0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə5/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   61

 
 
18 
 
Mərkəzi Avropada cavan dağlar – Alp, Karpat, Sudet dağları yerləşir. Bu dağ-
lardan bəziləri, məsələn, Alp və Karpat qövsvarı formaya malikdir. Bu dağlar Afrika 
və  Avrasiya  litosfer  tavalarının  toqquşması  nəticəsində  əmələ  gəlmişdir.  Mərkəzi 
Avropanın dağları Şimali Avropanın qədim dağlarından yüksək, şişuclu (pikşəkilli) 
zirvələri və yamaclarının dik olmaları ilə fərqlənir.  
Hündürlüyü 3500 m-dən yüksək zirvələr, o cümlədən Alp dağlarının hündürlüyü 
4807 m  olan ən yüksək zirvəsi Monblan (fr. “Mont Blanc” – ağ dağ deməkdir) dağ 
buzlaqları ilə örtülüdür. Alp dağlarının yerləşdiyi Fransa, İsveçrə, Avstriya, İtaliya 
kimi ölkələrdə həm qışda, həm də yayda fəaliyyət göstərən dağ kurortları yaradıl-
mışdır. Bu kurortlar qış idman növləri həvəskarları arasında çox məşhurdur. Onlar 
ölkənin iqtisadiyyatına xeyli gəlir gətirməyə imkan verir. Lakin seysmik cəhətdən 
aktiv  ərazilərdə  zəlzələlər  təsərrüfata,  əhaliyə  və  səyahətə  gəlmiş  turistlərə  ziyan 
vurur. 
 
• Turizm İsveçrə və Avstriya iqtisadiyyatının əsas sahələrindən biridir. Bu ölkələr zəngin rekreasiya 
ehtiyatlarına malikdir.  
•  Rekreasiya  təbii  ehtiyatları  istirahət,  turizm  və  müalicə  məqsədilə  istifadə  olunan  təbii 
ehtiyatlardır. 2014-cü ildə turizmdən Avstriyanın dövlət büdcəsinə 44,5 mlrd., İsveçrənin dövlət 
büdcəsinə isə 44,1 mlrd. avro daxil olmuşdur. Turizmin inkişafı minlərlə iş yerinin yaranmasına 
imkan verir. Avstriyada hər 10 nəfərdən biri turizmlə əlaqədar olan sahələrdə çalışır. 
 
Müzakirə edin: 
1. Turizmin inkişafı Alp ölkələrinin iqtisadiyyatına necə təsir göstərir?  
2. Dağlıq ərazilərdə turizmin inkişafı ətraf mühitə hansı mənfi təsir göstərə bilər? 
 
Cənubi Avropa Aralıq dənizinin şimal sahillərini əhatə edir. Mərkəzi Avropa ilə 
müqayisədə sahil xətləri çox parçalanmışdır. Yarımada və adaların relyefi, əsasən,  
dağlıqdır. Pireney, Apennin, Balkan  yarımadalarındakı dağlar intensiv tektonik və 
seysmik proseslərlə səciyyələnir. Etna, Vezuvi kimi fəaliyyətdə olan vulkanlar da 
burada yerləşir.   
Balkan  yarımadasında  Karst platosu  vardır.  O,  əsasən,  əhəngdaşı  süxurları  ilə 
örtülüdür.  Bu  süxurlar  intensiv  yuyulmaya  məruz  qalır.  Onlarda  karst relyef for-
maları, o cümlədən, mağaralar yaranır. 
Matterxorn piki 
Alp dağlarında Şermatt kurortu. İsveçrə 


 
 
19 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
 
 
Sloveniyada Postoyn mağarası 
Avropada ən böyük karst mağa-
rasıdır. O, 20 km-lik yeraltı 
keçid və zallardan ibarətdir. 
 
 
İspaniyada Menorka çimərliyi. 
Aralıq dənizinin çimərlikləri 
yerləşdiyi ölkələrə milyonlarla 
turisti cəlb edir. 
 
 
Yunanıstanda Balkan dağla-
rının quru iqlimə malik olan dağ 
yamaclarında xırdabuynuzlu 
heyvandarlıq daha üstündür.  
 
Müzakirə edin:  
– Cənubi Avropanın relyefi onun iqtisadiyyatına necə təsir edir? 
 
Şərqi Avropada geniş Şərqi Avropa düzənliyi Ural dağlarına qədər uzanır. Bu dü-
zənliyin şimalında buzlaq relyef formaları geniş yayılmışdır. Şərqi Avropa düzənliyi 
Ukrayna, Belarus ölkələrinə və Rusiyanın Avropa hissəsinə uyğun gəlir. Şərqi Avropa 
düzənliyi əhalinin ən çox məskunlaşmış ərazilərindən biridir. Burada Moskva, Sankt-
Peterburq, Kiyev və başqa nəhəng sənaye şəhərləri yerləşir.  
Şərqi Avropa düzənliyinin cənubunda cavan dağ sistemləri olan Krım və Qafqaz 
dağları (Elbrus zirvəsi, 5642 m) uzanır. Qafqaz dağları Böyük və Kiçik Qafqaz dağ-
larından ibarətdir. Bu dağlar Qara və Xəzər dənizləri arasında uzanır. 
 
 
 
1.  Mətndəki  coğrafi  obyektlərin  adlarını  dəftərinizə  yazın,  fiziki  xəritədə  göstərin  və  
kontur xəritədə qeyd edin. 
2.  Mətndən  Avropanın  relyefi  və  iqtisadiyyatı  arasındakı  əlaqəni  göstərən  cümlələri 
tapıb dəftərinizə yazın.
 
 
3.  Buzlaq  və  karst  relyef  formalarının,  polder  və  fyordların  geniş  yayıldığı  Avropa 
ölkələrini müvafiq olaraq sadalayın və xəritədə göstərin. 
4.  Aşağıda  təsvir  edilmiş  relyef  formaları  Avropanın  hansı  regionunda  geniş  yayıl-
mışdır? Bu relyef formalarının fərqli və ümumi xüsusiyyətlərini göstərin. 
 
  
 
5.  Skandinaviya və Alp dağlarını müqayisə edin və Venn diaqramını tamamlayın. 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması 
А) moren təpəsi  
B) moren tirəsi 
Alp dağları
Skandinaviya dağları

 

 

 
Avropa ölkələrindən birinin  rekreasiya ehtiyatları haqqında məlumat  toplayın 
və təqdim edin. 
 
 
Dərsdən sonra
 
Mətn və şəkil üzrə iş


 
 
20 
 
  
A
SİYANIN RELYEFİ  
 
 
Asiyanın fiziki xəritəsi 
 
Asiyanın regionları xəritəsinə baxın, onu fiziki 
xəritə ilə müqayisə edərək cədvəli dəftərinizdə 
tamamlayın.  
Regionlar 
Dağlar 
üstünlük 
təşkil edir. 
Düzənliklər 
üstünlük təşkil 
edir. 
Şimali 
 

Cənub-qərbi 
 
 
Cənubi  
 
 
Mərkəzi 
 
 
Şərqi 
 
 
Cənub-şərqi 
 
 
 
Müzakirə edin:  
1. Asiyanın regionlarına uyğun gələn iri relyef formalarını sadalayın. 
2. Relyefin mütləq hündürlüyünün yüksək olması Asiyanın hansı regionunda əhalinin sayının 
azlığına və ərazinin zəif mənimsənilməsinə  səbəb ola bilər?
 
 
Xəritə üzrə iş



Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə