1. Aşağıdakılardan biri dilin funksiyalarına aiddir


Hansı nümunələrdə leksik norma pozulmuşdur?



Yüklə 0,9 Mb.
səhifə12/48
tarix08.06.2022
ölçüsü0,9 Mb.
#89052
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   48
Azərbaycan dili ve nitq medeniyyeti (1)

88. Hansı nümunələrdə leksik norma pozulmuşdur?
1) Mötəbər rəvayətə görə, burada min illər boyu formalaşan kədər potensiyası vardır
2) Aşağıdan yuxarıya baxanda dağın dibi ilə axan köpüklü dağ çayını görürsən
3) Keçdikcə nəsillər sənin o söz çəmənindən,
Ellər, obalar dərs alacaqdır hələ səndən. (S.Vurğun)
4) O, böyük rütbə sahibidir. Yüksək idarədə çalışır.
5) Tarix bizi çox çətin sınağa çəkir
A) 1, 2, 4
B) 2, 3
C) 4, 5
D) 1, 3, 5
E) 2, 3, 5
89. Aşağıdakı sözlərin alınma qarşılıqlarından birində səhvə yol verilmişdir:
A) toplum – dövlət
B) soykökü – nəsil
C) bilgi – məlumat
D) durum – vəziyyət
E) dönəm – mərhələ
90. Özləşmə prosesini nəzərə alıb sıranı tamamlayın.
Yüzillik, duracaq, saxlanc …
A) açıqca
B) müşavir
C) təşəbbüs
D) aydınlaşdıqca
E) sözlük
91. Bəzən dildən çıxmış sözlər yenidən istifadəyə gətirilir, yəni söz dirilir. Belə sözlər hansı cərgədədir?
A) çavuş, ulu, dürlü
B) bildiriş, ildönümü, qurultay
C) çimərlik, duracaq, nəfəslik
D) başqan, çağdaş, durum
E) istilikölçən, soyqırım, yarlıq
92. Biri qrammatik normanın əlaməti sayıla bilməz:
A) qrammatik norma, eyni zamanda, sözlərin mənasından düzgün istifadəni tələb edir
B) ədəbi dilin qrammatik norması ümumxalq dilinin qrammatik quruluşunu əks etdirir
C) sözlər və cümlələr arasındakı əlaqənin nitqdə düzgün qurulmasını tələb edir
D) adlara (isim, sifət, say, əvəzlik və s.) əvvəl kəmiyyət, sonra mənsubiyyət, daha sonra hal, ondan sonra xəbərlik (şəxs) şəkilçisinin artırılması qrammatik normanın tələblərindən biridir
E) qrammatik normanın tələbinə görə, cümlədə əvvəl mübtəda, sonra tamamlıq, daha sonra xəbər gəlir
93. Aşağıdakılardan biri üslubiyyatın əsas vahididir:
A) üslub
B) mətn
C) söz
D) cümlə
E) əlifba

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə