1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Azərbaycan Respublikası Auditor Palatasının fəaliyyəti



Yüklə 1,48 Mb.
səhifə22/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   18   19   20   21   22   23   24   25   ...   68
Audit suallar-Ayten

16.Azərbaycan Respublikası Auditor Palatasının fəaliyyəti.
Bu sahədə qəbul edilmiş əsas sənədlərdən biri «Auditorlar platası haqda əsasnamə» hesab edilir. Azərbaycanın Respublikasının Milli məclisinin 19 sentyabr 1995-ci il tarixli qərarı ilə təsdiq olunmuşdur. Auditorlar Palatası:
1)ölkə ərazisində auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək;
2)bu sahədə olan və Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini,tədbirlər sistemini hazırlamaq;
3)dövlətin,təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək;
4)öz fəaliyyətində bu Qanundan, digər qanunvericilik və normativ hüquqi aktlardan irəli gələn tələblərə auditorlar (auditorlar təşkilatları) tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədilə yaradılmışdır.
Azərbaycan Respublikasının Auditorlar Palatası  müstəqil maliyyə nəzarəti orqanıdır.
Auditorlar Palatasının əsas vəzifəsi mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və dürüst aparılmasını təmin etmək məqsədilə respublikada auditor xidmətinin işini təşkil etməkdən və mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirməkdən ibarətdir.
Auditorlar Palatası aşağıdakı funksiyaları yerinə yetirir:
1.Azərbaycan Respublikasında auditor xidməti işlərini təşkil edir və tənzimləyir;
2.Azərbaycan Respublikası ərazisində sərbəst auditorlara və auditor təşkilatlarına lisenziya verir, onların işlərinə və auditor təşkilatlarının nizamnamələrinin «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanununa uyğunluğuna nəzarət edir;
3.sərbəst auditorların və auditor təşkilatlarının uçotunu aparır;
4.auditor xidməti ilə məşğul olmaq hüququ verən lisenziyaların verilməsi üçün imtahanların keçirilməsi qaydalarını hazırlayır və təsdiq edir;
5.təsərrüfat subyektinin maliyyə və mühasibat hesabatlarına dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq tələbləri nəzərə alınmaqla auditor rəyinin formalarını, sərbəst auditorların və auditor təşkilatlarının işi haqqında müxtəlif hesabat formalarını hazırlayıb təsdiq edir;
6.auditor təcrübəsinin ümumiləşdirilməsi və mövcud qanunvericilik aktlarının tətbiqi məsələləri ilə əlaqədar sərbəst auditorlara və auditor təşkilatlarına məsləhətlər verir, auditor xidmətinin inkişafı və təkmilləşdirilməsi üçün təkliflər hazırlayır və onların həyata keçirilməsinə nəzarət edir;



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə