0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə28/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   61

 
 
 
91 
 
•   III  fəsil  •  
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti  


Marakaybo  gölü  materikin  şimalında  yerləşir,  ensiz  və  dayaz  kanal  vasitəsilə 
Venesuela körfəzi və Karib dənizi ilə birləşsə də, göl adlanır. O, Cənubi Amerikanın 
ən iri gölüdür.  
 
 
 
Göl Venesuela iqtisadiyyatında çox böyük rol oynayır. Belə ki, burada çıxarılan 
böyük həcmdə neft bu ölkənin gəlirinin əsas hissəsini təşkil edir.  
 
 
 
 
1.  Mətndə adları çəkilən bütün hidroobyektləri (çay, göl, şəlalə, su anbarı və s.) xəri-
tədə tapın, kontur xəritədə qeyd edin və cədvəli 
dəftərinizdə tamamlayın. 
Hidroloji obyektlər 
Təsərrüfat əhəmiyyəti 
1. 
 
2.  Siyasi xəritə və “Cənubi Amerikanın su təchizatı” 
xəritə-sxemindən istifadə edərək cədvəli tamam-
layın. 
 
 
 
 
 
 
 
 
• Katatumbo çayının Marakaybo gölünə tökül-
düyü yerdə il ərzində 1,2–1,6 milyon dəfə, yəni  
hər gecə 7–10 saat şimşək çaxır. Bu hadisə 
And dağlarından gələn hava kütlələri ilə yerli 
bataqlıqdan qalxan metan qazının toqquşması 
ilə izah edilir. Şimşək 400 km uzaqlıqdan 
görünür. Bu, ətraf sularda üzən gəmilər üçün 
“təbii mayak”dır.  
Marakaybo 
gölü 
 
Marakaybo 
gölündə neft 
hasilatı 
 
“Katatumbo 
möcüzəsi”.  
 
Marakaybo gölü 
üzərində ildırım 
hadisəsi
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
3. Xəritə-sxemdə göstərilən çay üçün səciyyəvi olan  
xüsusiyyətləri müəyyən edin. 
a)  Çayın mənbəyi Braziliya yaylasında yerləşir. 
b)  Ekvatorial, subekvatorial və tropik iqlim 
qurşaqlarından axır. 
c)  Çayın suyu dekabr–fevral aylarında artır. 
d)  Onun üzərində İtaypu SES tikilmişdir. 
e)  Dünyanın ən bolsulu çayıdır.  
f)  Sakit okean hövzəsinə aiddir.
 
Su təchizatı (hər nəfərə min m
3
/il) 
Ölkələr 
100-dən çox 
 
50–100 
 
25–50 
 
10–25 
 
 

 
Su anbarları 


 
 
92 
 
 
А
FRİKANIN DAXİLİ SULARI 
 
 
 
 
 
 
Afrikada daxili suların paylanması relyef və iqlimlə sıx əlaqədardır. Materikin 
mərkəzində ekvatorial iqlimdə yerləşən ərazilərdə çay və göl şəbəkəsi sıxdır. Tropik 
enliklərdə Afrikanın çayları qısa, azsulu olub, əksəriyyəti okeana çatmır və mate-
rikdaxili axarsız çökəkliklərdə quruyur. 
Afrika çayları Atlantik okeanına (Nil, Konqo, Niger, Seneqal, Narıncı və s.) və 
Hind okeanına (Zambezi, Limpopo və s.) tökülür. 
Çaylar, əsasən yağışla qidalanır. Mərkəzi Afrika çayları il boyu bolsulu olur. Su-
bekvatorial qurşaqda çaylar ilin yağışlı dövründə bolsulu olur. Quru tropik iqlimə 
malik  ərazilər,  demək  olar,  səth sularından  məhrumdur, lakin orada tranzit çaylar 
mövcuddur. Onlar başlanğıclarını çoxlu yağıntı düşən ərazilərdən götürür və əlavə 
qida  almayaraq  arid  rayonlarla  axır.  Məsələn,  Nil  çayı  öz  başlanğıcını  ekvatorial 
ərazilərdən  götürür,  geniş məsafədə  subekvatorial  enliklərdən  keçərək  tropik  səh-
ralara çıxır.  
Tropik qurşaqda nadir hallarda yağan qısamüddətli leysan yağışlar dərələrə dolur. 
Az sonra su quma hopur və ya  buxarlanır. Qurumuş  çay dərələri (vadilər) qalır. 
Subtropik qurşaqdakı çaylarda suyun səviyyəsi yağışlı dövrdə qalxır. Aralıq dənizi 
sahilindəki qısa çaylar qış aylarında bolsulu olur.  
25 
Afrikanın su təchizatı 
Xəritə-sxem və Afrikanın siyası xəritəsindən 
istifadə edərək cədvəli tamamlayın: 
– Su resursları ilə daha yaxşı təmin olunan 
və olunmayan ölkələri müəyyənləşdirib 
cədvəldə qeyd edin. 
 

 
Su anbarları 
Su təchizatı  (hər nəfərə 
görə min m
3
/il) 
Ölkələr
  
Xəritə-sxem üzrə iş


 
 
 
93 
 
•   III  fəsil  •  
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti  


 
• Nil – bəşəriyyətin  tarixi çaylarından biridir. Çayın sahilləri qədim zamanlardan məskunlaş-
mışdır. Nil çayı Şimali Afrikanın ən böyük sərvətidir.  
1974-cü ildə çayın üzərində Misir və Sudan ərazisində  Nasir (Asuan) su anbarı yaradılmışdır. 
Ondan  Nil  çayının  axınının  tənzimlənməsində,  daşqınların  qarşısının  alınmasında,  elektrik 
enerjisi istehsalında, suvarma, gəmiçilik və balıqçılıqda istifadə edilir. SES-də istehsal olunan 
enerji  ölkədə  çoxsaylı  istehsal  sahələrinin  yaradılmasına  imkan  yaratmışdır.  Su  anbarından 
suvarma kanallarının çəkilməsi geniş sahələrdə il boyu əkinçiliyin inkişafına təkan verir. Bu isə 
il ərzində 2–3 dəfə məhsul götürməyə və ərzaq probleminin həll edilməsinə imkan yaratmışdır. 
Sahildəki Asuan şəhəri yeni mərkəzə çevrilmişdir. Su anbarı sahilində çimərlik, hovuz, su-idman 
komplekslərini  birləşdirən  böyük  rekreasiya  mərkəzi  yaradılmış,  yeni  mehmanxanalar  tikil-
mişdir.  Nasir  su  anbarı  ərazinin  iqliminə  böyük  təsir  göstərmişdir.  Burada  buludlu  və  yağışlı 
günlərin  sayı  artmış,  havanın  orta  illik  temperaturu 
2°C  aşağı  düşmüş,  rütubətlik  15–20%  yuxarı  qalx-
mış, sutkalıq brizlərin təsiri  güclənmiş, köçəri quşla-
rın  sayı  artmışdır.  Nasir  su  anbarının  ətraf  mühitə 
mənfi təsiri də vardır. Çayın gətirdiyi münbit çökün-
tülər  bənddən  yuxarıda  toplandığına  görə  bənddən 
aşağıda  olan  torpaqların  münbitliyi  itir.  Bu  itkini 
əvəz  etmək  üçün  hər  il  torpaqlara  azot  gübrələri 
verilir. Su anbarından aşağıda çay sularının bulanıq-
lığı  azalmışdır.  Yeni  yaradılan  müəssisələrdən 
axıdılan  sənaye  tullantıları  suyun  çirklənməsinə  və 
canlı  aləmin  məhvinə  səbəb  olur.  İl  boyu  suvarma 
şəraitinin  yaradılması  bəzi  yoluxucu  xəstəliklərin 
daşıyıcısı  olan  su  orqanizmlərinin  yaşayışı  üçün 
əlverişli mühit yaratmışdır.  
 
Mətndəki faktları  qruplaşdırın və cədvəli tamamlayın: 
Su anbarının təsiri 
Mətndəki faktlar 
1. Təsərrüfat sahələrinin inkişafına su anbarının təsiri:  
a) sənaye;  
b) kənd təsərrüfatı;  
c) nəqliyyat;  
d) xidmət sahələri;  
e) yaşayış məntəqələri. 
 
2. Su anbarlarının ərazinin təbii şəraitinə təsiri:  
a) iqlim;  
b) üzvi aləm. 
 
3. Nasir su anbarının tikilməsinin mənfi nəticələri:  
a) ətraf mühitə;  
b) əhaliyə 
 
 
  
Uzunluğuna,  axımın  həcminə  görə  Afrika  çaylarının  çoxu  dünyanın  nəhəng 
çaylarından sayılır (Nil, Konqo). Çayların əksəriyyəti  gəmiçilik üçün az yararlıdır, 
lakin nəhəng hidroenerji ehtiyatlarına malikdir. Afrika çaylarında çoxlu astana və 
şəlalələr vardır. Tuqela çayı üzərindəki Tuqela şəlaləsi (CAR) Afrika şəlalələri içə-
risində ən məşhuru olmasa da, hündürlüyünə görə (947 m) dünya şəlalələri arasında 
ikinci yeri tutur. 
 
 
 
Mətn üzrə iş
 
Nasir  
su anbarı
MİSİR 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə