0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə35/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   61

 
 
 
113 
 
•   IV  fəsil  •  
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə 


Avstraliya səhra və yarımsəhralarında bitki örtüyü nisbətən çoxdur. Bu səhralar 
qoyunçuluq üçün otlaq kimi istifadə edilir.  
 
 
 
Cənubi  Amerikanın  subtropik  iqlim  qurşağında  çöl  zonası  –  pampa  formalaş-
mışdır. Pampa La-Plata ovalığında, Argentina və Uruqvayda ərazicə geniş yer tutur. 
Rütubətli subtropik  iqlim şəraitinin  hakim olduğu  bu ərazidə  münbit  qırmızı-qara 
torpaqlar yayılmışdır. Pampada birillik otlar daha hündürdür. Pampa Cənub yarım-
kürəsinin ən məhsuldar və geniş taxılçılıq zonasıdır. Taxılçılığın inkişafı Argentina-
da heyvandarlığın da inkişafına səbəb olmuşdur.  
İynəyarpaqlı  kol  və  meşə  zonaları  Şimal  yarımkürəsində  olduğu  kimi,  taxıl, 
sitrus, üzüm və zeytun sahələrinin beçərilməsi üçün də istifadə olunur. 
 
 
 
1.  Cənub materiklərinin təbii zonalarının təsərrüfat əhəmiyyətinə dair nümunələr sadalayın. 
2.  GMO nə deməkdir? Onları nə üçün tətbiq edirlər? GMO-nun istifadə edilməsinə öz 
münasibətinizi bildirin.   
3.  Ayrı-ayrı materiallar üzrə rəqəmlərin hansı təbii zonalar olduğunu yazın:  1. ...   2. ...   3. ...
 
 
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 


b

















• Qummiarabik. Seneqal akasiya-
sıdır. Onun şirəsindən şirniyyat və
saqqız istehsalında istifadə 
olunur.   
• Merinos. Bu qoyun cinsi Avstraliya 
səhraları üçün səciyyəvidir. Qoyunla-
rın sayına və yun istehsalına görə 
Avstraliya dünyada birinci yeri tutur.   


 
 
 
114 
 
 
P
RAKTİK DƏRS.  
ANTARKTİDA – BİOLOJİ EHTİYATLARLA ZƏİF 
TƏMİN OLUNMUŞ MATERİKDİR  
 
 
 
 
 
 
Antarktidaya dair 1 dekabr 1959-cu ildə imzalanan və 23 iyun 1961-ci ildən qüv-
vəyə  minən  konvensiyaya  görə,  materik  heç  bir  dövlətə  məxsus  deyildir.  Ondan 
yalnız elmi fəaliyyət üçün üstifadə oluna bilər.   
 
TAPŞIRIQ 1. 
 
Antarktidanın coğrafi mövqeyi. Antarktida – üç yarımkürədə yerləşən, sahəsi 14 milyon 
km
2
 olan, üç okeanın suları ilə əhatələnən  cənub materikidir. Materik bütün coğrafi uzun-
luqlarda yerləşir, onun  sahilləri hər tərəfdən şimala istiqamətlənmişdir ki, bu da onun coğrafi 
mövqeyi ilə əlaqədardır.  
Xəritəyə əsasən müəyyən edib yazın: 
1.  Antarktida hansı okean və dənizlərlə əhatə olunmuşdur? 
2.  Antarktidanı Cənubi Amerika materikindən hansı boğaz ayırır? 
3.  Xəritədən daha hansı məlumatları almaq olar? 
4.  Antarktidanın coğrafi mövqeyinin özünəməxsusluğuna aid 2 sual yazın. 
 
TAPŞIRIQ 2.   
Antarktidanın  relyefi.  Antarktida  –  cənub  materiklərinin  əvvəllər  daxil  olduğu  Hondva-
nanın tərkib hissəsidir. Materik eyniadlı litosfer tavasında yerləşir, qərb tərəfdən And dağ-
larının davamı kimi Sakit okeanın “Odlu halqa”sına daxildir. Antarktidada hələ də vulkanik 
31 
• Antarktida materiki daxil olmaqla 
48–60 ° c.en-dən cənubda yer-
ləşən ərazi Antarktika (yunan 
“anti” – “əks” deməkdir) – yəni 
Yer kürəsinin Şimal qütbü 
ətrafının – Arktikanın əksi məna-
sındadır. 
Müzakirə edin: 
– Antarktidanın kəşfi və təbiətinə dair əlavə 
olaraq daha hansı “ən”ləri əlavə edərdiniz?   
Erebus vulkanında güclü partlayış.   
4 dekabr 2014-cü il 
Antarktida:
ən uzaqda olan; 
ən soyuq; 
ən küləkli; 
ən böyük buzlağın 
yerləşdiyi; 
ən az öyrənilən materikdir. 
Antarktidanın fiziki xəritəsi 
 
Xəritə üzrə iş


 
 
 
115 
 
•   IV  fəsil  •  
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə 


proseslər (burada fəaliyyətdə olan Erebus vulkanı püskürür) davam edir. Materikin buzaltı 
relyefi (sıra dağlar, platolar, çökəkliklər və s.) mürəkkəbdir.  
1.  Antarktidanın buzaltı relyef formalarını qruplaşdırıb cədvəl şəklində yazın. 
2.  “Antarktidanın buz qatı əriyərsə, onun  relyefi necə olardı?” mövzusunda qısa məlumat verin.  
 
TAPŞIRIQ 3.   
Antarktidanın buz örtüyü. Antarktidanın mərkəzi hissəsi maksimum qalınlığı 4500 m-ə çatan 
qalın buz qatı ilə örtülüdür. Yer kürəsində mövcud olan buz örtüyünün 90%-i buradadır. An-
tarktidada buz örtüyünün tarixi 20 milyon ildən artıqdır. Buz örtüyü günbəzi xatırladır. Onun 
qalınlığı Cənub qütbü ətrafında maksimuma çatır, kənarlara doğru isə nazikləşir və sahil boyunda 
nəhəng aysberqlər yaradır. Materikin buz örtüyü şirin su ehtiyatıdır, lakin bu ehtiyatlardan istifadə 
olunmur. Aysberq – suda üzən buz dağıdır. Onun 2/3 hissəsi suyun altında olur. 
 
1. Antarktida buzlaqlarını dünyanın şirin suya ehtiyacı olan ərazilərinə gətirmək üçün hansı 
layihəni verərdiniz?  
2. Antarktida buzlaqlarının əriməsi Yer kürəsində hansı problemlərin yaranmasına səbəb ola bilər? 
Məsələ.  
– Aysberqin sudan üstdəki hissəsi 34 m-ə bərabərdir. Onun ümumi qalınlığı nə qədərdir?   
 
TAPŞIRIQ 4.  
Antarktidanın mineral ehtiyatları. Antarktida mineral ehtiyatlarla zəngindir. Bura təkcə 
maqmatik süxurlarda rast gəlinən faydalı qazıntılarla deyil, həm də üzvi mənşəli çökmə sü-
xurlarda mövcud olan daş kömür, neft, təbii qaz ehtiyatları 
ilə də zəngindir. 
1. Antarktida qalın  buz qatı ilə  örtülü olduğu halda bu 
materikdə üzvi mənşəli faydalı qazıntıların olması nə ilə 
əlaqədar ola bilər? 
2. Antarktidanın zəngin mineral ehtiyatlarından niyə 
istifadə olunmur? Buna səbəb nədir?   
 
TAPŞIRIQ 5.  
Antarktidanın iqlimi. Antarktida materikini “Yerin soyuducusu” adlandırırlar. Bura dünyanın 
ən soyuq ərazisidir. Materikin daxili hissəsində iqlim daha sərtdir. Yayda (yanvarda) –30°C, qışda 
(iyulda)    –89,2°C    “Vostok”  stansiyasında)  müşahidə  olunmuşdur.  2013-cü  ildə  isə  yapon 
stansiyasında –91,2°C qeydə alınmışdır. Yayda materikin səthi Günəşdən kifayət qədər istilik alır, 
lakin qar və buz örtüyü  günəş istiliyini əks etdirərək geri qaytarır və ərazi qızmır. Materikin 
mərkəzi ilə sahilləri arasında kəskin təzyiq fərqi vardır.  Cənub qütbündən 60° c.en-ə doğru əsən 
cənub-şərq küləklərinin sürəti saniyədə 65 m-ə bərabər olur və onlar buz hissəcikləri ilə müşayiət 
edilir.  
1. Antarktida hansı iqlim qurşaqlarında yerləşir? 
2. Antarktidanın səthinə qara örtük (kömür tozu, qara qum və s.) çəkilərsə, nə baş verər? 
3. Antarktidada güclü küləklərin baş verməsi nə ilə əlaqədardır? 
 
TAPŞIRIQ 6.  
Antarktidanın üzvi aləmi. Bütün materiklər arasında üzvi aləminə görə ən kasıb materikdir. 
Sahil boyunda buz örtüyü arasında yerləşən Antarktida vahələrində mamır, şibyə və ibtidai 
yosun istisna olmaqla, materikdə bitki örtüyü yoxdur. Bu ərazilərin daimi sakini pinqvin-
lərdir. Sahilboyu sularda mavi balina, kaşalot və s.-yə rast gəlinir. Bu ərazilərdə sular plank-
tonlarla zəngindir.
  
Cənub 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə