0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə42/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   61

 
 
134 
 
Türk xalqlarının dini inanclarında da Avropa, Asiya mədəniyyətlərinin izi aydın 
görünür.  Qədim  türk  xalqları  Tenqriyə,  yəni  Tanrıya  inanırdı.  Onların  fikrincə, 
Tenqri “Əbədi Səma Ruhu” idi. Qonşu sivilizasiyaların inkişafı türk xalqlarının dini 
inanclarının təsiri altına düşməsinə və müxtəlif dinlərin yayılmasına səbəb oldu.  
Türk xalqlarının dini mənsubiyyəti 
D i n l ə r  
İslam 
Buddizm 
Şaman 
Xristian 
İudaizm 
türklər 
azərbaycanlılar 
tatarlar  
özbəklər  
qazaxlar 
qırğızlar 
türkmənlər 
tuvalılar 
xakaslar 
altaylar 
 
 
qaqauzlar 
çuvaşlar 
 
karaimlər 
krımçaqlar 
 
Fərqli sivilizasiyalar arasında ticarət əlaqələrinin türk torpaqlarından keçməsi on-
ların iqtisadi həyatına təsirsiz qalmamışdır. Tarixən “İpək yolu” adlandırılan ticarət 
əlaqələri bu ərazilərdə iri şəhərlərin yaranmasına səbəb olmuşdur. Türk tacirləri Av-
ropada ehtiyac duyulan Çin və Hindistan mallarının mübadiləsində fəal iştirak edir 
və sürətlə varlanırdılar. Bu isə türk dövlətlərinin iqtisadi, sosial  və  mədəni səviy-
yəsinin yüksəlməsinə imkan verirdi.  
Türk xalqları Avrasiyada təqribən 12 mln. km
2
 ərazidə yayılmışlar. Hazırda türk 
xalqlarının 6 müstəqil  dövləti mövcuddur: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qır-
ğızıstan, Özbəkistan, Türkmənistan.  
Bəzi türk xalqları müəyyən özünüidarə hüquq səlahiyyətləri olan dövlət qurum-
larına  malikdir.  Onların  əksəriyyəti  Rusiya  Federasiyasında  aşağıdakı  regionlarda 
yerləşir: Sibir regionunda – Altay, Tuva, Xakasiya, Saxa – (Yakutiya); Ural-Volqa-
boyu regionunda – Başqırdıstan, Tatarıstan, Çuvaşıstan; Şimali Qafqaz regionunda 
–  Kabarda-Balkar,  Qaraçay-Çərkəz.  Çin  Xalq  Respublikasının  tərkibindəki  Sın-
tszyan-Uyğur Muxtar Vilayəti də türk dövlət qurumlarından biridir.  
Bəzi türk xalqları isə yaşadıqları ərazilərdə yerli xalqlar hesab edilir. Onlar dövlət 
qurumuna malik olmayıb, Rusiya, İran, İraq, Əfqanıstan, Gürcüstan, Suriya, Ukray-
na, Bolqarıstan, Macarıstan, Yunanıstan, Latviya və digər ölkələrin ərazisində yaşa-
yırlar.  
 
 
Müstəqil türk dövlətləri 
İdarəetmə hüququna malik olan 
türk qurumları  
Yerli türk xalqları  
  
Xəritə üzrə iş
 
1
4
2
3
Türk dövlət qurumlarının yerləşdiyi 
regionları və oradakı muxtar 
respublikaları sadalayın: 


 
 
135 
 
•   V  fəsil  •  
Qədim və müasir sivilizasiyalar


Türk dövlətlərinin əksəriyyəti təbii ehtiyatlarla – neft, qaz, dəmir filizi, daş kömür 
və s. ilə zəngin, iqlimi kənd təsərrüfatı üçün əlverişlidir. Azərbaycan, Türkmənistan, 
Qazaxıstan,  Özbəkistan kimi ölkələrə  dünyanın  inkişaf  etmiş ölkələrinin  marağı da 
bununla əlaqədardır. Hazırda türk dövlətləri dünyanın ən nəhəng layihələrində iştirak 
edir. 
 
  
 
 
1. Mətndən istifadə edərək cədvəli tamamlayın: 
 
Müstəqil türk 
dövlətləri 
Rusiya Federasiyası tərkibində olan türk dövlət 
qurumları 
Çin Xalq Respublikasının 
tərkibində olan türk dövlət qurumu 
Sibir 
Ural-Volqaboyu 
Şimali Qafqaz 
 
 
 
 
 
 
2. Xəritə-sxemdə rəqəmlərlə qeyd olunan Rusiya Federasiyası ərazisindəki türk dövlət 
qurumlarını sadalayın, orada yaşayan xalqların hansı irqə mənsub olduğunu tapın: 
 
 
3. Yerli türk xalqlarının yayıldığı ölkələrin iqtisadi inkişafını müqayisə edin. 
 
 
 
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
Azərbaycan dilinə daxil olan alınma ərəb, fars, rus və ingilis sözlərinə aid nümu-
nələr yazın və təqdim edin.
 
 
 
Dərsdən sonra
 


 
 
136 
 
 
A
ZƏRBAYCANIN SİVİLİZASİYALARARASI MÖVQEYİ  
 
 
 
Azərbaycanın  ərazisi  antik  dövrlərdən  “Böyük  İpək  yolu”nda  olduqca  önəmli, 
strateji mövqeyə malik bir region kimi qiymətləndirilir. Ölkənin Şərq və Qərbi bir-
ləşdirən  ticarət  yolları  üzərində  yerləşməsi  Bərdə,  Şamaxı,  Gəncə,  Şəki,  Ərdəbil, 
Təbriz, Naxçıvan şəhərlərinin inkişafına güclü təsir etmişdir.  
Müasir dövrdə Azərbaycan zəngin mədəniyyətə məxsusdur. Bu mədəniyyətə  bir-
birindən  fərqli  qonşu  sivilizasiyaların  təsiri  də  olmuşdur.  Azərbaycanda  mövcud 
olan müasir mədəniyyət uzun zaman ərzində formalaşmışdır:  
 
– Azərbaycan xalqı tarix səh-
nəsinə  təxminən e.ə. III minil-
liyin ortalarında çıxmışdır. Azə-
rbaycan xalqının formalaşma-
sında Mərkəzi Asiyadan Qərbə 
doğru geniş miqyasda köç edən 
oğuz, qıpçaq, qarluq və digər 
türk tayfaları mühüm rol oyna-
mışdır. 
 
38 
Azərbaycan Respublikasının coğrafi mövqeyi 
  
Xəritə üzrə iş
 
A
V
R
O
P

A
S
İ
Y
A
Avropa və Asiya arasında sərhəd bütün dövlətdə mübahisəli olmuşdur. Aşağıdakı xəritə-sxemdə 
iki qitə arasında müxtəlif illərdə qəbul edilmiş sərhəd xətləri təsvir olunmuşdur. 
Avropa və Asiya 
arasında müxtəlif 
vaxtlarda qəbul edilən 
sərhəd xətləri 
Ptolomey və Strabona 
görə. 
1964-cü il. Londonda 
Beynəlxalq Coğrafiya 
Konqresində qəbul 
olunmuş qərara görə. 
2015-ci il. Rusiya, 
Qazaxıstan və Azər-
baycan coğrafiya-
çılarının Beynəlxalq 
Coğrafiya İttifaqına 
verdikləri təklifə görə. 
Müzakirə edin: 
– Sərhədlərin hansı coğrafi obyektlərdən keçdiyini müəyyən edin. Sizcə, ən düzgün sərhəd xətti 
hansıdır? 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə