1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Əsas vəsaitlərin il ərzində hərəkətinə ciddi fikir verilməlidir



Yüklə 1,48 Mb.
səhifə49/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   45   46   47   48   49   50   51   52   ...   68
Audit suallar-Ayten

Əsas vəsaitlərin il ərzində hərəkətinə ciddi fikir verilməlidir.
Auditor yoxlamaları göstərir ki, əsas vəsaitlərin mədaxili və silinməsi zamanı tez-tez səhvə yol verilir. Bu səbəbdən də başqa əmtəə-material qiymətlilərindən fərqli olaraq, əsas vəsaitlərin hərəkətinə onların hərəkəti zamanı tərtib edilmiş ilkin sənədlərə xüsusi diqqət tələb olunur.
Əsas vasitələrin təmir xərclərinin artırılması səbəbi aydınlaşdırılmalı və onun maddələr üzrə xərclərinin düzgünlüyünə fikir verilməlidir.
Əsas vasitələrin təmirinin düzgün aparıldığını yoxlayan auditor, təmir vaxtı material silgisinin, əmək haqqının, ehtiyat hissələrinin normaya uyğun olduğuna əmin olmalıdır və təmir işləri zamanı bu sahədə normadan artıq məsrəflərə yol verilməsinin aşkar edilmədiyini aydınlaşdırmalıdır. Əsas vasitələrin təmirinin məqsədə müvafiq və qanuni apardığı tərtib edilmiş ilkin sənədlər vasitəsilə müəyyən edilir.
Bu sənədlərə aşağıdakılar aiddir:
- görülmüş işlərin naryadları;
- təmirə buraxılan material qiymətlərinin uçotu üzrə ilk sənədlər ;
- təmirdən qabaq tərtib edilmiş nöqsan cədvəlləri;
- qəbul – təhvil aktları.
Material qiymətlərinin qanunsuz silinməsini, artıq ehtiyat hissələrindən istifadə etməsinin müəyyən etmək məqsədilə maddi – məsul və cavabdeh şəxslərlə sorğu keçirilməli, görülmüş təmir işləri seçmə üsulu ilə inveritarizasiya edilməlidir.
Lazım olan hallarda işgörənlərdən yazılı məlumat alınmalıdır.
Təmirin keyfiyyətli aparılmasına ciddi fikir verilməlidir. Keyfiyyətsiz təmir aparılanda texniki avadanlıqların, maşın və inventorların işində fasilələr yaranır,hissələr tez – tez sıradan çıxır. Bunu təmin etmək üçün ilkin tərtib erilmiş sənədlərə və ilkin hesabatlara baxılmalıdır. İl ərzində hər bir maşın avadanlıqda, bina və qurğuda neçə dəfə təmir işlərinin aparıldığı inventor vərəqlərinin yoxlanması ilə araşdırıla bilər. Sonrakı mərhələdə auditor əsas vasitələrin təmir xərclərinin uçotunu yoxlayır. Bu zaman auditor müəssisənin uçot siyasətinə əsaslanır. Çünki əsas vasitələrin təmir xərcini maya dəyərinə hansı variantda aid etməyi müəssisə özü planlaşdırır.
- əsas vasitələrin təmirinin faktiki (əsaslı, orta və cari) təmir həyata keçirildikcə maya dəyərinə aid edilir. Bu halda xərclər balansın 20, 23 № - li hesabların debitinə aid edilir.
- müəssisə və təşkilatlar əsas vəsaitlərin balans qiymətlərindən asılı olaraq təmir fondu yaradırlar. Bu halda həyata keçirilmiş təmir xərclərin balansın 89 № - li, qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar hesabına əmələ edilir. Artıq çəkilmiş xərclər gələcək dövrün xərclərinə aid edilir.
Audit zamanı müəssisənin yenidən qurulması və moderinlaşdirilməsi üçün tərtib edilmiş layihə - smeta sənədlərinin təmir xərcləri ilə qarşılaşdırılmasına ciddi fikir vermək lazımdır.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə