103
• III fəsil •
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti
•
3
Müzakirə edin:
1. Cədvəldə adları qeyd olunan iri su anbarları hansı çayların üzərində yerləşir? Cədvəli dəftərinizdə
tamamlayın.
Su
anbarları
1
2
3
4
5
6
7
8
9
10
11
M
ingəçev
ir
Yenikənd
Şəmkir
Varvara
Araz su qov-
şağı
Mil-Muğan
Ceyranbatan
Sərsəng
Arpaçay
Viləş
Xanbulan-
çay s
ah
əs
i
Tutduğu
sahə, кm
2
625
78
116
22,5
145
4,5
13,9
13,85
6,30
2,50
24,6
Hansı çayın
üzərindədir
2. Respublikanın bütün su anbarlarının ümumi sahəsi 1070 км
2
təşkil edir. Su anbarlarının sahəsi
Azərbaycanın ümumi sahəsinin neçə faizini təşkil edir?
2. Respublikada su anbarlarının əksəriyyəti suvarma işlərində istifadə olunur. Bu
məqsədlə su anbarlarından kanallar çəkilmişdir. Su kanallarının ümumi uzunluğu
respublika üzrə 50 min km-ə yaxındır. Suvarılan torpaqların ümumi sahəsi 1,4 mil-
yon hektardan çoxdur.
Azərbaycan Respublikasının iri suvarma kanalları
№ Kanalın adı
Başlandığı
su
hövzəsi
Uzunluq, km-lə
Suvarılan sahə,
(min hektarla)
Suvarıldığı ərazilər
1.
Samur -Abşeron
182
92
2.
Yuxarı Qarabağ
175
85
Mil, Qazax-
Qarabağ,
3.
Yuxarı
Şirvan
126
127
4.
Baş Mil
38
64
5.
Baş Muğan
37
140
– Azərbaycan Respublikasında iri suvarma kanallarını xəritədə tapın və cədvəli tamamlayın.
3. Azərbaycan ərazisində olan çaylardakı su-elektrik stansiyalarından hazırda is-
tehsal edilən enerjinin miqdarı 2,4 milyard kV/saat-dır. Lakin bu rəqəm 16 milyard
kVt/saat ola bilər.
Ölkənin ən böyük elektrik stansiyaları Kür (Şəmkir SES, Mingəçevir SES, Var-
vara SES, Yenikənd SES), Tərtər (Sərsəng SES) və Araz (Araz su qovşağı) çayı
üzərində tikilmişdir.
Orta ölçülü SES-lərin tikintisi də ölkə iqtisadiyyatında mühüm rol oynayır. Belə
stansiyalara Ordubad SES, Taxtakörpü SES misal göstərilə bilər.
SES-lərın tikintisi baha başa gəlir, bu stansiyaların işində
ekoloji cəhətdən təmiz
su mənbələrindən istifadə olunur. Neft-qaz ehtiyatının böyük olmasına baxmayaraq,
son illər kiçik SES-lərin tikintisinə start verilmişdir. Bu da mazutun qənaətinə səbəb
104
olmuş, sel axınlarını nəzarətdə saxlamaq və yeni suvarma sistemlərinin ya-
radılmasına gətirib çıxarmışdır. Kiçik SES-lərə nümunə kimi Balakən (“Balakən-1”),
Göyçay (“Göyçay-1”), İsmayıllı, Oğuz və Astarada tikilən stansiyaları göstərmək olar.
Su anbarları və çaylar, balıqçılığın inkişaf
etdirilməsində də istifadə olunur. Balıq sə-
nayesi heyvandarlıq sahəsinin qollarından
birini təşkil edir. Bu sahə yeyinti sənayesi-
nin ən mühüm sahələrindən biridir.
Su anbarlarında balıqçılığın inkişafı əhalinin
təzə balıq ətinə tələbatını ödəməklə yanaşı,
balıq konservlərinin hazırlanması üçün
xammal ehtiyatı yaradır. Balıqçılığın inkişaf
etdirilməsi üçün ilk növbədə, balıq fermaları
yaradılır ki, bu müəssisələrdə kürülər saxla-
nılır, sonra xüsusi hovuzlarda yetişdilir və
satılır. Bu fermalardan biri Qəbələ rayonun-
dadır. Fermada alabalıq və digər qiymətli ba-
lıq növləri yetişdirilir.
Biliklərin tətbiq edilməsi və yoxlanılması
İnternet mənbələrindən istifadə etməklə aşağıdakı plan üzrə Mingəçevir su anbarı
haqqında məlumat toplayın.
Dərsdən sonra
1. Üzərində su anbarı
quraşdırılan çay
2. Su-elektrik
stansiyasının
tkintisinin
başlanıldığı
və işə
salındığı illər
3. Sahə, dərinlik
4. Bəndin hündürlüyü
5. Elektrik
stansiyasının gücü
6. Su anbarlarından
çıxan
kanallar
7. Su anbarlarının
iqtisadi rolu
8.
Su anbarlarının
tikintisi ilə bağlı
xoşagəlməz hallar
Alabalıq yetişdirən ferma. Qəbələ rayonu
Mingəçevir SES. Su qovşağı enerji təchizatı, su nəqliyyatı,
idman oyunları üçün və sel daşqınlarına qarşı kompleks
rolunu oynayır.
105
• III fəsil •
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti
•
3
1.
Xəritə-sxemdə təsvir edilən
çayları müəyyənləşdirin:
a) Çayların keçdiyi ölkələri
sadalayın.
b) Çaylardan istifadəyə dair
nümunələr gətirin.
2. Xəritə-sxemdə hansı kanalların təsvir olunduğunu
müəyyənləşdirin və cədvəli tamamlayın.
№
Kanalın
adı
Suvarılan
düzənliklər
1
2
3
4
3. Şəkillərdə təsvir edilən hidroloji obyektlərin adını deyin:
a) Hidroloji obyektlərin qısa coğrafi səciyyəsini yazın.
b) Coğrafi obyektlər təsərrüfat məqsədilə necə istifadə olunur?
4. Kontur xəritədə göstərilən ən iri su-elektrik stansi-
yalarını sadalayın. Son illər tikilən, lakin xəritədə gös-
tərilməyən SES-lər hansılardır? Fikrinizi əsaslan-
dırın.
5. Amudərya və Kolorado çaylarının üç oxşar və
fərqli cəhətlərini ayrı-ayrılıqda yazın.
6. Dünyanın iqlim xəritəsinə əsasən 10 çaya aid
məlumatları cədvələ yazın.
Çaylar
Materik
Okeanlar
Sakit
Atlantik
Hind
Şimal Buzlu
Ü m u m i l ə ş d i r i c i t a p ş ı r ı q l a r
Dunay
1
2
3
4
5
6