0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə31/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   61

 
 
100 
 
 
Bir sıra ölkələrdə dalğa və cərəyanların enerjisindən istifadə olunması layihələri 
işlənilir. Belə bir elektrik stansiyası fransızlar tərəfindən Afrika sahillərində quraş-
dırılmışdır. 
Dünya okeanında bioloji resurslar – bitkilər (yosunlar) və heyvanlar (balıqlar, 
məməlilər,  molyusklar,  xərçəngkimilər)  da  çoxdur.  Okeanın  bütün  biokütləsi  35 
mlrd.  ton  təşkil  edir  ki,  onun  da  0,5  mlrd.  tonu  balıqların  payına  düşür.  Dünya 
okeanından ovlanan balıq, molyusk, xərçəngkimilər insanların zülala olan tələbatı-
nın 20%-ni ödəyir. Okean canlılarından heyvandarlıq üçün yüksək kalorili yem unu 
almaq məqsədilə istifadə edilir. Hazırda ABŞ, Fransa, Yaponiya, Niderland, İtaliya 
və s. ölkələr sahilboyu ərazilərində dəniz plantasiyaları yaradaraq marikültür təsər-
rüfatını inkişaf etdirir və müxtəlif növ dəniz canlıları yetişdirirlər.   
Okeanın hər tərəfi məhsuldar deyil. Təbii sərvətlərlə daha zəngin ərazilər, əsasən, 
sahilboyu şelf zonalarıdır. Norveç, Berinq, Oxot, Yapon dənizləri bioloji ehtiyatına 
görə daha məhsuldar ərazilər hesab olunur. 
Okean və dənizlərdən nəqliyyat məqsədilə istifadə edilməsinin tarixi daha qədim-
dir. Bu sahədə inkişaf etmiş sahilboyu və ada dövlətləri daha çox fərqlənir. Böyük 
Britaniya  və  Yaponiyada  dəniz  nəqliyyatı  xarici  daşımaların  98%-ni,  ABŞ-da  isə 
90%-nı təşkil edir.
  
Faydalı 
qazıntılar 
Faydalı 
qazıntının adı 
Faydalı qazıntının mövcud 
olduğu  su hövzələri 
Neft 
 
Təbii qaz 
 
Qızıl 
 
 
Boksit 
 
Dəmir filizi 
 
Qalay  
 
Fosforit  
 
Almaz  
 
– Dünya okeanında mineral eh-
tiyatların yayıldığı əraziləri 
təyin edin və cədvəli 
dəftərinizdə tamamlayın.
 
  
Xəritə üzrə iş


 
 
 
101 
 
•   III  fəsil  •  
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti  


 
Böyük coğrafi kəşflər dövründən başlayaraq Atlantik okeanı gəmiçilikdə birinci 
yeri tutur. Hazırda Asiya–Avropa, ABŞ–Avropa, Afrika–ABŞ, Afrika–Latın Ame-
rikası və s. ticarət yolları Atlantik okeanından keçir.    
Sakit okeanda əsas yüklər  Şərqi Asiyanın “yeni sənayeləşmiş ölkələri” ilə Qərbi 
Amerikanın sahilləri boyunca aparılır. Hind okeanında ən çox yükdaşıma İran kör-
fəzi zonasındadır. Dəniz nəqliyyatının coğrafiyasına beynəlxalq kanallar, xüsusilə 
Süveyş  Panama kanalları mühüm təsir göstərir. Onlar gəmilərin yolunu bir neçə 
min km qısaldır. 
Dəniz nəqliyyatı coğrafiyasına konteynerləşdirmə, yəni yüklərin konteynerlərlə 
daşınması ciddi təsir göstərmişdir. Su nəqliyyatının inkişafı  Sinqapur, Rotterdam, 
Honkonq,  Şanxay,  Kobe,  Pusan,  Los  Anceles,  Nyu  York,  Hamburq,  İokoqama, 
Tokio kimi nəhəng dəniz limanlarının yaranmasına səbəb olmuşdur.  
Son  zamanlar  Dünya  okeanı  sahillərindən  istirahət  və  turizm  məqsədləri  üçün 
istifadə edilməsi imkanları artır. 
 
 
 
 
 
 
2. Sxemi dəftərinizə çəkin və mətndən istifadə edərək onu tamamlayın. 
 
37%
25%
24%
14%
Dəniz yükdaşımalarında yükün tərkibi
maye yüklər (neft və neft məhsulları,
mayeləşdirilmiş qaz və s
əsas yüklər (ərzaq, yarımfabrikat, hazır 
məhsullar)
xammal (dəmir filizi, daş kömür, 
boksit, fosforit və s.) 
 
Sxem üzrə iş
 
Cədvəl üzrə iş
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
1. Dəftərinizə dünyanın ən 
iri  limanlarını qeyd edin 
və onları xəritədə tapıb 
cədvəli tamamlayın:  
 
– Dünyanın ilk 10 limanın-
dan 4-nün Yaponiyada, 3-
nün ABŞ-da olmasını nə 
ilə izah etmək olar?  
Müzakirə edin: 
– Dəniz nəqliyyatını “ölkələr-
arası ticarətin güzgüsü” 
adlandırırlar. Bu ifadəni 
necə əsaslandıra bilərsiniz? 
Yük dövriyyəsi 50 mln. tondan çox olan universal dəniz limanları 
 
Liman 
Hansı ölkənin 
ərazisindədir 
Hansı su hövzəsinin 
sahilindədir 

Rotterdam 
 
 

Sinqapur 
 
 

Şanxay  
 
 

Коbe 
 
 

Nyu York 
 
 

Тiba 
 
 

Naqoya 
 
 

Hyuston 
 
 

İokoqamа 
 
 
10 
Yeni Orlean 
 
 


 
 
102 
 
 
A
ZƏRBAYCANIN SU ANBARLARI VƏ KANALLARI 
 
 
 
1. Respublikada çaylardan  müxtəlif  məqsədlərlə –  suvarma,  məişət,  sənaye  və 
balıqçılıqda  istifadə  olunur.  Bəzi  çayların  üzərində  SES  tikilmişdir.  Həmçinin  su 
idman yarışlarının keçirilməsi üçün müəyyən qurğular quraşdırılmışdır.
  
 
 
28 
• Milli Olimpiya Mərkəzinin Mingəçevirdə 
yerləşən  “Kür” idman avarçəkmə bazası 
lazımi avadanlıqlarla təchiz edilmişdir. 
İdmançıların və turistlərin Kür sahilində 
yerləşdirilməsi üçün yeni hotel tikilmiş
bulvar yenidən təmir olunmuş, istirahət və 
müxtəlif əyləncə mərkəzləri yaradılmışdır. 
İdman bazası təkcə dünya miqyaslı 
yarışların keçirilməsi müddətində deyil, 
əlverişli iqlim şəraitinə görə il boyu 
idmançların məşqləri üçün istifadə edilir. 
Müzakirə edin: 
1. Hansı iqlim xüsusiyyətlərinə görə Kür sahilində yerləşən idman bazası il boyu məşqlər üçün 
istifadə edilir? 
2. Su anbarı energetika və kənd təsərrüfatında hansı rolu oynayır? 
I Avropa Oyunları – Bakı–2015.  Kanoe 
üzrə yarışlar.  Mingəçevir su anbarı.
 
Respublikanın su anbarları
3
8
7
6
1
4
2
9
 
5
10
11


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə