31
• I fəsil •
Relyef və onun təsərrüfata təsiri
•
1. Mətndən istifadə edərək Cənubi Amerikanın dağlıq qərb və düzənlik şərq hissələ-
rindəki coğrafi obyektlərin siyahısını müəyyənləşdirərək kontur xəritədə qeyd edin.
2. Şimali və Cənubi Amerikanın relyefini müqayisə edin. 4 oxşar və 4 fərqli cəhətlərini
yazın.
4. Aşağıda göstərilənlərdən hansılar uyğun regionların relyefi və iqtisadiyyatı arasında
əlaqəni göstərir:
1) Neft Orinoko ovalığında çıxarılır.
2) Amazon ovalığı allüvial mənşəli çökmə süxurlarla örtülüdür.
3) Braziliya yaylası filiz faydalı qazıntılar yerləşən ərazidir.
4) Akonkaqua Cənubi Amerikanın ən yüksək zirvəsidir.
5) Dünyanın ən nəhəng mis yataqlarından biri olan “mis qurşağı” And dağlarında yerləşir.
• “Kəllə qənd” – Braziliya yaylasın-
da aşınma nəticəsində yaranan rel-
yef formalarıdır.
Rio-de-Janey-
roda turistlərin ən çox baş çəkdiyi
görməli yerlərdən biridir. Hündür-
lüyü 300 m olan bu “Kəllə
qənd”in zirvəsinə kanat yolu
çəkilib.
“Kəllə qənd”. Braziliya
Biliklərin tətbiq edilməsi və yoxlanılması
3. Materikin konturunu dəftərinizə
çəkin. Xəritə-sxemdəki
rəqəmlərin
hansı relyef formalarını əks etdirdiyini
tapın və dəftərinizdə qeyd edin.
32
A
FRİKANIN RELYEFİ
7
Cənubi
və Şərqi Afrika
Şimali
və Qərbi Afrika
Xəritə üzrə iş
Afrikanın fiziki xəritəsi
Afrikanın tektonik xəritə-sxemi
Müzakirə edin:
1. Afrikanın qədim platforması üzərində
hansı relyef formaları
üstünlük təşkil
edir?
2. Yaşına görə Afrikanın ən cavan ərazisi
hansıdır?
3. Mütləq hündürlüyün daha az olduğu
regionda hansı relyef formaları üstünlük
təşkil edir?
4. Afrikanın hansı regionunda daha yüksək
mütləq
hündürlüyə malik ərazilər
üstünlük təşkil edir?
5. Şimali və Qərbi Afrika ilə Cənubi və
Şərqi Afrika arasında 2 fərqli cəhəti
tapın.
Qədim platforma
Ən qədim qırışıq zona
Yeni qırışıq zona
Platformanın örtük hissəsi
Litosfer tavalarının hərəkət istiqaməti
Sınma xətti
Relyef xüsusiyyətlərinə görə
Afrikanın regionları
33
• I fəsil •
Relyef və onun təsərrüfata təsiri
•
Afrikanı
relyefinə görə iki hissəyə ayırmaq olar. Şimali və Qərbi Afrikada denu-
dasion və akkumulyativ mənşəli düzənliklər, Cənubi və Şərqi Afrikada isə dağlıq
ərazilər üstündür.
Şimali və
Qərbi Afrikada ərazinin düzənlik olmasının səbəbi buranın Afrika–
Ərəbistan platforması üzərində yerləşməsidir.
Relyefin formalaşmasında yalnız tektonik hərəkətlər deyil, həm də ekzogen amil-
lər böyük rol oynayır. Afrikanın bu hissəsinin 9 milyon km
2
-ə qədərini dünyanın ən
böyük səhrası olan Böyük Səhra tutur. Bu səhra üçün güclü küləklər və fiziki aşınma
səciyyəvidir.
Səhrada eol relyef formaları üstünlük təşkil edir. Buradakı qum dyunlarının hün-
dürlüyü 300 m-ə çatır.
Əhaqqar, Tibesti və Darfur massivlərindəki “şahid dağlar”ın
hündürlüyü 2000–3000 m-dir. Qədim zamanlardan bu səhradan Qərbi və Şərqi
Afrikanı birləşdirən ticarət yolları keçmişdir. Hazırda bu ərazilər zəif məskun-
laşmışdır. Yaşayış məskənləri yalnız vahələrdədir. Vahələr əkinçilik və heyvandarlıq
üçün əlverişli şəraitə malikdir. Şimali və Qərbi Afrikanın relyefinin formalaşma-
sında ekzogen amil kimi çayların rolu zəifdir. Lakin
Nil, Niger, Seneqal kimi iri çay-
lar nəhəng çay dərələri, allüvial düzənliklər və deltalar yaratmışdır. Böyük Səhranın
şimal-qərbində – Aralıq dənizi sahilində Afrikada yeganə cavan dağ olan Atlas
dağları yerləşir. Onun ən yüksək nöqtəsi Tubkal zirvəsidir (4165 m). Bu dağlar Alp-
Himalay qurşağının ən qərb hissəsidir. Atlas dağlarının relyefinin cavan, süxur-
larının elastik olmasını buradakı
antiklinal və
sinklinallar əks etdirir.
Afrika platformasının ən böyük əyilmə zonası Konqo çökəkliyidir. Bura hər tə-
rəfdən yüksəkliklərlə əhatə olunmuşdur. Yağış suları çökəkliyin mərkəzi hissəsi ilə
axaraq materikdə ən nəhəng çay sistemi olan Konqo çayını yaradır. Çökəkliyin daxili
hissəsində yerləşən pilləli qırılıb-düşmələrdə xeyli sayda şəlalə və astanalar vardır.
Sinklinal – qırışıq çökək
strukturdur
Antiklinal – qırışıq
qabarıq strukturdur
Atlas dağları. Mərakeş
– Sxemləri fotoşəkillə müqayisə edin. Fotoşəkildə antiklinal
və sinklinallara uyğun gələn sahəni tapın.
Sxem və şəkil üzrə iş
34
Cənubi və
Şərqi Afrikanın mütləq hündürlüyü yüksəkdir. Burada Afrikanın ən
yüksək nöqtəsi olan vulkanik mənşəli Kilimancaro zirvəsi (5895 m) yerləşir.
Şərqi Afrika seysmik fəallığın yüksəkliyi ilə fərqlənir. Buradan Şərqi Afrika
sınma zonası keçir. Bu zona orta okean sıra dağlarının mərkəzi ox zonasına oxşayır.
Burada litosfer tavaları aralanır, onların arasında məsafə artır. Lakin onlar okeanda
deyil, quruda yerləşir. Bu zonanın mərkəzi hissəsi
qraben, hər iki tərəfi isə simmetrik
yerləşən
horstlardır. Buradakı nəhəng horstlardan biri Ruvenzori horstudur.
Şərqi Afrika sınma zolağı Qırmızı dənizdən başlayaraq cənub istiqamətdə 3000 km
uzanır. Horstlar arasında
yerləşən qrabenlərdə ensiz, uzun və dərin göllər yerləşir.
Livinqston şəlalələrindən biri.
Konqo Demokratik Respublikası
1. Qırılıb-düşmənin sxemini və şəlalənin fotoşəklini müqayisə edin.
2. Fotoşəkildəki hərfləri sxemdəki rəqəmlərlə uyğunlaşdırın.
Sxem və şəkil üzrə iş
Livinqston şəlalələri Konqo çayının aşağı axınlarında yerləşən 32 şəlalə və astananın ümumi
adıdır. Onlar Afrikanı tədqiq edən şotland David Livinqstonun şərəfinə adlandırılmışdır.
Horst
Qraben
• Qraben – İki tektonik qırılmanın arasındakı his-
səsinin enməsi nəticəsində formalaşmış mənfi
strukturdur. Qrabenin mərkəzi enmə hissəsi həm
də
rift dərələri adlanır. Yüz və min kilometrlər
uzanan rift dərələri rift zonalarını əmələ gətirir.
• Horst – qırılmanın mərkəzi hissəsinin qalxması
nəticəsində yaranan qabarıq formadır.
Horstlar rift
dərələrinin kənarları boyunca simmetrik yerləşir.
a, b, c – ilkin dövrdə süxur layı bütöv olur.
– qırılma xətti