48
G
ÜNƏŞLİ SAATLARDAN İSTİFADƏ
Ən qədim dövrlərdə insanlar Günəş istiliyi və işığından istifadə etmişlər. Günəş
işığı insanların iş qabiliyyətinin və sağlamlığının bərpasında böyük rola malikdir.
Günəşdən gələn istilik və işıq nəhəng və tükənməyən enerji mənbəyidir. Hazırda
elm və texnikanın inkişafı bu enerjinin elektrik enerjisinə çevrilməsinə imkan verir.
Günəş enerjisi helio elektrik stansiyalarında (HES) elektrik enerjisinə çevrilir. Bu
proses mürəkkəb texnoloji avadanlıq və xeyli vəsait tələb edir.
Ekoloji cəhətdən təmiz olan bu enerji növünün əldə edilməsi təbii şəraitdən ası-
lıdır. İqtisadi baxımdan onun əldə edilməsi günəş şüalarının düşmə bucağının daha
yüksək olduğu enliklərdə sərfəlidir.
Günəş işığı və enerjisindən istifadə imkanları – kənd təsərrüfatı sahələrinin yer-
ləşdirilməsində, sənaye müəssisələrinin, yolla-
rın, yaşayış evləri və inzibati binaların istisma-
rında əsas götürülür. Adətən, müəssisələrin tikil-
məsində təbii işıqlanma, yəni pəncərələrdən gü-
nəş işığının düşməsi nəzərə alınır. Lakin əksər
binalarda süni işıqlanmadan, yəni elektrik işığın-
dan istifadə olunur. Uzun müddət süni işıqlanma
məkanında olmaq diqqətın zəifləməsinə, iş key-
fiyyətinin aşağı düşməsinə səbəb olur. Günəş işı-
ğından maksimum istifadə
həm də elektrik ener-
jisinə qənaət etməyə imkan verir.
11
İstanbulun Atatürk hava limanı dünyada tranzit uçuşların həyata keçirildiyi ən iri aeroportlardan
biridir.
Müzakirə edin:
1. Gecə və gündüz arasında uçuşların sayının bu qədər fərqli olmasını nə ilə əlaqələndirmək olar?
2. Günün hansı vaxtı səfərə çıxmağa üstünlük verirsiniz? Fikrinizi əsaslandırın.
Şəkil üzrə iş
Gündüz uçuşları
Gecə uçuşları
• İnsan orqanizmi çox həssas olan bioloji saata malikdir. Orqanizmdə qan
təzyiqi, bədən temperaturu, həzm sisteminin fəaliyyəti əsasən yuxu rejimi
ilə tənzimlənir.
Günəş batareyası ilə işləyən piyada yol
nişanı. Batareyalar
gündüz saatlarında günəş
enerjisini toplayaraq qaranlıq vaxtda ondan
istifadə edir.
49
• II fəsil •
İqlim və onun təsərrüfatda rolu
•
2
Gündüz saatlarından daha səmərəli istifadə etmək üçün vaxtın geri və ya irəli
çəkilməsi ideyası ilk dəfə 1908-ci ildə Böyük Britaniyada həyata keçirilmişdir. Ha-
zırda dünyanın 70-ə yaxın ölkəsində bu tədbir tətbiq edilir. Həmin ölkələrin əksə-
riyyəti yuxarı enliklərdə yerləşir. Bu ölkələrdə iş günü ərzində gündüz işığından daha
səmərəli istifadə etmək, insanları fəsil dəyişkənliyinə uyğunlaşdırmaq, eyni zaman-
da, elektrik enerjisinə qənaət etmək məqsədilə
yay və
qış vaxtlarına keçmək üçün
saatın əqrəbi müvafiq olaraq 1 saat irəli və ya geri çəkilir.
Yay və ya qış vaxtına keçid 2016-cı ilə qədər Azərbaycanda Nazirlər Kabinetinin
qərarına əsasən həyata keçirilirdi.
Ekvatorial enliklərdə gündüz və gecə vaxtları arasında fərq azdır. Gündüz saat-
larının uzunluğunun kifayət qədər olması bu ərazilərdə istiliksevən kənd təsərrüfatı
bitkilərinin əkilməsinə imkan verir. Yuxarı enliklərə doğru sutkanın növbələşməsi
1. Məntəqələrin hansında axşam, hansında
səhər, hansında günorta, hansında isə gecə-
yarıdır?
2. Şimal, yoxsa Cənub yarımkürəsi
daha çox
işıq və istilik alır?
3. Nə üçün Şimal qütbətrafı tünd, Cənub qütbət-
rafı isə açıq rəngdə təsvir edilmişdır?
4. Sxemə əsasən Bakıda ilin hansı fəsli oldu-
ğunu müəyyən edin.
Yerin Günəş tərəfindən işıqlanan
hissəsi
Alaqaranlıq
Yerin qaranlıq hissəsi
1
2
3
4
Şəkil üzrə iş
Xəritə-sxem üzrə iş
Xəritə-sxem əsasında cədvəli tamamlayın.
“Yay-qış vaxtı”...
Ölkələr
... istifadə edilir
... artıq
istifadə edilmir
... heç istifadə edilməmişdir
Ekvatorial və tropik enliklərdə yerləşən bəzi ölkələrdə hesab edirlər ki, saatların əqrəbinin irəli və
ya geri çəkilməsinə ehtiyac yoxdur.
Müzakirə edin:
Aşağıdakı fikirlərdən hansı
yuxarıdakı fikri əsaslandırır:
1.
Bütün gün ərzində günəş
işığının olması ilə;
2. Günəş şüalarının gün ərzində
yüksək bucaqda görünməsi
ilə;
3.
Gecə və gündüzün uzunluq-
ları arasında fərqin az olması
ilə;
4. Günün gecə saatlarının
müddətinin qısa olması ilə;
5. İnsanların sağlamlığında
problemin yarana biləcəyi
ilə.
50
prosesindəki ardıcıllıq pozulur. Sutkanın gecə və ya gündüz vaxtının
qeyri-bərabər-
liyi ölkələrin təsərrüfat sisteminə (elektrik enerjisinin ötürülməsində, müəssisələrin
işıqlandırılmasında, nəqliyyatın tənzimlənməsində və s.-də) təsir edir. Qütbətrafı əra-
zilərdə isə sutkanın ardıcıl növbələşməsi prosesi tamamilə pozulur. Bu ərazilərdə gün-
düzün uzunluğu 24 saata qədər davam edə bilər.
1. Azərbaycanda yay və qış vaxtına keçid ilin hansı aylarında və günlərində tətbiq edilirdi?
2. Hansı saatda əqrəb yay vaxtına, hansı saatda isə qış vaxtına keçidi əks etdirir?
Biliklərin tətbiq edilməsi və yoxlanılması
(a)
(b)
Cədvəldən istifadə edərək Şimal və Cənub yarımkürələrində gündüzün uzunluğunu əks
etdirən qrafik qurun.
İyunun 22-də müxtəlif paralellərdə gündüzün uzunluğu.
Paralel-
lər (
° ilə)
Şimal yarım-
kürəsində
gündüzün
uzunluğu (saat)
Cənub yarım-
kürəsində
gündüzün
uzunluğu (saat)
0
12:00
12:00
10
12:35
11:25
20
13:13
10:47
30
13:56
10:04
40
14:51
9:09
50
16:30
7:30
60
18:30
5:30
70
24:00
0:00
80
24:00
0:00
90
24:00
0:00
Dərsdən sonra
Enlik
Gündüzün
uzunluğu
saat
(a) ____ (b) ____