolsulu 
çayı olan Amazon axır. Amazonun uzunluğu Maranyon və Ukayali çaylarının bir-
birinə qovuşduğu yerdən hesablanır. Çayın mənbəyi And dağlarından başlayan Uka-
yalidən hesablandığı halda, o həm də dünyanın ən uzun çayı kimi qəbul edilir. Ama-
zon Atlantik okeanına tökülür. Əsasən, yağış suları ilə qidalanır. Çay il boyu bolsulu 
olur. Buna səbəb Amazonun ekvatorial iqlim qurşağında olması, çayın sol qollarınn 
şimal subekvatorial, sağ qollarının isə cənub subekvatorial iqlim qurşağında yerləş-
məsidir.  
Аmazon hidroenerji potensialı ilə zəngindir. Çayın üzərində SES yoxdur, lakin 
onun qolları üzərində bəndlər və SES-lər tikilmişdir. Eninin, dərinliyinin çox və il 
boyu bolsulu olması Amazon çayını gəmiçilik üçün əlverişli edir. Nəhəng okean gə-
miləri çaya daxil olur və mənsəbdən 150 km məsafədə yerləşən Manaus limanına 
qədər qalxır. Аmazon nadir endemik heyvan və bitkilərin yaşadığı  yerdir. 
 
 
Anakonda. Amazon çayının ən məşhur canlısı 
anakondanın uzunluğu 12 m-dir. Anakondanın 
zəhəri yoxdur, o, şikarını diri-diri udur.
 
 
Viktoriya Regiya. Dünyada ən böyük 
zanbaqdır. Yarpağının diametri 1,5 m-
dir. O, üstündə 12–13 yaşadək uşağı 
saxlaya bilir. 
 
 
Piranya. 20 sm-lik kiçik balıqdır. Piraniyalar sürü ilə  
hücum edir və bir neçə dəqiqə ərzində  iri heyvanı  
parçalaya bilirlər.
 
 
Piraruka balığının uzunluğu 5 m-ə, 
çəkisi isə 200 kq-a çatır.
 
24 
• Cənubi Amerikadakı Rio-Neqru çayı Amazonun ən uzun  qolu 
hesab edilir. Onun suları tünd rəngdədir. Amazona töküldükdən 
sonra Rio-Neqrunun suları bir neçə kilometr Amazon suları ilə 
qarışmır və ayrıca tünd rənglə axmaqda davam edir.   
  
Müzakirə edin: 
– İki çayın sularının tez qarışmamasının səbəbləri nə ola bilər? 
Rio-Neqru çayının Amazona 
töküldüyü yer
 
Mətn üzrə iş


 
 
90 
 
Materikin digər iri çayı Paranadır. Onun mənbəyi Braziliya yaylasındadır. Cənuba 
doğru axaraq subekvatorial, tropik və subtropik iqlim qurşaqlarından keçir və La-Plata 
körfəzinə tökülür. Əsasən, yağış suları ilə qidalanır. Parana çayının bolsululuq dövrü 
Cənub yarımkürəsinin yay ayları olan dekabr–fevral aylarına düşür. 
• Parana çayının Braziliya və Argentinanın iqtisadiy-
yatında rolu böyükdür. Çayın təsərrüfatda rolu yal-
nız enerji istehsalı ilə məhdudlaşmır. Parana və onun 
qolları ağac axıdılması, suvarma, balıqçılıq, nəqliy-
yat və məişət məqsədilə istifadə edilir. 
 
•  İtaypu  –  Braziliya  və  Paraqvay  sərhədində  Parana 
çayı üzərində SES-dir. Burada istehsal olunan elekt-
rik  enerjisi  Braziliyanın  tələbatının  20%-ni,  Paraq-
vayın isə 90%-ni ödəyir.
 
Cənubi Amerikanın şimalında Qviana yaylasından başlayaraq eyniadlı düzənliklə 
Orinoko çayı  axır.  Çay  mənsəbində  delta  yaradır.  Şimal  yarımkürəsinin  subek-
vatorial iqlim qurşağında yerləşdiyinə görə Orinokonun hövzəsinə yay aylarında bol 
yağıntı  düşür. Dünyanın ən hündür şəlaləsi olan Anhel (1054 m) Orinoko çayı üzə-
rində  yerləşir.  Çayın  hövzəsi  sıx  meşələrlə  örtülmüşdür.  Orinokonun  yerləşdiyi 
Venesuelanın meşə məhsulları ixracatçısı olması da bununla əlaqədardır. Çayın hid-
roenerji resurslarından az istifadə edilir.  
• Anhel şəlaləsi YUNESKO-nun ümumdünya irs 
siyahısına daxil olan Kanaim Milli Parkının əra-
zisində yerləşir. Bu, dünyada sahəsinə görə ən 
böyük parklardan biridir və buraya hər il milyon-
larla turist gəlir. 
 
Anhel şəlaləsi. Venesuela
 
Cənubi Amerika çaylarının əksəriyyəti Atlantik okeanı hövzəsinə aiddir. Bu, ma-
terikin  qərbdən  şərqə  doğru meyilli  və  And  dağlarının  Atlantik və Sakit  okeanlar 
arasında suayırıcı olması ilə əlaqədardır. Materikdə Sakit okeana tökülən iri çayların 
formalaşması mümkün deyil. 
Cənubi Amerikanın gölləri çox deyildir. Burada iri göllər yoxdur. Sahəsinə görə 
ən böyük gölləri Marakaybo və Titikaka gölləridir.
 
 
 
• Dünyanın ən hündür dağ gölü sayılan Titikaka 
çox yüksəkdə yerləşdiyi üçün onun suyu həmişə  
soyuq olur.  
1. Siyasi xəritəyə əsasən Titikakanın hansı dövlət-
lərin ərazisində yerləşdiyini müəyyən edin. 
2. Nə üçün Titikaka gölü təsərrüfatda az istifadə olu-
nur? 
Titikaka gölü. 
Gölün ətrafın-
da Cənubi 
Amerikanın  
endemik hey-
vanı olan lama-
ya (alpaqa)  
rast gəlinir. 
  
Mətn üzrə iş


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə