1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Amortizasiya ayırmaları normalarının yoxlanılması



Yüklə 1,48 Mb.
səhifə46/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   42   43   44   45   46   47   48   49   ...   68
Audit suallar-Ayten

39.Amortizasiya ayırmaları normalarının yoxlanılması.
Bəzi hallarda müəssisə və təşkilatlarda əsas vəsaitlər satışı həyata keçirilir. Bu halda satışın nəticəsi ”Mənfəət və zərər” hesabına silinir. Müəssisə və təşkilatlardan ilin nəticələrinin formalaşdırılmasında mühüm göstəricilərdən biri də amortizasiya ayırmalıdır. Auditor bu baxımdan diqqətli olmalıdır və buna ciddi fikir verməlidir. Amortizasiya ayırmalarının auditi ilkin mərhələdə auditor tərəfindən seçmə üsulu ilə həyata keçirilir. Amortizasiya ayırmalarının normadan artıq hesablandığı və ya əsas vəsaitlərin ilkin dəyərində dəyişiklik aşkar edilərsə, onda bütün əsas vəsaitlərə amortizasiya hesablanması tam yoxlanılmalıdır.Amortizasiya ayırmaları hesablanan zaman amortizasiya normalarına ciddi fikir verməlidir.
Amortizasiya - əsas vəsaitlərin dəyərinin istehsal edilmiş məhsula(işlərə, xidmətlərə) hissə-hissə keçirilməsidir. 
Amortizasiya ayırmalarının düzgünlüyünü yoxlayarkən auditor əsasən aşağıdakılara fikir verməlidir:
a) amortizasiya ayırmaları hesablanacaq bütün əsas vəsaitlərin uçota alınmasına;
b) amortizasiya ayırmaları normalarının düzgün tətbiq edilməsinə;
c) yenidənqurma işləri zamanı əsas vəsaitlərə amortizasiya ayırmalarının tətbiq edilməsinə.
Mühasibat uçotunda bir neçə amortizasiya metodu var:

  • düzxətli metod;

  • qalıq dəyəri metodu;

  • istehsal metodu;

  • istifadə müddətinin illərinin cəmi metodu.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə əsas vəsaitlərin amortizasiyası qalıq dəyəri metodu ilə hesablanır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:

  • binalar, tikililər və qurğular - 7%-dək;

  • maşınlar və avadanlıq - 20%-dək;

  • yüksək texnologiyalar məhsulu olan hesablama texnikası - 25%-dək;

  • nəqliyyat vasitələri - 25%-dək;

  • iş heyvanları - 20%-dək;

  • geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər - 25%-dək;

  • qeyri-maddi aktivlər - istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;

  • digər əsas vəsaitlər - 20%-dək;

Torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur:



  • elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər;

  • məhsuldar heyvanlar (damazlıq inəklər, camışlar, madyanlar, dəvələr, marallar, donuzlar, qoyunlar, keçilər, döllük buğalar, kəllər, ayğırlar, nərlər, qabanlar, qoçlar, təkələr və bunlar kimi digər məhsuldar heyvanlar);

  • heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatları;

  • istismar vaxtı çatmayan çoxillik əkmələr;

  • kitabxana fondları, kinofondlar (video, audio, foto), səhnə rekvizitləri, muzey sərvətləri (eksponatları);

  • tam amortizasiya olunmuş əsas vəsaitlər, onlar istismara yararlı olduğu hallarda;

  • konservasiya edilmiş əsas vəsaitlər;

  • ümumi istifadədə olan avtomobil yolları;

  • ümumi istifadədə olan parklardakı avadanlıqlar;

  • istismara verilməmiş anbarda olan əsas vəsaitlər.


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə