1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Əsas vəsaitlərin dövriyyədən çıxmasının uçotu və vergitutmanın auditi. (+59 sual eyni)



Yüklə 1,48 Mb.
səhifə50/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   46   47   48   49   50   51   52   53   ...   68
Audit suallar-Ayten

42.Əsas vəsaitlərin dövriyyədən çıxmasının uçotu və vergitutmanın auditi. (+59 sual eyni)
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə əsas vəsaitlərin amortizasiyası qalıq dəyəri metodu ilə hesablanır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:
Əsas vəsaitlərin kateqoriyaları üzrə illik amortizasiya normaları Azərbaycan Respublikası Vergi Məcəlləsinin 114 – cü maddəsinə görə aşağıdakı kimi müəyyən edilib:
- binalar, tikintilər və qurğular – 7 % - dək;
- maşınlar, avadanlıq və hesablama texnikası – 25 % - dək;
- iş heyvanları – 20 % - dək;
- nəqliyyat vasitələri – 25 % - dək;
- digər əsas vasitələri – 20 % - dək;
- geoloji - kəşviyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə
çəkilən xərclər – 25 % - dək;
- qeyri – maddi aktivlər – istifadə müddəti məlum olmayanlar üçün – 10 %,
istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib
məbləğlərlə.
Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.
İlin sonuna əsas vəsaitlərin qalıq dəyəri aşağıdakı üsul ilə müəyyən edilir:
İlin sonuna ƏV qalıq dəyəri = İlin əvvəlinə ƏV qalıq dəyəri + cari ildə daxil olmuş ƏV dəyəri - təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olan ƏV dəyəri.
Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər. Binalar, tikililər və qurğular (bundan sonra tikililər) üçün amortizasiya ayırmaları hər tikili üzrə ayrılıqda aparılır.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə