0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə38/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   61

 
 
 
121 
 
•   IV  fəsil  •  
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə 


 
Regional ekoloji problemlərə əyani misal kimi Abşeronun neftlə çirklənmiş əra-
zilərini göstərmək olar. Azərbaycan hökuməti dövlət və özəl şirkətlərlə birgə tor-
paqların rekultivasiyası ilə bağlı qərar qəbul etmişdir. Görülən tədbirlər torpaq və su 
hövzələrinin  təmizlənməsinə,  bitki  örtüyünün bərpasına  imkan  vermişdir.  Neft  və 
neft məhsulları ilə çirklənmiş 1430 hektar torpaq sahəsi Azərbaycan hökumətinin 
2006–2013-cü illər ərzində həyata keçirdiyi tədbirlər nəticəsində təmizlənmişdir. Bu 
tədbirlər Azərbaycanın ekoloji siyasətinin tərkib hissəsinə aiddir. Hazırda  ekoloji 
siyasət hər bir dövlətin siyasətində mühüm yer tutur. Lokal ekoloji böhran daha kiçik 
ərazini əhatə edir. Böyük Şor gölünün əvvəlki vəziyyəti buna misal ola bilər. 
Ekoloji siyasət – ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə 
edilməsi  üçün  siyasi,  iqtisadi,  qanunverici,  maarifləndirici-təbliğat  xarakterli  təd-
birlər sistemidir. Bütün dövlətlər, xüsusilə iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər 
mütərəqqi  ekoloji  siyasəti  formalaşdırmağa  çalışır.  Ekoloji  siyasətin  məqsədi 
təbiətin, cəmiyyətin və iqtisadiyyatın balanslı inkişafı üçün şərait yaratmaqdır. 
 
№ 
Ekoloji siyasətin istiqamətləri 
Ekoloji siyasətin  məqsədi 
1. 
Siyasi  
ətraf mühitin mühafizəsi uğrunda hökumətlərin, siyasi və 
ictimai təşkilatların fəaliyyəti 
2. 
İqtisadi 
ətraf mühiti çirkləndirən müəssisələrin ödəmə və vergi 
sistemlərinin yenidən işlənməsi, həmçinin təbiətdən səmə-
rəli istifadə edənlər üçün güzəşt və imtiyazların tətbiqi 
3. 
Qanunverici  
cəmiyyət, istehsalat və təbiət arasında münasibətlərin 
tənzimlənməsinə yönəldilmiş qanunların qəbul edilməsi 
4. 
Maarifləndirici və təbliğat 
əhalinin ekoloji biliklərinin və mənəvi məsuliyyətinin 
formalaşdırılmasına kömək edilməsi 
5. 
İnzibati nəzarət 
təbiəti mühafizə qanunvericiliyinə əməl olunmasına və 
təsərrüfat fəaliyyətinə nəzarət, ekoloji monitorinq 
Müzakirə edin: 
– Yaşadığınız əraziyə yaxın yerləşən hansı çirklənmiş ərazini (su hövzəsi, mədən, tala, küçə və s.) 
yeniləşdirmək istərdiniz? Onun yerində hansı layihəni həyata keçirərdiniz?
• Böyük Şor gölü, 2000-ci il. Beynəlxalq ekspert-
lərin fikrincə, Böyük Şor gölü dünyanın ən çirk-
lənmiş su hövzələrindən biri olub, Abşeronun 
ekoloji vəziyyətinə mənfi təsir göstərirdi. Yarım 
əsrdən çox müddətdə gölə neft-mədən suları və 
ətraf yaşayış məntəqələrinin çirkab suları 
axıdılıb. 
 
Mətn və şəkil üzrə iş
 
a
 
b
• Böyük Şor gölü sahilində “Olimpiya” stadionu, 2015-ci il. 
Gölün təmizlənməsi problemi Bakı şəhəri və ətraf qəsə-
bələrin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı 
çərçivəsində öz həllini tapmışdır. Nəticədə Böyük Şor 
gölü sahilində bulvar və park salınmış, I Avropa Oyun-
larının keçirildiyi Bakı Olimpiya Stadionu tikilmişdir. 


 
 
 
122 
 
Ekoloji siyasətin təmin olunmasında əsas rol dövlətə məxsusdur. Lakin bu siya-
sətin hazırlanmasında və həyata keçirilməsində beynəlxalq təşkilatlar, elmi ictimaiy-
yət, ictimai hərəkatlar da iştirak edir. 
 
• “Qrinpis” – beynəlxalq müstəqil ekoloji qeyri-
hökumət təşkilatıdır. 47 ölkədə şöbəsi var. 
“Qrinpis”in məqsədi – ətraf mühitin mühafizəsi, 
ekoloji maarifləndirmə, qlobal iqlim dəyişikliyi, 
meşə sahələrinin azalması, balıq ovu sənayesinin 
hədsiz artması, kommersiya xarakterli balina 
ovu, gen mühəndisliyinin inkişafı, radiasiya 
təhlükəsi və qütb regionlarının təbiətinin 
qorunması kimi qlobal ekoloji problemlərdir. 
 
• “Təmiz şəhər” – ekoloji vəziyyətin 
yaxşılaşdırılması və ekoloji problemlərin 
həlli üçün Azərbaycan Respublikası 
Prezidentinin sərəncamı ilə təsis olunmuş 
ictimai təşkilat.  
Hazırda təşkilat aşağıdakı layihələri 
həyata keçirir: “Abşeron göllərinin 
ekoloji bərpası”, “Təmiz Binəqədi” və 
“Balaxanı Sənaye Parkı”. 
 
 
 
1. Sadalanan tədbirlərin ekoloji siyasətin hansı istiqamətlərinə uyğun gəldiyini müəy-
yən edin: 
a)  təbii resurslardan istifadə, zərərli maddələrin tullantıları üçün ödənişlərin yığılması, 
b)  təbii ehtiyatlardan qənaətlə istifadə edən, aztullantılı texnologiyaya malik təkrar emal 
müəssisələri üçün vergi və kredit güzəştləri; 
c)  Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  qərarına  əsasən 
ekoloji cəhətdən zərərli müəssisələrin fəaliyyətinin dayandırılması; 
d)  orta təhsil sistemində ekoloji biliklərin icbari tədrisi; 
e)  Bakıda “Ekologiya ili” çərçivəsində “Gənclik ekoloji inkişaf uğrunda” beynəlxalq elmi-
praktik konfransın keçirilməsi
f)  Azərbaycan Respublikasının qanunlarına tabe olmamaga, ətraf mühitə və insanların 
sağlamlığına zərər vurulması hallarına görə məsuliyyətə cəlb olunma. 
 
Abşeronda neftlə çirklənmiş sahil 
 
Neftdən təmizlənmiş ərazilərdə ağac əkilməsi 
Müzakirə edin:
  
1.  Fotoşəkillərdə  göstərilən  tədbiri  həyata  keçirmək  üçün  ekoloji  siyasətin  hansı  istiqa-
mətlərindən istifadə olunur? 
2.  “Ekoloji böhran” və “ekoloji siyasət” terminlərini necə başa düşürsünüz? 
3.  Ekoloji  siyasətin  ekoloji  problemlərin  həllinə  yardımçı  olmasına  və  dünyanı  ekoloji 
böhrandan xilas etməsinə inanırsınızmı? 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
www.greenpeace.org
 
və http://tamizshahar.az/ saytlarında “Qrinpis” və “Təmiz 
şəhər”  təşkilatlarının  məqsədləri  və  həyata  keçirdikləri  layihələr  barədə  daha 
ətraflı məlumat alın. 
 
 
Dərsdən sonra
 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə