0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə41/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   61

 
 
130 
 
Yaşadıqları təbii şərait xalqların həyat tərzinə güclü təsir edir. Məsələn, ərəblərin 
geyim, qida, yaşayış şəraiti, adət-ənənələri səhra landşaftına uyğunlaşmışdır. Səh-
radan kənarda yaşayan ərəblər də yerli xalqlara uyğunlaşaraq onlar arasında “ərimiş” 
– yəni assimilyasiyaya məruz qalmışlar.  
 
Sivilizasiyalar tarixboyu bir-birini dəyişdirmiş və yeniləşdirmişdir. Onların bir-
birinə  təsiri  müxtəlifdir.  Əgər  Böyük  Coğrafi  kəşflərdən  sonra  avropalılar  “Yeni 
dünya”ya səpələnərək Qərb mədəniyyətini yayırdılarsa, hazırda bunun əksi baş verir. 
Müxtəlif sivilizasiya areallarından – Çin, Koreya, Vyetnam, Afrika, Latın Amerika-
sı,  Yaxın  Şərq  və  digər  ölkələrdən  Avropaya  gələn  miqrantlar  öz  milli  mədəniy-
yətlərini qorumaqla yanaşı, Qərb ənənələrini qəbul edirlər. 
 
 
• Slavyan-pravoslav sivilizasiyası meşə 
landşaftı daxilində formalaşmışdır. 
Slavyan evi, məişət əşyaları, şifahi xalq 
ədəbiyyatı, əsasən, meşə ilə bağlı olur. 
  
• Qərb sivilizasiyasının  formalaşmasında 
dənizlər mühüm rol oynamışdır. Məhz buna 
görə də bu sivilizasiyanın müasir sərhədləri Av-
ropadan xeyli uzaqda  yerləşən Şimali Amerika, 
Avstraliya, Yeni Zelandiyanı əhatə edir.  
• 38 metr hündürlüyü, 1145 ton çəkisi olan 
İsa peyğəmbərin abidəsi Rio-de-Janeyro-
dakı dağın zirvəsindədir. Abidə Braziliya 
və Rio-de-Janeyronun simvolu hesab edi-
lir. Avropalılar Cənubi Amerikanı kəşf 
edənə qədər orada yaşayanlar yerli dinlərə 
inanırdılar. İndi isə əhalinin böyük hissəsi 
xristian katoliklərdir
.  
 
• Londondakı “Çin şəhəri”nə (China Town) 
dünyanın böyük  şəhərlərinin əksəriyyətin-
də də rast gəlmək olar. Bu “şəhər”-məhəl-
lələrdə çinli mühacirlər yaşayır, küçələrdə 
Çin musiqisi eşidilir, insanlar Çin dilində 
danışır, reklamlar heroqliflərlə yazılır, piş-
taxtalarda isə Çin malları satılır. 
Müzakirə edin:  
– Şəkillərdə hansı sivilizasiyaların bir-birinə təsiri əks olunmuşdur?  
  
Mətn və şəkil üzrə iş
 


 
 
131 
 
•   V  fəsil  •  
Qədim və müasir sivilizasiyalar


 
 
1.    Müasir  sivilizasiyaların  yaranmasının  cəmiyyət  üçün  hansı  müsbət  və  mənfi  xüsusiyyətləri 
vardır? 
Müsbət 
Mənfi 
 
 
 
 
 
2. Eramızdan əvvəl I minillikdə yaranan sivilizasiyaların mövcud olduğu ölkələr hazırda hansı inki-
şaf səviyyəsindədir? Bunu nə ilə izah edə bilərsiniz? 
 
 
  
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
Köhnə dünya 
Yeni dünya 
 
 
  
Xəritə üzrə iş
 
“Sivilizasiyaların  toqquşması”  nəzəriyyəsi  ABŞ-ın  Harvard  Universitetinin  alimi 
Samuel  Hantinqton  tərəfindən  işlənmişdir.  Hantinqtonun  fikrincə,  XXI  əsrdə  sivili-
zasiyaların  toqquşması  baş  verəcəkdir.  Lakin  Hantinqtonun  əleyhdarları  hesab 
edirlər ki, etnik fərqlərə baxmayaraq, qloballaşma prosesləri intensivləşəcək və bə-
şəriyyət ümumplanetar birliyə nail olacaqdır”.  
 
S.Hantinqtonun  nəzəriyyəsinin  lehinə  və  əleyhinə  arqumentlər  gətirərək  fikir-
lərinizi şərh edin. 
 
 
Dərsdən sonra
 
Sivilizasiyaları cədvələ uyğun  
qruplaşdırın:  


 
 
132 
 
 
T
ÜRK DÜNYASININ SİVİLİZASİYALARARASI ƏLAQƏLƏRDƏ 
ROLU 
 
 
Türk sivilizasiyası – Avrasiyada yaranan ən qədim sivilizasiyalardan biri olub,  
eramızdan əvvəl Avrasiyanın geniş çöllərində formalaşmışdır. Hazırda türk xalqları 
əlverişli-coğrafi mövqeyə malik olan Ön Asiya, Mərkəzi Asiya, Qafqaz regionları, 
Kiçik  Asiya  yarımadası,  Sayan-Altay  dağlarının  şimal-qərb  bölgəsi,  Talas  vadisi, 
Ordos vilayəti, Orxon-Yeniseyətrafı ərazilər, Urmiya gölü hövzəsi, Qara dəniz sahili 
ərazilərində məskunlaşmışlar. Türklərin “Böyük çöl”də məskunlaşması onların hə-
yat tərzinə güclü təsir etmişdir. Müvəqqəti köçlər zamanı onlar rahat açılıb-yığılan 
alaçıq və yurtalardan istifadə etmiş, əsasən, heyvandarlıqla məşğul olmuşlar. 
Türklərin  yerdəyişməsi  tarixi  mənbələrdə  “Xalqların böyük köçü” adlanır.  Bu 
nəhəng miqrasiya eramızın II əsrindən başlayaraq 300 ildən çox davam etmişdir.  
37 
Türk xalqlarının yayıldığı ərazilər 
Müzakirə edin: 
1. Türk xalqlarının yaşadıqları ərazilərin Avrasiyadakı mövqeyini təhlil edin. Onların hansı 
ölkələrdə olduğunu siyasi xəritəyə əsasən tapıb yazın. 
2. Hansı qonşu sivilizasiyalar türk xalqlarının inkişafına daha çox təsir göstərə bilər? Bu təsir 
özünü necə büruzə verir?
ÇİN   
RUSİYA  
AVROPA  
HİNDİSTAN  
 
İRAN  
 
ƏRƏBİSTAN 
 
ANADOLU 
İlk türk 
məskənləri 
Qədim yayılma 
arealları 
Köçlərin 
istiqaməti 
  
Xəritə üzrə iş
 


 
 
133 
 
•   V  fəsil  •  
Qədim və müasir sivilizasiyalar


V–VI  əsrlərdə  türklər  Altay  dağlarından  Avropaya  qədər  yayılaraq  Şərq,  Qərb, 
Slavyan-pravoslav sivilizasiyalarının qovuşduğu ərazilərdə məskunlaşmışlar. Türk-
lər  məskunlaşdıqları ərazilərə əvvəlki yurdlarının izlərini aparmışlar. Rusiyada və 
Mərkəzi Asiyada təkrarlanan coğrafi adlar bunu sübut edir.  
 
 
 
Rus dilindəki  coğrafi adları dəftərinizə yazın və  türk mənşəli adlara uyğunluğunu müəyyən edin. 
Onları xəritədə göstərin. 
  
 
Türk sivilizasiyası Avropa və Asiya xalqlarına yaxınlaşmış, özündə onların bəzi 
xüsusiyyətlərini  birləşdirmişdir.  Bu  proses  müasir  türk  xalqlarının  zahiri  görünü-
şündə, din, dil, mədəniyyət və iqtisadiyyatında da öz əksini tapır.  
Zahiri əlamətlərinə görə müasir türk xalqları bir-birindən fərqlənir. Türk xalq-
larının bir qismi (uyğurlar, yakutlar, qırğızlar və s.) monqoloid, müəyyən bir hissəsi 
(qaqauzlar, karaimlər və b.) avropoid irqinin əlamətlərinə malikdirlər. Türkiyə türk-
ləri, azərbaycanlılar, türkmanlar, tatarlar isə zahiri görünüşlərinə görə hər iki irqin 
əlamətlərini daşıyırlar.  
Eyni ərazilərdə məskunlaşmış türk və digər xalqların dil və adət-ənənələri, şifahi 
xalq ədəbiyyatı, yazı mədəniyyəti də bir-birinin təsirinə məruz qalmışdır. Belə ki, rus 
dilində yüzlərlə türk, eləcə də türk dilində ərəb, fars, latın mənşəli sözlər indiyədək 
istifadə olunmaqdadır. 
 
Türk mənşəli adlar 
1.  Yenisu 
2.  Bəygöl 
3.  Qаrаgül 
4.  Tümən 
5.  Hacı Tərxan 
6.  İstigöl 
Rus dilindəki coğrafi adlar 
 Байкал 
 Астрахань 
 Каракул 
 Тюмень 
 Енисей 
 Иссык-кул 
Qədim Türk arxeoloji abidələri Dağlıq Al-
tayda daha rəngarəngdir, yaxşı qorunmuşdur. 
 Orxon-Yenisey 
yazıları Türk siviliza-
siyasının ən qədim 
abidələrindən biridir. 
Abidələr Rusiyada 
Yenisey çayının yuxarı 
axarında, Monqolus-
tanda Orxon çayı sahil-
lərindədir. Türk 
ədəbiyyatında bu yazı-
lar “Milli vəsiyyət-
namə” hesab olunur. 
 Kurqanlar – Altaydan Qafqaza qədər 
uzanan Böyük çölün hər yerində rast gə-
linir. Kurqanlar bürünc, qızıl və gümüş 
bəzək əşyaları ilə zəngindir. 
Müzakirə edin:  
– Türk xalqları üçün ümumi olan daha hansı yazı nümunələri və tarixi abidələri tanıyırsınız? 
 
VII əsrdə yaşamış sərkərdə 
Gültəkinin abidəsi. Orxon 
çayı hövzəsi 
 
  
Müzakirə edin
 
Coğrafiya və Tarix 
Coğrafiya və Linqvistika
 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə