1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti



Yüklə 1,48 Mb.
səhifə23/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   19   20   21   22   23   24   25   26   ...   68
Audit suallar-Ayten

17. Auditorun peşə etikası.
1. “Böyük dördlük” - b.PricewaterhouseCoopers
c.Deloitte Touche Tohmatsu
d.Ernst & Young
e.KPMG - şirkətlərinin fəaliyyəti üzrə təhlil.
Auditorların peşə davranışının etik normaları Azərbaycan Respublikаsının аuditorların etikası kodeksində əks olunmuşdur. Auditorların etika kodeksi 12 əsas qaydadan ibarətdir:
Peşəkаrlıq, bilik və kompetentlik. Auditor borcludur: 1. peşəkar bacarıq, kompetent və səylə öz vəzifələrini düzgün və vicdanla yerinə yetirməyə; 2. öz peşəsinin imici üçün çalışaraq cəmiyyətin və sifarişçinin auditor peşə­sinə olan layiqli inamını qorumağa
Peşəkar müstəqillik. Auditor peşəkar xidmət göstərərkən auditin aparılması zamanı öz fikirlərin­də müstəqil olmalı, öz peşə vəzifələrini obyektiv və qərəzsiz yerinə yetirmə­lidir. Auditorun müstəqilliyi onun dövlət idarəetmə orqanının, heç bir dövlət orqa­nının əməkdaşı olmaması, auditi sifariş edənin və istənilən üçüncü tərəfin audito­run peşə fə­aliyyətinə müdaxilə etmək hüququnun olmaması ilə şərtlənir.
Vicdanlılıq, düzgünlük və obyektivlik. Auditor öz peşəkar işində vicdanlı olmalı, özünə qarşı şübhə yaratmamalı, оbyektivliyi təhrif etmək məqsədi ilə digərinə təsir göstərməməlidir. Yoxlanılan ob­yektə münasibətdə qərəzsiz olmalıdır.
Konfidensiallıq. Auiditor borcludur ona verilən işi və yoxlamanın nəticələri və sifarişçinin maliyyə vəziyyəti ilə bağlı məlumat­ların konfidensiallığı haqda sifarişçiyə zə­manət verməyə. аuditor yoxlamaları nəticəsində əldə edilmiş informasi­ya­ları öz məqsədinə və ya üçüncü tərəfin maraqları üçün istifadə etməmə­yə; yoxlanılan təsərrüfat subyektində əldə olunmuş, eləcə də yox­la­ma zamanı tərtib edilmiş sənədlərin qorunub saxlanmasını təmin et­mə­yə.
Uyğun olmayan hərəkətlər. Auditor xidməti sahəsində qadağalar "Auditor fəaliyyəti haq­qın­da" AR Qanununun 18-ci maddəsində ve­ril­­mişdir. Belə ki, yoxlanılan müəssisədə şəxsi əmlak mənafeyi, yox­lanı­lan müəssisənin rəhbərliyindən hər hansı şəxslə birbaşa qohumluq əla­qəsi, müəssisənin təsisçisi, mülkiyyətçisi və ya səhmda­rı olduqda auditora həmin müəssisədə audit yoxlaması aparmaq qadağandır. Ey­ni zamanda auditora onun peşəsinə ləkə gətirən aşağıdakı hərə­kət­lər qadağandır: göstərilən xidmətinə görə haqq ödənilmədikdə belə sənədlərin sifa­rişçiyə qay­tarılmasından imtina edilməsi; mühasibat (maliyyə) hesabatlarına yanlış və ya qeyri-dəqiq yazı­lış­ların edil­məsi; qəbul edilmiş auditor norma və standartlarının gözlənilməməsi;

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə