0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə6/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   61

 
 
21 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
Asiya qitəsi oroqrafik cəhətdən (relyef quruluşuna görə) dünyanın ən mürəkkəb 
regionudur. O, tektonik cəhətdən sabit ərazilərdən – platforma və fəal zonalardan – 
geosinklinallardan ibarətdir. Platformalar litosfer tavalarının mərkəzində – tavaların 
sərhədlərindən  uzaqda  yerləşən  hissələrdir.  Onlar  Yer  qabığının  daha  sabit,  yəni 
seysmik hadisələrin zəif olduğu, yaxud heç müşahidə olunmadığı sahələridir.  
Platformalar daxili quruluşuna görə iki mərtəbədən (yarusdan) ibarətdir.  
 
 
Platforma örtüyü, onun üst mərtəbəsidir. Çökmə sü-
xurlardan ibarət olur. Süxurlar, əsasən, üfüqi lay 
şəklində yatır. Burada çökmə  mənşəli faydalı qa-
zıntılar mövcuddur (neft, təbii qaz, daş kömür  və s.). 
 
Kristallik bünövrə  platformanın alt mərtəbəsidir. 
O, maqmatik və metamorfik süxurlardan ibarət olur. 
Qədim, tamamilə aşınmış dağların bünövrəsinə aid 
olan süxurlar qırışıq, yatım formasına malikdir. 
Burada filiz faydalı qazıntıları mövcuddur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Platformalara uyğun gələn relyef formaları nəhəng ölçülərə malik düzənliklərdir. 
Şimali Asiyada yerləşən Qərbi Sibir  Sibir platformaları üzərindəki geniş düzən-
liklər (Qərbi Sibir ovalığı və Orta Sibir yaylası) milyonlarla kv.km əraziləri əhatə 
edir.  Şərqi  Sibirin  mütləq  hündürlüyü  daha  yüksəkdir;  onun  şərqində  yüksəkliyi 
2000 m-ə çatan Verxoyansk silsiləsi yerləşir.  
Asiyada digər platforma Cənub-Qərbi Asiyadakı Ərəbistan platformasıdır. Ərə-
bistan  yarımadasında  yerləşən  bu  platformanın  səthi  ekzogen  proseslərin  –  fiziki 
aşınma və küləyin təsirinə çox məruz qalmışdır. Bu ərazilər üçün eol relyef formaları 
səciyyəvidir.  
Cənub-Qərbi Asiyada Türkiyə ərazisində Pont və Tavr (Toros), İran ərazisində 
Zaqros, Elburs (və ya Əlburz) dağları uzanır. Türkiyə və İranda bu dağ sistemləri 
nəhəng  Anadolu  və  İran  yaylalarının  ətrafında  yerləşir.  İranda  ən  hündür  zirvə 
Dəmavənd (5610 m) Asiyada ən hündür vulkan zirvələrindən biri sayılır. Türkiyədə 
isə ən yüksək zirvə Ağrıdağdır (5165 m). 
 
 
 
Sipər (qalxan). Platformaların nisbətən yuxarı 
qalxmış sahələrində üst çökmə süxur qatı olmur 
və burada  kristallik bünövrə Yer səthinə  çıxır. 
Belə sahələr  sipər (qalxan) adlanır. Sipərlərdə
filiz faydalı qazıntılar səthə yaxın olduğuna görə
onları çıxarmaq daha asan başa gəlir.  
Platformanın tərkib hissələri 
Platformanın daxili quruluşu 


 
 
22 
 
Afrika–Ərəbistan litosfer tavasının  
hərəkəti. Vaxtilə Ərəbistan platforması 
Afrika ilə bitişik olmuşdur. Tektonik 
hərəkətlər qırılmalar yaratmış, bu isə çat 
üzərində Qırmızı dənizin yaranmasına 
səbəb olmuşdur. Hazırda Afrika və 
Ərəbistanın Qırmızı dəniz sahilləri bir-
birindən uzaqlaşır. 
 
 
Mərkəzi Asiyanın relyefində hündür dağ sistemləri üstünlük təşkil edir. Himalay, 
Kunlun, Pamir, Hindquş, Tyan-Şan dağlarının ən uca zirvələrinin hündürlüyü 7000 
m-dən yüksəkdir. Mərkəzi Asiyadakı bir çox dağ adları “şan” sözü ilə qurtarır (yerli 
dildə “dağ”), məsələn, Kun-Lun Şan silsiləsi, Tyan-Şan və s. dağları. Dağların ara-
sında Təklə-Məkan, Tarim kimi geniş çökəkliklər yerləşir. Asiyanın ən alçaq əra-
zilərindən  biri  olan  Turfan  çökəkliyi  də  (–155  m)  buradadır.  Himalay  dağlarının 
şimalındakı geniş Tibet yaylası Çinin zəif məskunlaşmış əlverişsiz ərazisidir. Yayla 
sıra dağlarla əhatələnmişdir.  
 
 
 
 
 
• Yak və ya Tibet öküzü. Yakın vətəni Tibetdir. O, Asiyanın yüksək dağlıq zonalarında əsas kənd 
təsərrüfatı heyvanı hesab edilir. Ondan qoşqu vasitəsi kimi də istifadə edilir. Yerli xalqlar yakın 
südündən və ətindən istifadə edir, yunundan parça və geyim hazırlayırlar. 
 
Müzakirə edin:  
– Tibetdə digər təsərrüfat sahələrinin inkişaf etdirilməsinə hansı amillər mane olur?  
 
Mətn və şəkil üzrə iş
 
• Pamir dağlarının ən hündür zirvəsi Çində Konqur zirvəsidir (7719 m).  Taci-
kistan ərazisində isə Pamirin ən yüksək nöqtəsi İsmayıl Somoni piki hesab 
edilir (7495 m). Bu zirvə əvvəllər “Kommunizm piki” adlanıb.  
Toqquşma sərhədi 
Ayrılma sərhədi            
Tavaların hərəkət istiqaməti 
(1,9 sm/il) 
(4,9 sm/il) 
(2,0 sm/il) 


 
 
23 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
 
• Şerplər – Nepalda, Himalay dağlarının ən 
yüksək hissələrində məskunlaşmış xalqdır. 
Şerplərin ənənəvi məşğuliyyəti Comolunq-
ma  zirvəsinə  qalxan  alpinistlərə  və  səya-
hətə  gəlmiş  turistlərə  bələdçilik  etmək, 
onların yükünü daşımaqdır. 
 
Müzakirə edin:  
– Şerplərin əkinçiliklə məşğul olmamasının 
səbəbi nədir? 
 
Şərqi Asiyada Sakit okean sahilində ovalıqlar üstünlük təşkil edir. Bunlardan ən 
böyüyü  qədim  platforma  üzərində  yerləşən  Böyük  Çin  düzənliyidir.  Bu  düzənlik 
Yantsızı və Xuanxe çaylarının gətirdiyi allüvial çöküntülərlə örtülmüşdür.  Böyük 
Çin düzənliyi Çində əhalinin ən çox məskunlaşmış hissəsidir. Regionun şimalında 
orta yaşlı Böyük və Kiçik Xinqan dağları yerləşir. Regionun şərq hissəsi Sakit okean 
və  Avrasiya  litosfer  tavalarının  toqquşduğu  sərhəddədir.  Bu  zonada  yerləşən 
qövsvarı  adalarda  (Yapon,  Kuril)  tez-tez  zəlzələlər  baş  verir,  vulkan  və  qeyzerlər 
püskürür, sunamilər yaranır.  
 
 
•  2011-ci  il  martın  11-də  Sakit  okeanda  9  ballıq 
zəlzələdən sonra yaranan nəhəng sunami dalğa-
sının hündürlüyü 35 m-ə çatmışdır. Fəlakət nəti-
cəsində Yaponiyada 15 min nəfərdən çox insan 
həlak  olmuş,  5070  nəfər  itkin  düşmüşdür.  Öl-
kəyə dəyən ziyanın miqdarı 300 mlrd. ABŞ dol-
larına  yaxın  olmuşdur.  Sunami  kütləvi  dağıntı-
lara,  xüsusilə  “Fukusima-1”  Atom-Elektrik 
Stansiyasının  zədələnməsinə  səbəb  olmuşdur. 
Qəza nəticəsində radiasiya axını yaranmış, quru 
və  okeansahili  zona  radioaktiv  çirklənməyə 
məruz qalmışdır.
 
 
Müzakirə edin:  
– Yaponiyada baş verən faciənin aşağıdakı cəhətlər üzrə nəticələrini müzakirə edin:  
А) sosial (əhali, onun fəaliyyəti və həyat şəraiti ilə əlaqədar)  B) ekoloji;  С) iqtisadi.
 
 
Cənub-Şərqi Asiya Hind-Çin yarımadası və Zond adalarını (Malayya arxipelaqı) 
əhatə edir. Yarımadada dağlar  meridional istiqamətdə uzanaraq Cənub-Şərqi Asiya 
ölkələrindən Myanma, Tailand, Laos və Vyetnamı kəsib keçir. Dağlar arasında Me-
konq düzənliyi yerləşir.  
Sahəsinə görə dünyada müvafiq olaraq ikinci və üçüncü adalar hesab edilən Yeni 
Qvineya  və  Kalimantan  (Borneo)  adaları  da  Cənub-Şərqi  Asiyadadır.  Bu  region 
materik və okean tavalarının toqquşduğu sərhəddə yerləşir. Ona görə də tektonik və 
seysmik cəhətdən çox fəaldır.  
 
Mətn və şəkil üzrə iş
 
Mətn və şəkil üzrə iş
 
Yaponiya sahilində sunami  
Mart, 2011-ci il 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə