0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə39/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   61

 
 
 
123 
 
•   IV  fəsil  •  
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə 


 
E
KOLOJİ MONİTORİNQ
 
 
 
 
Azərbaycan  Respublikasının  Konstitusiyası  Azərbaycan  vətəndaşlarına  sağlam 
ətraf mühitdə yaşamaq təminatı verir. Lakin əhalinin yaşadığı mühitin yaşayış üçün 
nə dərəcədə əlverişli olduğunu müəyyən etmək lazımdır. Bunun üçün ərazi ekoloji 
cəhətdən qiymətləndirilir. Ərazinin ekoloji vəziyyəti onu formalaşdıran təbii kompo-
nentlərin vəziyyəti ilə müəyyən olunur, yəni ekoloji monitorinq aparılır.  
Ərazinin ekoloji monitorinqi – ətraf mühitin arasıkəsilmədən müşahidə olunması 
sistemidir. Ekoloji qiymətləndirmə aşağıdakı kimi aparılır: 
1. Qiymətləndiriləcək təbii komponentlər (torpaq, su, hava) seçilir. Bu kompo-
nentlərin siyahısı tərtib olunur. 
2. Qiymətləndirmə meyarları seçilir. Meyarlar əsasında qiymətləndirmə aparılır; 
məsələn,  torpaqların qiymətləndirilməsi  onların  duzluluğu və eroziyaya uğrama 
dərəcəsi  müəyyənləşdirilir.  Bitkilərin qiymətləndirilməsi meyarları  –  qırılmış 
meşələrin faizlə nisbəti və bitki növlərinin məhv olunmasına  əsasən  müəyyən-
ləşdirilir. Atmosferin qiymətləndirilməsi meyarları havada olan qazların tərkibinin 
miqdarına görə müəyyən edilir. Suyun qiymətlənidirilməsi meyarı isə suyun kimyəvi 
və fiziki tərkibinin dəyişməsi ilə müəyyən edilir.  
Ekoloji monitorinqin təşkil edilməsi. 
1. Ərazidə torpaq və bitki nümunələri yığılır, hava və su mənbələri seçilir, bit-
kilərin  ziyanvericilər  tərəfindən  zədələnmə  dərəcələri  müəyyən  olunur,  kəsilmiş 
meşələrin sahələri hesablanır, otlaq sahələrinin otyeyən heyvanlar tərəfindən nə qə-
dər zəbt olunduğu aşkarlanır. 
2. Nümunələrin yoxlanılması və təhlili, adətən, laboratoriyalarda aparılır. Lakin 
dünyada  ekoloji  vəziyyətin pisləşməsi  ilə  əlaqədar torpaqların, suyun, havanın  və 
digər təbiət mənbələrinin təhlilinə ehtiyac artmışdır. Ekoloji qiymətləndirmə təşki-
latlarının sayı çoxalmış, bir çox ölkədə qanunvericilik orqanları ekologiyanı çirk-
ləndirən idarə və təşkilatların özlərinin məhz bu problemlərlə məşğul olması tələbini 
34 
Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsi  
(fraqment). 
 
Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ 
I. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. 
II. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat 
toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağ-
lamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq 
hüququ vardır. 
III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən 
edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura 
bilməz. 
IV.  Dövlət  ekoloji  tarazlığın  saxlanılmasına,  yabanı  bitki-
lərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növ-
lərinin qorunmasına təminat verir.
– Sizcə, bu avtomobil 
hansı funksiyanı 
yerinə yetirir? 
 
Müzakirə edin:  
–  IV bəndə aid hansı 
nümunəni misal 
gətirə bilərsiniz?


 
 
 
124 
 
irəli sürmüşdür. Ekoloji qiymətləndirmə aparmaq üçün lazımi avadanlığa tələbat art-
mış, həmçinin dünya bazarına bu avadanlıqların təklifi də bir xeyli çoxalmışdır. Ha-
zırda ekoloji monitorinq  üç səviyyədə aparılır: stasionar (daşınmaz)  mobil (da-
şınan), mini-laboratoriyalar.  
 
 
Stasionar laboratoriya 
Mobil laboratoriya Mini-laboratoriya 
 
• Stasionar laboratoriya gün 
boyu, aramsız şəkildə sanitar-
mühafizə zonalarının hüdud-
larında atmosfer havasının 
yoxlanılmasını həyata keçirmək 
məqsədilə şəhərin yaşayış 
rayonlarının, həmçinin neft-qaz 
mənbələrinin mövcud olduğu 
ərazilərin, kimya və digər 
istehsal sahələrinin yerləşdiyi 
məkanda fəaliyyət göstərir.   
 
• Təbii komponentlərin təd-
qiqini aparan mobil post. Elə 
yerindəcə, su və torpaq örtü-
yünün hazırkı durumunu 
müəyyən etməyə və nümunəni 
daha detallı təhlil üçün sta-
sionar laboratoriyaya 
göndərmək olar. 
 
 
• Mini-laboratoriya – ye-
rində su və ya süxurdan 
nümunələr götürmək və  
təhlil etmək üçün 
istifadə olunur. 
 
 
Müzakirə edin: 
1.  Sadalanan laboratoriyaların üstün və çatışmayan cəhətlərini göstərin. 
2.  Sadalanan laboratoriyalardan hansı vəziyyətlərdə və nə məqsədlə istifadə olunduğunu söyləyin. 
 
 
3. Laboratoriyalardan alınan məlumatlara uyğun olaraq meyarlarla müqayisə aparılır, 
təbii mənbələrin əvvəlki vəziyyətinə nisbətən dəyişmə  çirklənmə dərəcələri müəy-
yənləşdirilir. 
 
İki  şəkli  müqayisə  edin  və  hansı  şəraitlərdə  mobil,  hansında  isə  stasionar  ekoloji 
stansiyalardan istifadə etməyin daha əlverişli olduğunu müəyyənləşdirin. 
       
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
a
b


 
 
 
125 
 
•   IV  fəsil  •  
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə 


 
T
ƏBİƏTƏ  EKSKURSİYA  
 
Ekskursiya üç mərhələdə aparılır: 
 
 
• Ekskursiyaya hazırlıq mərhələsi. 
 
1. Azərbaycanın atlasından, xəritələrdən istifadə edərək cədvəli tamamlayın: 
Qoruq (Milli park) 
  İqtisadi-coğrafi rayon 
----- 
----- 
2. Yaşadığınız ərazinin yaxınında yerləşən qoruğu (milli parkı) təyin edin. 
3.  Qoruğa  (milli parka) ekskursiya etmək üçün hazırlıq görün. 
 
 
• Ekskursiya
 zamanı:  
А. Qoruğun (milli parkın) məsul işçilərindən bu ərazinin əsas xüsusiyyətləri, hansı tədbirlərin 
keçirilməsi, təbiəti mühafizə sahəsində qazandıqları uğurları, il ərzində qoruğa gələnlərin 
sayı haqqında məlumat verməsini xahiş edin.  
В. Ətraf aləm haqqında məlumat toplayın. Sizi əhatə edən təbii komponentlərə diqqət yetirin:  
Relyef –  (dağlıq, yoxsa düzənlikdir). 
Səth suları –  (çay, göl, bulaq, bataqlıqlaşma və s.). 
Bitki növləri – (meşə, yarımsəhra, çöl və s.).  
Heyvanat aləmi – quşlar, həşəratlar. 
Siz coğrafi informasiyaların müxtəlif formalarda təqdim olunduğunu bilirsiniz: 
1. Mətn – olduğunuz ərazinin təsvirini dəftərdə yazın; 
2. Rəsm ərazinin relyefini, bitki aləminin rəsmini çəkin; 
3. Fotoşəkil – əhatənizdə olan relyef, su mənbələri, bitki növləri, canlıların fotosunu çəkin 
(onların qəribə formada olmasına diqqət edin).  
 
*Unutmayın: Qorunan ərazilərdə bitkiləri və onların yarpaqlarını  qırmaq,  əraziyə zibil 
tullamaq, tonqal yandırmaq olmaz.  
 
 
 
• Ekskursiyanın yekunu. 
Ekskursiyadan sonra qoruq (milli park) haqqında təqdimat ha-
zırlayın.  Təqdimat hazırlayarkən müxtəlif bilik mənbələrindən – mövcud ədəbiyyatdan, in-
ternet saytlarından  və ekskursiya zamanı yığdığınız məlumatlardan istifadə edin.
 
 
 
 
 
 
35 

mərhələ
 
II 
mərhələ
 
III 
mərhələ
 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə