97
• III fəsil •
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti
•
3
Avstraliyanın ən böyük şirinsulu gölləri Tasmaniyada yerləşir.
Əhalinin suya olan tələbatını ödəmək üçün Avstraliyada səth suları çatışmır.
Lakin Avstraliya böyük yeraltı artezian sularına malikdir. Materikdə çoxlu sayda
artezian hövzələri tapılaraq istifadə olunur. Onlar sənaye və kənd təsərrüfatının su
təchizatında böyük rol oynayır. Avstraliyanın ən böyük artezian hövzəsi olan Böyük
Artezian hövzəsi Karpentariya körfəzindən Darlinq hövzəsinə qədər uzanır. Yeraltı
sulardan çox istifadə olunması bir çox sahələrdə onların tam tükənməsinə gətirib
çıxarmışdır.
• Arqayl gölü –
Avstraliyada yerləşən bu süni
şirinsulu gölün sahəsi 1000 km
2
-ə yaxındır.
Gölün suyundan suvarmada istifadə olunur.
Göldə xeyli balıq növü yetişdirilir
.
• Torrens gölü – böyüklüyünə
görə Avstraliya-
nın ikinci duzlu axarsız gölüdür. Cənubi Av-
straliyada yerləşir. Son 150 ildə yalnız bir dəfə
su ilə dolmuşdur. Göl milli park hesab edilir.
– Avstraliyada içməli su problemini hansı yollarla həll etmək mümkündür?
Şəkil və mətn üzrə iş
Biliklərin tətbiq edilməsi və yoxlanılması
•
Masazır gölü Azərbaycanın
Abşeron yarımadasında yerləşir.
Lakin o, xarıcı
görünüşünə görə
Hiller gölünü xatırladır. Onun da
sularının rəngi tünd-çəhrayıdır.
Şəkildən istifadə etməklə suallara
cavab verin:
1. Şor, yoxsa şirinsulu göldür?
2. Masazır gölü axarlı, yoxsa
axarsız göldür?
3. Gölün rəngi nə üçün qırmızıdır?
4. Göldən hansı
məqsədlə istifadə
oluna bilər?
Masazır gölü
Mətn və şəkil üzrə iş
98
D
ÜNYA OKEANINDAN İSTİFADƏ
Aşağıdakı qrafikdə bir neçə yüzillik ərzində Yer kürəsində əhali ilə təbii ehtiyatlar arasında
nisbətin dəyişilməsi göstərilmişdir.
Müzakirə edin:
1. Əhali və təbii sərvətlər arasında hansı dəyişikliklər baş verdiyini izah edin.
2. Hansı nöqtə əhali ilə təbii ehtiyatlar arasında daha çox optimal nisbəti göstərir?
3. Təbii ehtiyatlarla əhali arasında fərqin artmasının qarşısını almaq üçün nə etmək olar?
4. Əhalinin təbii sərvətlərə olan tələbatının ödənilməsində Dünya okeanı hansı rola malikdir?
Yer kürəsinin quru hissəsində əlverişli təbii şəraitə malik ərazilər insanlar tərə-
findən mənimsənilmişdir.
İnsanlar bu ərazilərdəki təbii sərvətlərdən yüzillərdir istifadə edirlər. Hazırda on-
ların çoxu tükənmiş və ya tükənmək dərəcəsinə çatmışdır. Lakin Yer kürəsinin
əhalisi artmaqda davam edir, sərvətlər isə daha çox azalır.
Quruda təbii ehtiyatların azalması insanların Dünya okeanının resurslarından
istifadəyə daha çox diqqət yetirməsi ilə nəticələnmişdir. Sərvətlərin aşkar edilməsi
və istifadə olunması üçün okeanların xüsusiyyətləri öyrənilməlidir. Onların əldə
edilməsi üçün uyğun texnologiya və texniki avadanlığın yaradılması xeyli
vəsait tə-
ləb edir. Lakin Dünya okeanı müxtəlif təbii ehtiyatlarla zəngindir və onlar quruda
tükənməkdə olan təbii sərvətləri əvəz edə bilər.
Dünya okeanının ən qiymətli sərvətlərindən biri
dəniz sularıdır. Okean suyunda
həll olmuş halda 70-dən çox kimyəvi element var: xörək duzu, xlor, maqnezium,
kalium, brom, uran, qızıl və s. Dünyada adambaşına 270 mln m
3
su düşür. Lakin şirin
su ilə qurunun yalnız 60%-i təmin olunmuşdur.
0
2
4
6
XV əsr
XVII əsr
XIX əsr
XXI əsr
Əhali
Təbii ehtiyatlar
Qrafik üzrə iş
27
Dünyada suyu
şirinləşdirən ən
nəhəng qurğu
Səudiyyə Ərəbistanı
Mlrd. nəfər
99
• III fəsil •
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti
•
3
Dünyada 80-dən çox ölkə şirin su çatışmazlığından əziyyət çəkir. Şirin su ilə tə-
min olunmağın ən perspektivli yollarından biri Dünya okeanının duzlu sularının şi-
rinləşdirilməsidir. Dəniz sularının şirinləşdirilməsi texnologiyası 150-dən çox ölkə-
də tətbiq edilir. Ən güclü suşirinləşdirici qurğular Cənub-Qərbi Asiyanın varlı
ölkələrindədir. Şirinləşdirilmiş sular əhalinin içməsi üçün yararlı deyil, məişətdə və
sənayedə (maşınqayırma zavodlarında, elektrik stansiyalarında) istifadə olunur.
Dəniz suyunun şirinləşdirilməsi kifayət qədər
sadədir. O, sxemdə göstərilmişdir.
Dəniz suyunun şirinləşdirilməsi həcminə görə
birinci onluğa daxil olan ölkələr (2009-cu il)
Ölkələr
1.
Səudiyyə Ərəbistanı
2.
Birləşmiş
Ərəb Əmirlikləri
3.
İspaniya
4.
Küveyt
5.
Qətər
6.
Əlcəzair
7.
Çin
8.
Liviya
9.
ABŞ
10. Оman
Dünya okeanı qiymətli
xammal və
yanacaq mənbəyidir. Okean və dənizlərin şelf
zonalarından çıxarılan qiymətli yanacaq – neft və təbii qaz daha böyük əhəmiyyət
kəsb edir. İran körfəzi, Şimal dənizi, Meksika körfəzi, Kaliforniya sahilləri, Cənubi
Çin və Xəzər dənizlərindən kifayət qədər neft çıxarılır. Dənizlərin şelfində dəmir
filizi, mis, nikel və civə yataqları kəşf edilmişdir.
Okeanların dibində toplanmış, səthə qaldırılması mümkün olan zəngin filiz eh-
tiyatları var. Onlar Sakit okeanın mərkəzi və şərq hissəsində daha çoxdur (16 mln.
km
2
). Bu filizlərin çıxarılmasına ilk cəhdi Havay adaları rayonunda ABŞ göstər-
mişdir. Böyük Britaniya, Kanada, Yaponiya və Çində sualtı daş-kömür mədənləri
var. İndoneziya, Tailand, Malayziya sahillərində qalay, Namibiya sahillərində isə
almaz çıxarılır.
Əhalinin və iqtisadiyyatın müxtəlif sahələrində
enerjiyə olan tələbatın ödənilmə-
sində Dünya okeanı mühüm rola malikdir. Dünya okeanından
enerji almaq üçün ilk
növbədə qabarma-çəkilmədən istifadə edilir.
Açıq dəniz və okeanlara çıxışı olan Fransa, Kanada, Böyük Britaniya, Avstraliya,
Argentina, ABŞ və Rusiyada qabarmanın gücündən enerji alınır. Bu məqsədlə artıq
xeyli sayda qabarma elektrik stansiyaları tikilmişdir.
Sxem və cədvəl üzrə iş
Müzakirə edin:
1. Sxemdən istifadə edərək suyun necə şirinləşdirildiyini izah edin.
2. Nə üçün Dünya okeanına çıxışı olan dəniz su resurslarına malik tropik Afrika ölkələrində şirin
su çatışmazlığı problemi mövcuddur?
Qaynadılma
Soyudulma
Buxar
Duzlu su
Şirin su
Termik üsulla dəniz suyunun
şirinləşdirilməsi prosesi
Coğrafiya və Kimya