1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Sifarişçiyə qayğı və diqqət



Yüklə 1,48 Mb.
səhifə24/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   20   21   22   23   24   25   26   27   ...   68
Audit suallar-Ayten

Sifarişçiyə qayğı və diqqət.
Vergi münasibətləri. Auditor bütün aspektlərdə vergitutma haqqında qanun­veri­ci­li­yə tabe olmalıdır: nə özlərinin, nə də sifarişçinin vergitutma bazasını bi­lərəkdən azalt-mamalıdır, baş­qa sözlə, auditor nə üzünün, nə də di­gər şəxslərin marağına görə vergi qanunveri­ci­li­yini pozmamalıdır.
Auditorlar arasında münasibət. Auditor öz peşə həmkarları və iş yoldaşları ilə xoş, işgüzar münasibətlər qurma­lı, əsassız olaraq digər auditorların, auditor təş­ki­lat­la­rı­nın fəaliyyətini tənqid etməməlidir.
Reklam. Auditor xidmətlərinin reklamı auditor təşkilatları və auditorlar haq­qında düzgün və dürüst informasiyanı əks etdirməlidir. Auditor küt­ləvi informasiya vasitələrində reklam verməklə üstünlük əldə et­mək üçün tədbirlər görə bilər.
Auditor xidmətlərinin ödənilməsi. Auditor xidmətinə görə ödəniş işin həcmi və yerinə yetirilmə vax­tın­dan asılı оla­raq həyata keçirilir. Auditorlar və sifarişçilər ara­sın­da münasibətlər müqavilə əsasında qurulur və həmin müqavilədə xid­mət­lərin göstərilməsinə görə ödəniləcək məbləğ və tərəflərin mə­su­liy­yə­ti əks etdirilir.
Mübahisələrin həll edilməsi. Müəyyən situasiyalar auditorla sifarişçi arasında, auditorla auditor təşkilatının rəhbəri arasında, auditorlar arasında mübahisələrin ya­ranmasına səbəb оla bilər. Auditorla (auditor təşkilatı ilə) sifa­rişçi ara­sında meydana çıxan əmlak xarakterli bütün mübahisələr Auditorlar Palatasında həll edilə bilmədikdə məhkəmə tərəfin­dən həll olu­nur.
Qüvvədə olan etika Kodeksinin beynəlxalq normalara uyğun­lu­ğu. Qüvvədə olan auditorun etikası Kodeksi ilə müəyyən olunan peşə­kar davranış normaları Beynəlxalq Mühasiblər Federasiyası (BMF) tərəfindən hazırlanmış beynəlxalq etik normalara əsas­lan­mış­dır.
Dünyada auditor və konsaltinq xidmətləri göstərən ən böyük 4 şirkət – “Böyük dördlük” adlanır:
PricewaterhouseCoopers
Deloitte Touche Tohmatsu
• Ernst & Young
• KPMG (Pit Кleynveld Barkli Pit Ceyms Мerik ReynhardGerdeler

ABŞ-da KPMG-nin dələduzluq və digər cinayətlərə görə 6 rəhbər şəxsi həbs olunub. Onlar nəzarət orqanının işçilərindən özləri haqda məxfi məlumatlar alaraq, qeyri peşəkar fəaliyyətlərini bu cür ört-basdır ediblər.


Axar.az xəbər verir ki, şirkət Azərbaycanda da iki bankın müflisləşməsinə səbəb olub: “Azərbaycanda da KPMG-nin qeyri-peşəkarlığı “Bank Standard” və “Texnikabank”ın müflisləşməsinə səbəb olub. Üstəlik, ölkəmizdə nümayəndəliyi vasitəsilə qanunsuz sahibkarlıq fəaliyyəti göstərib. Həm də işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən ermənilərin “Artsakhbank”ının auditorudur.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə