1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


İstehsal ehtiyatlarının uçotu üzrə əməliyyatların auditinin məqsəd və vəzifələri



Yüklə 1,48 Mb.
səhifə52/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   48   49   50   51   52   53   54   55   ...   68
Audit suallar-Ayten

44.İstehsal ehtiyatlarının uçotu üzrə əməliyyatların auditinin məqsəd və vəzifələri.
İstehsal ehtiyatlarının uçotunun auditi – bilavasitə uçotun vəzifələrindən irəli gəlir. Material-istehsalat ehtiyatlarının mühasibat uçotunun qar­şı­sında duran vəzifələr aşağıdakılardan ibarətdir :
1.Material qiymətlilərin daxil olması və məsrəfini öz vax­tın­da və düzgün rəsmiləşdirmək.
2.Material qiymətlilərin saxlanılma yeri və maddi məsul şəxs­lər üzrə mühafizə olunmasına müntəzəm nəzarət etmək.
3.Material qiymətlilərin müəyyən olunmuş norma ilə təyi­na­tına uyğun istifadə edilməsinə daim nəzarət etmək.
4.Təsdiq edilmiş normativə əsasən material ehtiyatlarının möv­cudluğuna nəzarət etmək.
5.Məhsulları və istehsalat ehtiyatlarını onların saxlanıl­ma yer­lərində mühasibat uçotu məlumatları ilə dövri olaraq yox­la­maq.
Bu vəzifələri müvəffəqiyyətlə yerinə yetirmək üçün anbar tə­sər­rüfatını sənəd dövriyyəsini düzgün təşkil etməli, uçot ilə əla­qədar maddi məsul şəxslərin seçilməsini və kadrların hazır­lan­ma­sını təmin etmək, əmtəə-material qiymətlilərin sintetik və ana­litik uçotunu səmərəli təşkil etmək lazımdır. 
Əmtəə-material qiymətlilərin və istehsal ehtiyatlarının auditinin əsas məqsədi istehsal ehtiyatlarından səmərəli istifadə etməkdən və onların itkisinin, israfçılığın, çatışmazlığın və təsərrüfatsızlığın qarşısını almaqdan ibarətdir.
Audit prosesində aşağıdakılar aydınlaşdırılmalıdır:
1. Maddi-texniki təchizatın təşkili və onun planlaşdırılması, təchizatın biznes planla uzlaşdırılması, xərc normaları və ehtiyatlar, istehsalatda istifadə olunmayan əmtəə-material qiymətlilərin faktiki qalığı, mədaxil və məxaric olunan materialların uçotuna nəzarət;
2. Anbar təsərrüfatının vəziyyəti, maddi-məsul şəxslərin işinə nəzarət, tərəxilərin, nəzarət-ölçü cihazlarının vəziyyəti, buraxılış-nəzarət işinin təşkili;
3. Ehtiyat normalarının düzgünlüyü, material qiymətlilərin məxaric norması, yeni normaların tətbiqi, materiallardan qənaətlə istifadə, materialtutumlu məhsulların azaldılması, qənaətə görə həvəsləndirmə metodu;
4. Əmtəə-material qiymətlilərin silinmə qaydası, sistemdaxili və kənara buraxılan materiallara nəzarət, təsdiq edilmiş limit xərclərinə riayət edilməsi;
5.Mühasibat uçotu ilə anbar uçotunun uyğunluğu.
Audit zamanı material qiymətlilərin alınması üçün bağlanmış müqavilələr, tapşırıqların keyfiyyətlə və vaxtında yerinə yetirilməsi, əgər kənarlaşma aşkar edilərsə, səbəbi aydınlaşdırılmalıdır.
Audit proqramında təchizat orqanlarının fəaliyyəti, mühafizə dəstəsinin işi, istehsal ehtiyatları və material qiymətlilər ilə məşğul olan şöbənin işinin təhlili öz əksini tapmalıdır.
İstehsal ehtiyatlarının auditini şərti olaraq üç mərhələyə bölmək olar.
Birinci, onların faktiki qalığı və saxlanılması.
Bunu inventarizasiya vasitəsilə anbarın vəziyyəti və avadanlıqla təmin edilməsi şəklində yoxlamaq olar.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə