0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə43/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   61

 
 
137 
 
•   V  fəsil  •  
Qədim və müasir sivilizasiyalar


– VIII əsrdə ərəblərin Qafqaza hücumu, 
sonda islam dininin yayılması ilə nəticələndi. 
Azərbaycanın hər tərəfində məskunlaşan 
yerli xalqlar İslam-Şərq mədəniyyətinin 
təsirinə məruz qaldı. 
 
 
Ölkə ərazisi XVIII əsrin sonu, XIX əsrin əv-
vəllərindən başlayaraq İran və Rusiyanın  
hərb meydanına çevrildi. Azərbaycan iki döv-
lət tərəfindən bölüşdürüldü. Azərbaycan türk-
ləri fərqli sivilizasiyaların təsirinə faha güclü 
məruz qaldı. Buna baxmayaraq, Azərbaycan 
türkləri öz etnik bütövlüklərini qoruyub 
saxlamağı bacardılar. 
 
– XX əsrin əvvəlində azərbaycanlıları Rusi-
yada “Qafqaz müsəlmanları” adlandırır-
dılar. 1918-ci ildə ilk olaraq Azərbaycan 
Demokratik Respublikası (ADR) yarandı. 
ADR-in dövründə ölkə sərhədləri dünyanın 
bir çox ölkələri tərəfindən tanındı. Xalqı öz 
islam kimliyindən milli kimliyə keçirtmək o 
dövrdə Avropada təhsil almış ziyalıların ən 
böyük arzusu idi. ADR-in əsas ideologiyası 
ölkədə Şərq və Qərb mədəniyyətinin sintezini 
yaratmaq idi. Məhz həmin dövrdə ziyalılar 
xalqın milli məfkurəsini istiqamətləndirə 
bildilər.  
 
– 1920-ci ildə Azərbaycanda sovet hakimiy-
yəti quruldu. Sovet ideologiyası türkçülük, is-
lamçılıq  prinsiplərinin məhv edilməsinə, mil-
lətin mənəvi baxımdan parçalanmasına isti-
qamətlənmişdi. Azərbaycanlıların əksəriyyəti 
sovet ideologiyasına qarşı mübarizə aparırdı. 
Minlərlə Azərbaycan ziyalısının repressiya-
lara məruz qalmasının da səbəbi bu idi.   
 
 


 
 
138 
 
Müasir dövrü milli ideologiyanın yüksək inkişaf mərhələsi adlandırmaq olar. Ölkədə 
demokratiya, insan haqları, çoxpartiyalılıq prinsipləri mənimsənilmişdir. Azərbay-
canda Şərq-Qərb mədəni dəyərlərinin sintezi yaranmışdır ki, bu da aşağıdakı sahə-
lərdə özünü göstərir: 
1.  İqtisadiyyat  sahəsi.  Ölkədə  təsərrüfatın  müxtəlif  sahələrinə  qoyulan  xarici 
investisiyalar Dünya, Avropa və İslam İnkişaf bankları tərəfindən maliyyələşdirilir. 
 
2014-cü ildə Azərbaycanın xarici ticarət əlaqələri 
Müstəqil  
Dövlətlər Birliyi 
Avropa  
İttifaqı 
İqtisadi Əməkdaşlıq və  
İnkişaf Təşkilatı 
Asiya-Sakit okean İqtisadi 
Əməkdaşlıq Təşkilatı 
2,5 mlrd. dollar 
3,7 mlrd. dollar 
6,1 mlrd. dollar 
3,1 mlrd. dollar 
 
2. Təhsil və maarifçilik. Hər il minlərlə tələbə dünyanın ən nüfuzlu ali məktəb-
lərində təhsil almaq üçün göndərilir, eyni zamanda, xarici ölkələrdən gələnlərin sayı 
artmaqdadır.  
3. Nəqliyyat. Azərbaycanın Şimal–Cənub və Şərq–Qərb magistrallarının keçdiyi 
dəhlizdə  yerləşməsi  beynəlxalq  nəqliyyat  əlaqələrinin  inkişafına  geniş  imkan 
yaradır.  2000-ci  ildə  Rusiya,  İran  və  Hindistan  arasında  bağlanan  Şimal–Cənub 
beynəlxalq  nəqliyyat  yolunun  Azərbaycandan  keçməsi  ölkə  iqtisadiyyatına  güclü 
təsir edir. Şərq–Qərb yolu Mərkəzi Asiya ilə Avropa ölkələrini birləşdirir.  
4. Mədəniyyət. Azərbaycanın mənəvi və maddi irsinin: muğam, aşıq sənəti və 
milli xalçaçılıq sənətinin, İçərişəhər kompleksinin qorunması  məsələləri  YUNES-
KO tərəfindən “Bəşəriyyətin mədəni irs siyahısı”na daxil  edilmişdir.  
5. İdman. Ölkədə 2015-ci ildə Avropa Oyunları keçirilmişdir və  2017-ci ildə 
İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi ediləcək. 
 
 
 
“Sumqayıt. Xəzər texnoparkı”. Elm və 
istehsalı birləşdirən bu iri müəssisədə 
dünyanın ən yeni texnologiyaları tətbiq 
edilir. 
BMT-nin “Sivilizasiyalar Alyansı”, YUNESKO, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub 
Mərkəzi və İSESKO-nun dəstəklədiyi “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” Bakıda 
keçirilmişdir. 
Heydər Əliyev Mərkəzi. Dünyanın ən 
məşhur arxitektorlarından biri tərəfindən 
layihələndirilmiş mərkəzdə beynəlxalq 
miqyaslı tədbirlər, konfranslar keçirilir. 


 
 
139 
 
•   V  fəsil  •  
Qədim və müasir sivilizasiyalar


 
İfadələr arasında uyğunluğu müəyyən edib yazın: 
 
A. Azərbaycan ziyalısının repressiyalara məruz 
qalması. 
1. Azərbaycan Demokratik Respublikası dövründə. 
B. Xalqı öz islam kimliyindən milli kimliyinə 
keçirmək. 
2. İslam dininin yayılması dövrü. 
C. İki böyük mədəniyyətin fərqli təsirlərini qəbul 
etməli oldular. 
3. Sovet hakimiyyəti illərində. 
D. Türk tayfaları – qıpçaq, oğuz, qarluqlar və  
yerli etnos xalqları. 
4. Azərbaycanın iki hissəyə parçalanması. 
E. Xalqın İslam-Şərq mədəniyyətinə daxil 
olması. 
5. Azərbaycan ərazisində türk xalqlarının 
məskunlaşması. 
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
 
İnternet resurslarından istifadə edərək Azərbaycanın digər ölkələrlə siyasi, 
iqtisadi-mədəni əlaqələrinə aid məlumat toplayıb təqdim edin. 
 
 
Dərsdən sonra
 


 
 
140 
 
 
D
EBAT DƏRS.  
AZƏRBAYCAN: AVROPA, YOXSA ASİYA?
 
 
Azərbaycan öz ərazisinə görə kiçik bir ölkədir. Burada formalaşmış mədəniyyət 
özünü insanlarıın həyat tərzində, məişət və incəsənətində xüsusilə qabarıq göstərir. 
Avropa  və  Asiyanın  qovşağında  yerləşən  Azərbaycan  Respublikasında  zaman-
zaman Şərq və Qərb ənənələrinin vəhdəti yaranmışdır. Müasir dövrdə Azərbaycanın 
Avropa, yoxsa Asiya ölkəsi olması haqqında fərqli fikirlər mövcuddur. 
 
 
39 
– Azərbaycana aid olan şəkillərdən hansılar Şərq, hansılar isə Qərb təsirinin təzahürüdür? 
İçərişəhər qapıları
Bakı şəhər İcra Hakimiyyətinin 
binası
Təzəpir məscidi
Lüteran kilsəsi
Xalq çalğı alətləri ansamblı 
“Nəfəs alətləri” orkestri
  
Şəkil üzrə iş
 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə