0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə34/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   61

 
 
 
109 
 
•   IV  fəsil  •  
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə 


Bu ərazilərdə rütubət çatışmır, Günəş istiliyi isə daha çoxdur. Orada yemə daha 
az tələbkar, yunluq istiqamətli qoyunçuluq və dəvəçilik inkişaf etdirilir. 
 
Dağ terraslarında əkilən çay plantasiyaları. Bu 
ərazilərdə təbii kompleks tamamilə dəyişdirilmişdir.  
 
 
 
 
 
1. Təbii zonalar xəritəsindən istifadə edin və dəftərə yazın: 
a) Şimal Buzlu okeanından Aralıq dənizinə qədər Avropada hansı təbii zonalar yayıl-
mışdır? 
b) Şimali Amerikanın şimalından cənubuna qədər hansı təbii zonalar vardır?  
 
2.  Fiziki və təbii zonalar xəritəsindən istifadə edərək cədvəli tamamlayın: 
Avrasiya 
Şimali Amerika 
Ucqar nöqtələr 
Yerləşdiyi təbii zonalar 
Ucqar nöqtələr 
Yerləşdiyi təbii zonalar 
 
 
 
 
 
           
 
4. Mətndən istifadə edərək cədvəli tamamlayın:  
Təbii zona 
Ölkələr 
Təsərrüfatda istifadəsi 
Meşələr 
 
 
Çöllər 
 
 
Codyarpaqlı meşə və kolluqlar 
 
 
Musson meşələri 
 
 
Savannalar 
 
 
Səhralar  
 
 
Ekvatorial meşələr 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
5•  4•
3•
1•
2• 
5•
• 4 
3• 
1• 
2•
Qanq çayının vadisində cut plantasiyası 
 cutdan hazırlanmış məhsullar.
 
3. Məntəqələrin hansı təbii zonada yerləşdiyini və  kənd 
təsərrüfatının hansı sahəsinin inkişaf etdiyini müəyyən 
edib yazın. 


 
 
 
110 
 
 
C
ƏNUB  MATERİKLƏRİNİN BİOEHTİYATLARINDAN 
İSTİFADƏNİN XÜSUSİYYƏTLƏRİ 
 
 
 
 
Antarktida istisna olmaqla, Cənub materiklərinin – Cənubi Amerika, Afrika və 
Avstraliyanın  ekvatora  yaxın  yerləşməsi  onların  təbii  zonalarında  öz  əksini  tapır. 
Materiklərin oxşar iqlim göstəriciləri – günəşli saatların miqdarının çoxluğu, vege-
tasiya müddətinin uzunluğu və mövsümlər üzrə dəyişməsi  bioloji ehtiyatların növ-
lərində və miqdarında, eləcə də  onların istifadəsində oxşarlıq yaratmışdır.   
Cənubi Amerika və Afrikanın ekvatorial meşələri Avrasiyanın ekvatorial meşə-
ləri ilə müqayisədə çox zəif mənimsənilmişdir. Bataqlıqların geniş yayılması, keçil-
məz meşələr, ifrat rütubətlilik, müxtəlif həşəratlar, tropik xəstəliklər bu ərazilərdə 
əhali məskunlaşmasına maneçilik yaradır. Burada daimi yaşayanlar yerli qəbilələr-
dir.   
Rütubətli ekvatorial meşələrin təbiəti hər zaman tədqiqatçıları, oradakı təbii sər-
vətlər, qiymətli ağac növləri, müalicəvi bitkilər, ilboyu əkinçiliyə imkan verən iqlim 
şəraiti isə sahibkarları özünə cəlb edir.    
30 
Müzakirə edin: 
1. Təbii zonalardan hansılara hər üç materikdə rast gəlinir? 
2. Cənub  materiklərinin  hansında  ekvatorial  meşələrə,  savanna  və  seyrək  meşələrə,  səhralara  rast 
gəlinir? 
3. Cənubi Amerika və Afrikada olan hansı təbii zonalar Şimal materiklərində də mövcuddur? 
4. Nə üçün Afrika və Avstraliyada səhralar geniş yer tutduğu halda, Cənubi Amerikada onların sahəsi 
çox kiçikdir? 
5. Afrika və Cənubi Amerikada hansı təbii zonalar təkrarlanır? 
  
Xəritə üzrə iş
Cənubi Amerika 
Afrika 
Avstraliya 
Cənub materiklərinin təbii zonaları 


 
 
 
111 
 
•   IV  fəsil  •  
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə 


 
 
 
 
Amazon meşələrinin sahəsi sürətlə kiçilir, buna səbəb oduncaq tədarükü, tropik bit-
kilərin  plantasiyalarının  genişləndirilməsidir.  Selvasda  heveya,  kinə  ağacı  (bu  ağacın 
meyvələrindən malyariya xəstəliyinin müalicəsi üçün dərman hazırlanır), qırmızı ağac, 
balsa (dünyada ən yüngül ağac), qovunağacı (papayya), batat, maniok və s. bitir. Cən-
gəlliklərdə təkcə palmanın 100-dən çox növü vardır. 
 
 
Selvasda bitən Braziliya qozunun tərkibi zülallarla 
zəngindir. Bu xüsusiyyətinə görə onu “əti əvəz edən 
bitki” adlandırırlar. 
 
Qovunağacı – papayya.
 
Braziliyada bu bit-
kinin geniş plantasiyaları vardır.
 
 
 
Mətn, xəritə-sxem və şəkil üzrə iş
• Cənubi Amerikanın ekvatorial meşələri (və ya selvas) Transamazon magistralı çəkilənə qədər, demək 
olar  ki,  mənimsənilməmişdi.  Uzunluğu  5000  km-dən  çox  olan  bu  magistral  Amazon  meşələrindən 
keçməklə Perunun paytaxtı Lima və Braziliyanın Resifi şəhərlərini birləşdirir. Magistral eyni zamanda 
Atlantik okeanından Sakit okeana qədər uzanır. Leysan yağışlar magistral boyu xeyli çətinlik yaradır, 
xüsusilə  baş  verən  sürüşmələr  nəticəsində  yolun  kənarları  uçulub-dağılır.  Yolun  əsas  məqsədi  –
materikin mərkəzində olan təbii ehtiyatların mənimsənilməsidir. 
Transamazon 
magistralı 
yağışdan sonra 
- - -
 
Transamazon magistralı 

 
Transamazon magistralının 
iqtisadi əhəmiyyətini  5 
cümlə ilə şərh edin. 


 
 
 
112 
 
Savannalar Afrika ərazisinin 40%, Cənubi Amerikanın və Avstraliyanın isə 20%-
dən çox hissəsini əhatə edir. Savannalarda əkinçilik ərazinin yağıntı göstəricilərinə 
uyğun olaraq aparılır.  
 
          
Bu fotoşəkillər  Cənub yarımkürəsinin savannasında yerlə-
şən eyni əraziyə aiddir. Lakin onlar ilin müxtəlif vaxtla-
rında çəkilmişdir. Şəkillərin ilin hansı dövrü üçün səciyyə-
vi olduğunu təyin edin və aşağıdakı cavablarla onları uy-
ğunlaşdırın: 
 
А) Savanna qışda 
 
В) Savanna yayda 
 
С) Quraqlıq dövrü   
D)Yağıntılı dövr  
E) Dekabr–yanvar–fevral ayları 
F) İyun–iyul–avqust  ayları 
 
1__            2__ 
 
Ərazinin iqliminə uyğunlaşdırılan bitkilərdən biri pambıq və şəkər qamışıdır. Bu 
bitkilərin  ixracına  görə  Braziliya  və  Avstraliya  fərqlənir.  Məhsuldarlığın  yüksək 
olmasının səbəbi pambıq və şəkər qamışının genetik cəhətdən modifikasiya olunmuş 
yeni sortlarının əldə edilməsidir.     
 
 
•  Kənd  təsərrüfatında  məhsuldarlığın  artırılması 
dünyanın ərzaq probleminin həllində mühüm rola 
malikdir.  Bu  məqsədlə  xüsusilə    inkişaf  etmiş 
ölkələrdə seleksiya işləri aparılır. Seleksiya işlə-
rinin  məqsədi  daha  yüksək  məhsuldarlığa  malik 
olan  və  əlverişsiz  hava  şəraitinə  dözümlü  bitki 
sortlarının əldə edilməsidir. Gen mühəndisliyinin 
inkişaf  etdiyi  XX  əsrdə  seleksiya  işləri  isti-
qamətində  mühüm  dəyişiklik  baş  vermişdir. 
Genetik cəhətdən modifikasiya olunmuş sortların 
GMO-nın  (Geneticelly Modified Organisms
tətbiqi  kənd  təsərrüfatında  inqilab  yaratmışdır. 
Lakin  GMO-nun  birbaşa  insan  orqanizminə 
mənfi  təsirləri  vardır.  Buna  baxmayaraq,  GMO 
çəltik, qarğıdalı, pambıq, soya, pomidor, xiyar və s. bitkilərin becərilməsində geniş tətbiq edilir.    
 
Tropik səhralar Afrika və Avstraliyada geniş sahə tutur. Lakin onlardan istifadə 
istiqamətləri fərqlidir. Afrika səhraları təbii halda, demək olar, əkinçilik üçün yarar-
sızdır. Əkinçilik yalnız vahələrdə xurma palmasının becərilməsi və yarımsəhralarda 
qummiarabik bitkisinin meyvələrinin yığılması ilə məhdudlaşır.    
 
Şəkil üzrə iş
  
Mətn və xəritə üzrə iş
 
1
2
 
GMO-nun geniş tətbiq edildiyi ölkələr 
 GMO-nun qismən tətbiq edildiyi ölkələr 
 
GMO-nun qadağan edildiyi ölkələr 
Müzakirə edin:  
– GMO-nun tətbiq olunduğu, qismən tətbiq olunduğu və qadağan olunduğu ölkələrin 
qruplaşdırılmasını əks etdirən cədvəl tərtib edin və onu tamamlayın. 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə