0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə51/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   61

 
 
163 
 
•   VI  fəsil  •  
Dünya əhalisinin müxtəlifliyi 


Afrika ekoloji böhrana – quraqlıq, səhralaşma, torpaqların məhsuldarlığının azal-
ması və şirin su çatışmazlığına məruz  qalmış  bir  regiondur.  Əhalinin sürətlə art-
ması bu problemlərin daha da kəskinləşməsi ilə nəticələnir. 
Asiyanın  da  əhalisi  sürətlə  artmaqdadır. Lakin Asiyanın müxtəlif regionlarında 
demoqrafik vəziyyət fərqlidir. 
 
 
Ölkələrin demoqrafik və  iqtisadi  göstəricilərini müqayisə edin.  
 Region
 
Ölkə 
İstehsal olunan 
məhsul və xid-
mətlərin ümumi 
dəyəri (mlrd. $)
Təbii  artım 
(1000 nəfərə
görə)  
Region
 
Ölkə 
İstehsal olunan 
məhsul və xid-
mətlərin ümumi 
dəyəri (mlrd. $)
Təbii  artım 
(1000 nəfərə 
görə) 
Şərqi Asiya
  Yaponiya 
4751 
–1 
Cənubi  Asiya 
Nepal 
62,4 
19 
Çin 
17617 

Pakistan 
835 
20 
Cənubi 
Koreya 
1697 

Banqladeş 
496 
15 
Əfqanıstan 
58,8 
24 
 
Qeyd.  2013-cü  ilin  statistik məlumatlarına  əsasən  tərtib  edilmişdir. 
 
Müzakirə edin:  
– Demoqrafik və  iqtisadi  göstəricilər  arasında hansı əlaqə vardır?
 
 
Çin, Yaponiya və Cənubi Koreya əhali təzələnməsinin birinci tipinə keçməyə nail 
olmuşlar.  Bu  proses  həmin  ölkələrdə  aparılan  demoqrafik  siyasətin  nəticəsidir, 
xüsusilə Yaponiyada ciddi demoqrafik islahatlar aparılmışdır. Bu ölkə dünyada uşaq 
ölümünün ən aşağı səviyyəsinə çatmışdır.  
Cənubi  və  Mərkəzi  Asiyanın  əhalisi  isə  sürətlə  artır.  Bu  regionlarda  doğumun 
azalmasına doğru aparılan demoqrafik siyasət milli və dini adət-ənənələrə görə istə-
nilən nəticəni vermədi. Cənub-Qərbi Asiyanın iqtisadi göstəriciləri yüksək olan öl-
kələrində – Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Bəhreyndə isə, ümumiyyətlə, do-
ğumun məhdudlaşdırılması qadağandır. Bu ölkələrdə əhalinin artımı yüksək olsa da, 
hökumət təbii artımı yüksəltmək üçün müxtəlif istiqamətli tədbirlər (doğulan uşaq-
lara müavinət verilir, çoxuşaqlı ailələrə güzəştlər edilir və s.) görür. 
 
 
 
 
 
Cədvəl üzrə iş
Dünya 
Asiya 
Müzakirə edin:  
– Dünya əhalisinin payında Asiyanın 
üstün mövqeyinə aid 5 səbəb yazın. 
Dünya əhalisinin payında  Asiyanın xüsusi çəkisi
 
  
Sxem üzrə iş


 
 
 
164 
 
Latın Amerikasında da əhali sürətlə artır. ХХI  əsrin başlanğıcında Latın Ame-
rikasının əhalisi 520 mln. nəfər olmuşdur. Braziliya və  Meksikanın əhalisi isə artıq 
100 mln. nəfəri keçmişdir. Ən yüksək  təbii artım regionun ən az inkişaf etmiş ölkə-
ləri olan Qvatemala, Beliz, Honduras, Salvador və Paraqvayda  müşahidə edilir.  
 
Əhalinin yaş  strukturu 
 
 
Asiya,  Afrika  və  Latın  Amerikası  ölkələrində  əmək  emiqrasiyası  müşahidə 
olunur. Bu regionlardan iqtisadi cəhətdən fəal əhali inkişaf etmiş ölkələrə – Qərbi 
Avropa və ABŞ-a miqrasiya edirlər. İstisna olaraq Asiyada varlı ərəb ölkələri əmək  
immiqrasiya  mərkəzlərinə  çevrilmişdir.  BƏƏ  və  Küveytdə  işləyən  əhalinin                   
80–90%-i mühacirlərdir. 
 
 
 
 
 
1. Asiya, Afrika və Latın Amerikası ölkələrində demoqrafik hadisələr arasında  məntiqi ardıcıllığı 
müəyyən edin:   
 İşsizlik artır.   
 Ərzaq çatışmazlığı baş verir.    
 Doğulanların sayı yüksəlir.  
 Əhalinin sayı sürətlə artır.   
 Yoxsulluq artır.  
 
 
 
 
2. Yaş-cins piramidalarının hansı Çinə, hansı isə Banqladeşə aiddir? Cavabınızı əsaslandırın.  
Kişi                       Qadın 
Kişi                       Qadın 
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
 
Sxem üzrə iş
52%
45
%
3%
Afrika
62%
33%
5%
Asiya
62%
32%
6%
Latın Amerikası 
Əməkqabiliyyətli 
əhali
16 yaşa qədər
65 yaşdan yuxarı

B


 
 
165 
 
•   VI  fəsil  •  
Dünya əhalisinin müxtəlifliyi 


 
A
VROPA, ŞİMALİ AMERİKANIN VƏ AVSTRALİYANIN ƏHALİSİ 
 
 
Avropa, Şimali Amerika və Avstraliya həyat səviyyəsinin yüksək olduğu region-
lardır. Bu regionlarda doğum və ölümün aşağı göstəriciləri və bunun nəticəsi kimi 
təbii artımın azlığı müşahidə olunur. Keyfiyyətli qidalanma və tibbi xidmət səviy-
yəsinin  yüksəlməsi  orta  ömür  müddətinin  artmasına  səbəb  olmuşdur.  2012-ci  ilin 
göstəricilərinə görə, orta ömür müddəti İtaliyada 83 il, Fransada isə 82 il təşkil edir.  
Son illərdə Avropa, Şimali Amerika və Avstraliyada doğulanların sayının azal-
ması isə bir çox amillər bağlıdır:  
– qadınların ictimai fəallığının artması (ali təhsil almaları, müxtəlif vəzifələrdə 
çalışmaları və s.)  
– gecikmiş nikahların üstünlük təşkil etməsi (təhsilin gec  başa çatması, gələcək 
üçün karyera və yüksək maddi təminat istəyi); 
– uşaqların təhsil və tərbiyəsinə sərf olunan xərclərin artması; 
ailə təməllərinin zəifləməsi
– əhalinin maddi və mədəni tələbatlarının artması; 
– yaşlı valideynlərin övladlarının deyil, dövlət himayəsində yaşaması. 
Bəzi Avropa ölkələrində təbii artım sıfıra bərabərdir, yəni doğulan və ölənlərin 
sayı eynidir. Məsələn, İspaniya, Avstriya, Danimarka və s. ölkələrdə, sadəcə, nəsil-
lərin  əvəz  olunması  baş  verir.  Bir  sıra  ölkələrdə  isə  əhalinin  təbii artımı  sıfırdan 
aşağıdır, yəni təbii azalma prosesi baş verir.  
 ABŞ, Avstraliya, Avropa ölkələrində doğulanların sayının azalması və orta ömür 
müddətinin artması əhalinin yaş tərkibinə də təsir edir. Onlar üçün uşaq və gənclərin 
xüsusi  çəkisinin  azalması,  yaşlıların  isə  artması  səciyyəvidir.  Bu  proses  “millətin 
qocalması” adlanır. Yaşlıların xüsusi çəkisinin 12–14% olması demoqrafik qocal-
manın başlanğıcı, 16–18%-dən artıq olması isə yüksək həddi hesab edilir.  
Əhalinin yaş tərkibində baş verən dəyişikliklər əmək ehtiyatlarının azalmasına, 
demoqrafik yükün  artmasına və digər sosial problemlərin yaranmasına səbəb olur: 
47 
Dünya əhalisinin sayında Avropanın payı  
Müzakirə edin: 
– “Əhali təzələnməsinin birinci tipi”, “əhalinin təbii azalması”, “demoqrafik böhran” terminlə-
rindən istifadə edərək dünya əhali sayında Avropa ölkələrinin payının dəyişməsini izah edin.  
  
Sxem üzrə iş
Digər ölkələr 
 
Avropa


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə