1. Aşağıdakılardan biri dilin funksiyalarına aiddir


Bunlardan birinin konkret predmetini müəyyənləşdirmək çox çətindir



Yüklə 0,9 Mb.
səhifə44/48
tarix08.06.2022
ölçüsü0,9 Mb.
#89052
növüYazı
1   ...   40   41   42   43   44   45   46   47   48
Azərbaycan dili ve nitq medeniyyeti (1)

364. Bunlardan birinin konkret predmetini müəyyənləşdirmək çox çətindir:
A) nitq mədəniyyəti
B) fonetika
C) leksika
D) frazeologiya
E) qrammatika
365. Ədəbi dil haqqındakı fikirlərdən biri yanlışdır.
A) ədəbi dildə nitqin sərbəstliyi əsasdır
B) ədəbi dil inkişafla bağlı olaraq dəyişir
C) ədəbi dil həm fonetik, həm qrammatik, həm də leksik normalara əsaslanır
D) ədəbi dil hamının başa düşdüyü dildir
E) ədəbi dildə məhəlli xarakterli sözlərə yer verilmir
366. Ədəbi dilin qrammatik normasının əsas tələbi:
A) sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulması
B) sözün mənasına bələd olmaq, onu düzgün işlətmək
C) milli sözləri daha çox işlətmək
D) sözü düzgün tələffüz etmək və düzgün yazmaq
E) məhəlli, yerli sözləri nitqdə işlətməmək
367. Düzgün nitq o nitq forması sayılır ki:
A) dilin fonetik, leksik, qrammatik qayda – qanunları pozulmasın
B) obrazlılıq və məcazililikdən geniş istifadə edilsin
C) ancaq ümumişlək sözlərdən ibarət olsun
D) yığcamlıq, sadəlik tələblərinə əməl edilsin
E) terminlərdən istifadə etməklə elmilik gözlənilsin
368. Nitq mədəniyyətinin ən mühüm şərti nədir?
A) ədəbi dilin normalarına riayət etmək
B) terminlərdən istifadə etmək
C) obrazlılıq və məcazilikdən istifadə etmək
D) yığcamlıq, sadəlik tələblərinə əməl etmək
E) nitqin ədəbi tələffüz baxımından dəqiqliyinə əməl etmək
369. Müəllim auditoriyada S.Vurğun şerlərinin bədii – ifadə xüsusiyyətləri barədə danışır. Onun nitqi natiqliyin hansı sahəsinə aiddir?
A) akademik natiqlik
B) bədii natiqlik
C) siyasi natiqlik
D) inzibati – idarə natiqliyi
E) işgüzar natiqlik
370. Nitqdə müəyyən miqdar saylarından sonra gələn isimlər cəmdə işlədilərsə, bu halda ədəbi dilin hansı norması pozulur?
A) qrammatik
B) leksik
C) leksik və qrammatik
D) fonetik
E) fonetik və leksik

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə