|
1. Audit və auditor haqqında anlayış və onların mahiyyətiİstehsal ehtiyatlarının uçotu üzrə əməliyyatların auditinin məqsəd və vəzifələri
|
səhifə | 52/68 | tarix | 25.05.2023 | ölçüsü | 1,48 Mb. | | #112824 |
| Audit suallar-Ayten44.İstehsal ehtiyatlarının uçotu üzrə əməliyyatların auditinin məqsəd və vəzifələri.
İstehsal ehtiyatlarının uçotunun auditi – bilavasitə uçotun vəzifələrindən irəli gəlir. Material-istehsalat ehtiyatlarının mühasibat uçotunun qarşısında duran vəzifələr aşağıdakılardan ibarətdir :
1.Material qiymətlilərin daxil olması və məsrəfini öz vaxtında və düzgün rəsmiləşdirmək.
2.Material qiymətlilərin saxlanılma yeri və maddi məsul şəxslər üzrə mühafizə olunmasına müntəzəm nəzarət etmək.
3.Material qiymətlilərin müəyyən olunmuş norma ilə təyinatına uyğun istifadə edilməsinə daim nəzarət etmək.
4.Təsdiq edilmiş normativə əsasən material ehtiyatlarının mövcudluğuna nəzarət etmək.
5.Məhsulları və istehsalat ehtiyatlarını onların saxlanılma yerlərində mühasibat uçotu məlumatları ilə dövri olaraq yoxlamaq.
Bu vəzifələri müvəffəqiyyətlə yerinə yetirmək üçün anbar təsərrüfatını sənəd dövriyyəsini düzgün təşkil etməli, uçot ilə əlaqədar maddi məsul şəxslərin seçilməsini və kadrların hazırlanmasını təmin etmək, əmtəə-material qiymətlilərin sintetik və analitik uçotunu səmərəli təşkil etmək lazımdır.
Əmtəə-material qiymətlilərin və istehsal ehtiyatlarının auditinin əsas məqsədi istehsal ehtiyatlarından səmərəli istifadə etməkdən və onların itkisinin, israfçılığın, çatışmazlığın və təsərrüfatsızlığın qarşısını almaqdan ibarətdir.
Audit prosesində aşağıdakılar aydınlaşdırılmalıdır:
1. Maddi-texniki təchizatın təşkili və onun planlaşdırılması, təchizatın biznes planla uzlaşdırılması, xərc normaları və ehtiyatlar, istehsalatda istifadə olunmayan əmtəə-material qiymətlilərin faktiki qalığı, mədaxil və məxaric olunan materialların uçotuna nəzarət;
2. Anbar təsərrüfatının vəziyyəti, maddi-məsul şəxslərin işinə nəzarət, tərəxilərin, nəzarət-ölçü cihazlarının vəziyyəti, buraxılış-nəzarət işinin təşkili;
3. Ehtiyat normalarının düzgünlüyü, material qiymətlilərin məxaric norması, yeni normaların tətbiqi, materiallardan qənaətlə istifadə, materialtutumlu məhsulların azaldılması, qənaətə görə həvəsləndirmə metodu;
4. Əmtəə-material qiymətlilərin silinmə qaydası, sistemdaxili və kənara buraxılan materiallara nəzarət, təsdiq edilmiş limit xərclərinə riayət edilməsi;
5.Mühasibat uçotu ilə anbar uçotunun uyğunluğu.
Audit zamanı material qiymətlilərin alınması üçün bağlanmış müqavilələr, tapşırıqların keyfiyyətlə və vaxtında yerinə yetirilməsi, əgər kənarlaşma aşkar edilərsə, səbəbi aydınlaşdırılmalıdır.
Audit proqramında təchizat orqanlarının fəaliyyəti, mühafizə dəstəsinin işi, istehsal ehtiyatları və material qiymətlilər ilə məşğul olan şöbənin işinin təhlili öz əksini tapmalıdır.
İstehsal ehtiyatlarının auditini şərti olaraq üç mərhələyə bölmək olar.
Birinci, onların faktiki qalığı və saxlanılması.
Bunu inventarizasiya vasitəsilə anbarın vəziyyəti və avadanlıqla təmin edilməsi şəklində yoxlamaq olar.
Dostları ilə paylaş: |
|
|