87
• III fəsil •
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti
•
3
Şimali Amerikanın şimal-qərbindəki Yukon çayı Asiyadakı Sibir çaylarını xatır-
ladır. Yukon çayı Sakit okeana axır.
Şimal Buzlu okeanı hövzəsinə aid olan çaylar ilin çox hissəsini buzla örtülü olur.
Bu hövzənin ən böyük çayı Böyük Kölə gölündən başlayan Makkenzidir. Şimali
Amerika çaylarının qidalanma rejimi və səviyyəsi müxtəlifdir.
Göllərinin ümumi sahəsinə görə Şimali Amerika yalnız Avrasiyadan geri qalır.
Göllərdən ən böyükləri Böyük Ayı, Böyük Kölə, Vinnipeq və Atabaska tektonik və
buzlaq mənşəlidir. Şimali Amerikanın Böyük gölləri dünyada ən böyük şirinsulu
göllərdir.
Böyük Göllər kompleksinin tərkibinə beş göl daxildir. Bu göllər qrupu Müqəddəs
Lavrenti çayı vasitəsilə Atlantik okeanına birləşir.
Bu göllər qışda donmur. Onların hər biri özünəməxsus xüsusiyyətə malikdir. Göl-
lərin ABŞ və Kanada iqtisadiyyatında mühüm rolu vardır. Onların sahilləri əhalinin
sıx məskunlaşdığı ərazilərdəndir. Göllər şirin su mənbəyi olmaqla yanaşı, turizm
baxımından da əhəmiyyətlidir. Yuxarı göldən Atlantik okeanına qədər gəmiçilik
kanallarının uzunluğu 3900 km-dir.
1. Böyük göllərin tərkibinə daxil olan gölləri
mütləq hündürlüyə görə ardıcıl yazın.
2. Ən dərin və sahəsinə görə ən böyük göl
hansıdır?
3. Niaqara şəlaləsi hansı göllər arasındadır?
Müzakirə edin:
– Göllərin və şəlalənin iqtisadi əhəmiyyətini
şərh edin.
• Niaqara hindi dilində “guruldayan su” deməkdir. Onun səsi 25 km-dən
eşidilir. Şəlalənin hündürlüyü 53 m, eni isə 1100 m-dir.
Niaqara şəlaləsi dün-
yanın ən görməli yer-
lərindən biridir. Bura
il ərzində orta
hesabla 25 milyon
turist gəlir.
1 – Yuxarı, 2 – Miçiqan, 3– Huron, 4 – Eri,
5 – Ontario.
Şimali Amerika. Böyük göllər
1
1
3
2
3
2
4
5
Niaqara şəlaləsi
Niaqara şəlaləsi
4
5
Sxem üzrə iş
88
1. Mətndəki hidronimləri (su obyektlərini bildirən coğrafi adlar) dəftərə yazın.
2. Şimali Amerikanın kontur xəritəsində onlara uyğun gələn rəqəmləri qeyd edin.
3. Aşağıdakı plan əsasında Missisipi və Kolorado çaylarını müqayisə edin:
Suallar
Missisipi Kolorado
a) Çayların mənbəyi və mənsəbi haradır?
b) Çaylar hansı istiqamətdə axır?
c) Çayların axın xüsusiyyətinə relyef necə təsir edir?
d) Çaylar nə ilə qidalanır?
e) Çayların rejimi necədir və iqlimdən necə asılıdır?
f) Çaylardan təsərrüfat məqsədilə necə istifadə olunur?
Biliklərin tətbiq edilməsi və yoxlanılması
89
• III fəsil •
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti
•
3
C
ƏNUBİ AMERİKANIN DAXİLİ SULARI
Cənubi Amerika ən sıx çay şəbəkəsinə malikdir və burada planetin ən bolsulu
çayı olan Amazon axır. Amazonun uzunluğu Maranyon və Ukayali çaylarının bir-
birinə qovuşduğu yerdən hesablanır. Çayın mənbəyi And dağlarından başlayan Uka-
yalidən hesablandığı halda, o həm də dünyanın ən uzun çayı kimi qəbul edilir. Ama-
zon Atlantik okeanına tökülür. Əsasən, yağış suları ilə qidalanır. Çay il boyu bolsulu
olur. Buna səbəb Amazonun ekvatorial iqlim qurşağında olması, çayın sol qollarınn
şimal subekvatorial, sağ qollarının isə cənub subekvatorial iqlim qurşağında yerləş-
məsidir.
Аmazon hidroenerji potensialı ilə zəngindir. Çayın üzərində SES yoxdur, lakin
onun qolları üzərində bəndlər və SES-lər tikilmişdir. Eninin, dərinliyinin çox və il
boyu bolsulu olması Amazon çayını gəmiçilik üçün əlverişli edir. Nəhəng okean gə-
miləri çaya daxil olur və mənsəbdən 150 km məsafədə yerləşən Manaus limanına
qədər qalxır. Аmazon nadir endemik heyvan və bitkilərin yaşadığı yerdir.
Anakonda. Amazon çayının ən məşhur canlısı
anakondanın uzunluğu 12 m-dir. Anakondanın
zəhəri yoxdur, o, şikarını diri-diri udur.
Viktoriya Regiya. Dünyada ən böyük
zanbaqdır. Yarpağının diametri 1,5 m-
dir. O, üstündə 12–13 yaşadək uşağı
saxlaya bilir.
Piranya. 20 sm-lik kiçik balıqdır. Piraniyalar sürü ilə
hücum edir və bir neçə dəqiqə ərzində iri heyvanı
parçalaya bilirlər.
Piraruka balığının uzunluğu 5 m-ə,
çəkisi isə 200 kq-a çatır.
24
• Cənubi Amerikadakı Rio-Neqru çayı Amazonun ən uzun qolu
hesab edilir. Onun suları tünd rəngdədir. Amazona töküldükdən
sonra Rio-Neqrunun suları bir neçə kilometr Amazon suları ilə
qarışmır və ayrıca tünd rənglə axmaqda davam edir.
Müzakirə edin:
– İki çayın sularının tez qarışmamasının səbəbləri nə ola bilər?
Rio-Neqru çayının Amazona
töküldüyü yer
Mətn üzrə iş
90
Materikin digər iri çayı Paranadır. Onun mənbəyi Braziliya yaylasındadır. Cənuba
doğru axaraq subekvatorial, tropik və subtropik iqlim qurşaqlarından keçir və La-Plata
körfəzinə tökülür. Əsasən, yağış suları ilə qidalanır. Parana çayının bolsululuq dövrü
Cənub yarımkürəsinin yay ayları olan dekabr–fevral aylarına düşür.
• Parana çayının Braziliya və Argentinanın iqtisadiy-
yatında rolu böyükdür. Çayın təsərrüfatda rolu yal-
nız enerji istehsalı ilə məhdudlaşmır. Parana və onun
qolları ağac axıdılması, suvarma, balıqçılıq, nəqliy-
yat və məişət məqsədilə istifadə edilir.
• İtaypu – Braziliya və Paraqvay sərhədində Parana
çayı üzərində SES-dir. Burada istehsal olunan elekt-
rik enerjisi Braziliyanın tələbatının 20%-ni, Paraq-
vayın isə 90%-ni ödəyir.
Cənubi Amerikanın şimalında Qviana yaylasından başlayaraq eyniadlı düzənliklə
Orinoko çayı axır. Çay mənsəbində delta yaradır. Şimal yarımkürəsinin subek-
vatorial iqlim qurşağında yerləşdiyinə görə Orinokonun hövzəsinə yay aylarında bol
yağıntı düşür. Dünyanın ən hündür şəlaləsi olan Anhel (1054 m) Orinoko çayı üzə-
rində yerləşir. Çayın hövzəsi sıx meşələrlə örtülmüşdür. Orinokonun yerləşdiyi
Venesuelanın meşə məhsulları ixracatçısı olması da bununla əlaqədardır. Çayın hid-
roenerji resurslarından az istifadə edilir.
• Anhel şəlaləsi YUNESKO-nun ümumdünya irs
siyahısına daxil olan Kanaim Milli Parkının əra-
zisində yerləşir. Bu, dünyada sahəsinə görə ən
böyük parklardan biridir və buraya hər il milyon-
larla turist gəlir.
Anhel şəlaləsi. Venesuela
Cənubi Amerika çaylarının əksəriyyəti Atlantik okeanı hövzəsinə aiddir. Bu, ma-
terikin qərbdən şərqə doğru meyilli və And dağlarının Atlantik və Sakit okeanlar
arasında suayırıcı olması ilə əlaqədardır. Materikdə Sakit okeana tökülən iri çayların
formalaşması mümkün deyil.
Cənubi Amerikanın gölləri çox deyildir. Burada iri göllər yoxdur. Sahəsinə görə
ən böyük gölləri Marakaybo və Titikaka gölləridir.
• Dünyanın ən hündür dağ gölü sayılan Titikaka
çox yüksəkdə yerləşdiyi üçün onun suyu həmişə
soyuq olur.
1. Siyasi xəritəyə əsasən Titikakanın hansı dövlət-
lərin ərazisində yerləşdiyini müəyyən edin.
2. Nə üçün Titikaka gölü təsərrüfatda az istifadə olu-
nur?
Titikaka gölü.
Gölün ətrafın-
da Cənubi
Amerikanın
endemik hey-
vanı olan lama-
ya (alpaqa)
rast gəlinir.
Mətn üzrə iş
Dostları ilə paylaş: |