0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə30/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   61

 
 
 
97 
 
•   III  fəsil  •  
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti  


 
 
Avstraliyanın ən böyük şirinsulu gölləri Tasmaniyada yerləşir. 
Əhalinin  suya  olan  tələbatını  ödəmək  üçün  Avstraliyada  səth  suları  çatışmır. 
Lakin  Avstraliya  böyük  yeraltı  artezian  sularına  malikdir.  Materikdə  çoxlu  sayda 
artezian hövzələri tapılaraq istifadə olunur. Onlar sənaye və kənd təsərrüfatının su 
təchizatında böyük rol oynayır. Avstraliyanın ən böyük artezian hövzəsi olan Böyük 
Artezian hövzəsi Karpentariya körfəzindən Darlinq hövzəsinə qədər uzanır. Yeraltı 
sulardan  çox  istifadə  olunması  bir  çox  sahələrdə  onların  tam  tükənməsinə  gətirib 
çıxarmışdır. 
 
 
 
 
 
 
 
• Arqayl gölü – 
Avstraliyada yerləşən bu süni  
şirinsulu gölün sahəsi 1000 km
2
-ə yaxındır. 
Gölün suyundan suvarmada istifadə olunur. 
Göldə xeyli balıq növü yetişdirilir
.
 
• Torrens gölü – böyüklüyünə görə Avstraliya-
nın ikinci duzlu axarsız gölüdür. Cənubi  Av-
straliyada yerləşir. Son 150 ildə yalnız bir dəfə 
su ilə dolmuşdur. Göl milli park hesab edilir. 
– Avstraliyada içməli su problemini hansı yollarla həll etmək mümkündür? 
  
Şəkil və mətn üzrə iş
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
• Masazır gölü Azərbaycanın 
Abşeron yarımadasında yerləşir. 
Lakin o, xarıcı görünüşünə görə 
Hiller gölünü xatırladır. Onun da 
sularının rəngi tünd-çəhrayıdır. 
 
Şəkildən istifadə etməklə suallara 
cavab verin: 
1. Şor, yoxsa şirinsulu göldür? 
2. Masazır gölü axarlı, yoxsa 
axarsız göldür? 
3. Gölün rəngi nə üçün qırmızıdır? 
4. Göldən hansı məqsədlə istifadə 
oluna bilər? 
Masazır gölü
  
Mətn və şəkil üzrə iş


 
 
98 
 
 
D
ÜNYA  OKEANINDAN  İSTİFADƏ 
 
 
Aşağıdakı qrafikdə bir neçə yüzillik ərzində Yer kürəsində əhali ilə təbii ehtiyatlar arasında 
nisbətin dəyişilməsi göstərilmişdir. 
 
 
 
Müzakirə edin: 
1. Əhali və təbii sərvətlər arasında hansı dəyişikliklər baş verdiyini izah edin.  
2. Hansı nöqtə əhali ilə təbii ehtiyatlar arasında daha çox optimal nisbəti göstərir? 
3. Təbii ehtiyatlarla əhali arasında fərqin artmasının qarşısını almaq üçün nə etmək olar? 
4. Əhalinin təbii sərvətlərə olan tələbatının ödənilməsində Dünya okeanı hansı rola malikdir?  
Yer kürəsinin quru hissəsində əlverişli təbii şəraitə malik ərazilər insanlar tərə-
findən mənimsənilmişdir.  
İnsanlar bu ərazilərdəki təbii sərvətlərdən yüzillərdir istifadə edirlər. Hazırda on-
ların  çoxu  tükənmiş  və  ya  tükənmək  dərəcəsinə  çatmışdır.  Lakin  Yer  kürəsinin 
əhalisi artmaqda davam edir, sərvətlər isə daha çox azalır.  
 
Quruda  təbii  ehtiyatların  azalması  insanların  Dünya  okeanının  resurslarından 
istifadəyə daha çox diqqət yetirməsi ilə nəticələnmişdir. Sərvətlərin aşkar edilməsi 
və  istifadə  olunması  üçün  okeanların  xüsusiyyətləri  öyrənilməlidir.  Onların  əldə 
edilməsi üçün uyğun texnologiya və texniki avadanlığın yaradılması xeyli vəsait tə-
ləb edir. Lakin Dünya okeanı müxtəlif təbii ehtiyatlarla zəngindir və onlar quruda 
tükənməkdə olan təbii sərvətləri əvəz edə bilər.  
Dünya okeanının ən qiymətli sərvətlərindən biri dəniz sularıdır. Okean suyunda 
həll olmuş  halda 70-dən çox  kimyəvi element  var: xörək duzu, xlor,  maqnezium, 
kalium, brom, uran, qızıl və s. Dünyada adambaşına 270 mln m

su düşür. Lakin şirin 
su ilə qurunun yalnız 60%-i təmin olunmuşdur.  
0
2
4
6
XV əsr
XVII əsr
XIX əsr
XXI əsr
Əhali 
Təbii ehtiyatlar
 
Qrafik üzrə iş
 
27 
Dünyada suyu 
şirinləşdirən ən 
nəhəng qurğu 
 
 
 
 
 
Səudiyyə Ərəbistanı  
Mlrd. nəfər 


 
 
 
99 
 
•   III  fəsil  •  
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti  


Dünyada 80-dən çox ölkə şirin su çatışmazlığından əziyyət çəkir. Şirin su ilə tə-
min olunmağın ən perspektivli yollarından biri Dünya okeanının duzlu sularının şi-
rinləşdirilməsidir. Dəniz sularının şirinləşdirilməsi texnologiyası 150-dən çox ölkə-
də  tətbiq  edilir.  Ən  güclü  suşirinləşdirici  qurğular  Cənub-Qərbi  Asiyanın  varlı 
ölkələrindədir. Şirinləşdirilmiş sular əhalinin içməsi üçün yararlı deyil, məişətdə və 
sənayedə (maşınqayırma zavodlarında, elektrik  stansiyalarında) istifadə olunur.  
 
 
Dəniz suyunun şirinləşdirilməsi kifayət qədər 
sadədir. O, sxemdə göstərilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dəniz suyunun şirinləşdirilməsi həcminə görə 
birinci onluğa daxil olan ölkələr (2009-cu il) 
 
Ölkələr 
1. 
Səudiyyə Ərəbistanı 
2. 
Birləşmiş Ərəb Əmirlikləri 
3. 
İspaniya 
4. 
Küveyt 
5. 
Qətər 
6. 
Əlcəzair 
7. 
Çin 
8. 
Liviya 
9. 
ABŞ 
10.  Оman 
 
Dünya okeanı qiymətli xammal  yanacaq mənbəyidir. Okean və dənizlərin  şelf 
zonalarından çıxarılan qiymətli yanacaq – neft və təbii qaz daha böyük əhəmiyyət 
kəsb edir. İran körfəzi, Şimal dənizi, Meksika körfəzi, Kaliforniya sahilləri, Cənubi 
Çin  və  Xəzər  dənizlərindən  kifayət  qədər  neft çıxarılır.  Dənizlərin şelfində dəmir 
filizi, mis, nikel və civə yataqları kəşf edilmişdir. 
 Okeanların dibində toplanmış, səthə qaldırılması mümkün olan zəngin filiz eh-
tiyatları var. Onlar Sakit okeanın mərkəzi və şərq hissəsində daha çoxdur (16 mln. 
km
2
).  Bu  filizlərin  çıxarılmasına  ilk  cəhdi  Havay  adaları  rayonunda  ABŞ  göstər-
mişdir. Böyük Britaniya, Kanada, Yaponiya və Çində sualtı daş-kömür mədənləri 
var.  İndoneziya,  Tailand,  Malayziya  sahillərində  qalay,  Namibiya  sahillərində  isə 
almaz çıxarılır. 
Əhalinin və iqtisadiyyatın müxtəlif sahələrində enerjiyə olan tələbatın ödənilmə-
sində Dünya okeanı mühüm rola malikdir. Dünya okeanından enerji almaq üçün ilk 
növbədə qabarma-çəkilmədən istifadə edilir.  
Açıq dəniz və okeanlara çıxışı olan Fransa, Kanada, Böyük Britaniya, Avstraliya, 
Argentina, ABŞ və Rusiyada qabarmanın gücündən enerji alınır. Bu məqsədlə artıq 
xeyli sayda qabarma elektrik stansiyaları tikilmişdir.  
 
  
Sxem və cədvəl üzrə iş
Müzakirə edin: 
1. Sxemdən istifadə edərək suyun necə şirinləşdirildiyini izah edin. 
2. Nə üçün Dünya okeanına çıxışı olan dəniz su resurslarına malik tropik Afrika ölkələrində şirin 
su çatışmazlığı problemi mövcuddur? 
Qaynadılma 
Soyudulma 
Buxar 
Duzlu su 
Şirin su 
Termik üsulla dəniz suyunun 
şirinləşdirilməsi prosesi 
Coğrafiya və Kimya


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə