0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə10/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   61

 
 
35 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
 
 
Materikin cənub kənarında parçalanma nəticəsində möcüzəli forma almış qədim 
Əjdaha dağları, ondan qərbə doğru isə qədim Kap dağları yerləşir. Qədim dağlarda 
yerləşən çaylar uzun müddət ərzində süxurları yuyaraq enli çay dərəsi yaradır.  
 
 
 
Afrikanın cənubunda mütləq hündürlüyü yüksək olan hamar platolar geniş yer 
tutur. Bunlardan biri də daha çox səhra adı ilə tanınan Kalaharidir. Kalaharinin sahəsi 
2,5 mln. km
2
-dir. Burada zəncirvarı şəkildə yerləşmiş dyunlar üstünlük təşkil edir. 
Bu, dünyada ən nəhəng qum toplanmış ərazidir. CAR, Namibiya və Botsvana  kimi 
ölkələrin ərazisində yerləşir. 
 
 
Müzakirə edin: 
1.    Litosfer  tavaları  aralanmaqda  davam 
edərsə,  Somali  yarımadası  gələcəkdə 
hansı vəziyyətdə ola bilər? 
2.  Tavaların aralanması nəticəsində Qırmızı 
dənizi Hind okeanı ilə birləşdirən boğaz 
genişlənərsə,  dəniz  suyunun  duzluluğu 
necə dəyişər? 
 —  tektonik qırılmalar 
Şərqi Afrika sınma zolağı. Şərqi 
Afrika çatlarının sxemi (1) və 
kosmosdan çəkilmiş təsviri (2).
 
Sxem və şəkil üzrə iş
Müzakirə edin: 
–  Şəkildəki Kap və Əjdaha dağlarının qədim olduğunu təsdiqləyən iki əlaməti şərh edin. 
 
Şəkil üzrə iş
Əjdaha dağlarının 
hamarlanmış zirvələri 
Kap dağlarında enli çay dərəsi 


 
 
36 
 
 
1. Mətndəki coğrafi adları Afrikanın regionlarına uyğun olaraq yazın, fiziki xəritədə göstərin və 
kontur xəritədə qeyd edin. 
 
Şimali və Qərbi Afrika 
Cənubi və Şərqi Afrika 
  
 
 
2. Dərsliyin mətnindən istifadə edərək cədvəli tamamlayın. 
 
Regionlar 
Relyefin xüsusiyyətləri 
Şimali və Qərbi Afrika 
 
Cənubi və Şərqi Afrika 
 
  
 
3. Afrikanın siyasi regionlarının xəritə sxeminə və fiziki xəritəyə əsasən cədvəli tamamlayın.  
 
Region 
Relyef formaları 
Tektonik fəallığı 
 
fəal 
sabit 
Şimali Afrika 
 
 
 
Qərbi Afrika 
 
 
 
Şərqi Afrika 
 
 
 
Mərkəzi Afrika 
 
 
 
Cənubi Afrika 
 
 
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 


 
 
37 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
  
A
VSTRALİYANIN RELYEFİ 
 
 
Avstraliya, əsasən, düzənlik ərazidir. Bu materikdə yüksək cavan dağlar yoxdur. 
Materikin  sahil  xətləri  litosfer  tavasının  sərhədi  ilə  üst-üstə  düşmür.  Ona  görə  də 
Avstraliya seysmik cəhətdən daha sabitdir. Materikdə fəaliyyətdə olan vulkan yox-
dur. 
Avstraliyanın böyük hissəsi qədim platformadır. Əvvəllər dağ olmuş ərazilərin  
platformaya çevrilməsi prosesi milyon illəri əhatə edir. Dağlar öz seysmik fəallığını 
itirir, tədricən dağılır, hündürlüyü azalır və onlar düzənliyə çevrilir.  

Qədim platforma 
Ən qədim qırışıq zona  
Qədim qırışıq zona  
Platformanın örtük hissəsi  
––   
Litosfer tavalarının sərhədi  
Avstraliyanın fiziki xəritəsi 
Müzakirə edin: 
1. Litosfer  tavasının sərhədi materikin sahil xəttinə 
uyğun gəlirmi?  
2. Hansı hissədə materik litosfer tavalarının sərhədinə 
daha yaxın yerləşir?  
3. Avstraliyada fəal vulkanların və zəlzələ ocaqlarının 
olmamasını necə izah edə bilərsiniz?  
Qərbi  
Şərqi  
Mərkəzi  
Avstraliyanın regionları 
  
Xəritə üzrə iş
Avstraliyanın tektonik xəritə-sxemi 


 
 
38 
 
Bu uzunmüddətli proses nəticəsində Yer qabığının fəal zonaları (geosinklinallar) 
sabit ərazilərə (platformalara) çevrilir.  
 
 
 
Materikin  qərb  hissəsində  Avstraliya  platformasının  bünövrəsi  qalxmışdır,  bu-
rada çökmə süxur örtüyü yoxdur və kristallik bünövrə səthə çıxır. Qalxanlar üçün 
filiz  faydalı  qazıntıların  Yer  səthinə  yaxın  yerləşməsi  səciyyəvidir.  Qərbi  Avstra-
liyada böyük miqdarda dəmir filizi, qızıl və nikel çıxarılır. 
Avstraliya  platformasının  əyilmə  zonalarında  çökmə  süxurlar  toplanmışdır. 
Litosfer tavalarının bu hissələrində kristallik bünövrə çox dərində yerləşir.  
 
 
 
Qərbi və Mərkəzi Avstraliyanın relyefində plato və yastı yaylalar üstünlük təşkil 
edir. Onların yaranmasında küləyin (eol) fəaliyyəti və arid-denudasiya prosesi əsas 
rol oynayır.  
Arid-denudasiya (“arid ” – “quraq” deməkdir) quraq iqlim şəraitində xarici amil-
lərin təsiri ilə süxurların parçalanmasıdır. Materikin şimal-qərb və mərkəzində olan  
• Avstraliya mineral xammal istehsalı üzrə dünyanın
ilk  beş  ölkəsindən  biridir.  Faydalı  qazıntı  hasilatı
ölkənin gəlirlərinin 1/3-ni verir. Avstraliya mineral
ehtiyatlarını dünyanın 100-dən çox ölkəsinə, əsasən 
Yaponiyaya ixrac edir. Faydalı qazıntı yataqlarının 
səthə çox yaxın yerləşməsi ehtiyatların çıxarılması-
nın sərfəliliyini artırır. Çünki ehtiyatlar mədənlərdə
“açıq  üsulla”  çıxarılır.  Bu  üsul  daha  mürəkkəb 
avadanlıqlar  tələb  edən  “şaxta  üsulu”ndan  ucuz
başa gəlir.  
 
Müzakirə edin: 
– Avstraliyanın mineral ehtiyatlar ixracı üzrə 
dünyada qabaqcıl yer tutmasına səbəb nədir? 
Qərbi Avstraliyada Super Pit qızıl 
mədəni. Burada qızıl açıq üsulla çıxarılır. 
  
Mətn və şəkil üzrə iş
• Uran  ən mühüm radioaktiv element olub nüvə enerjisinin alınmasında 
istifadə  olunur.  Ötən  əsrdə  radioaktiv  elementlərdən  nüvə  silahı  kimi 
istifadə  edilməyə  üstünlük  verirdilərsə,  hazırda  ondan  sülh  məqsədilə
istifadə olunur: atom-elektrik stansiyaları, atom mühərrikləri, sualtı atom 
qayığı və s.  
• Uran filizi tərkibinə görə çox “kasıb”dır. Filizin tərkibində uranın miq-
darı  0,02%-dir.  Uranın  saflaşdırılması,  yəni  filizdən  uran  elementinin 
ayrılması onun çıxarıldığı ərazilərdə həyata keçirilir.   
– Məsələ:  1 kq uran əldə etmək üçün nə qədər filiz tələb olunduğunu he-
sablayın.  
Müzakirə edin: 
– Uran mədənlərinin mineral ehtiyatın mövcud olduğu ərazilərdə yerləş-
dirilməsini izah edin.  
Uran filizi. 
Avstraliya uran, 
dəmir filizi və boksit 
ixracına görə dünya 
liderlərindən biridir. 
  
Mətn üzrə iş
 
Coğrafiya və Fizika 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə